Şakir Şıxəliyev

Şakir Şıxəliyev (19 noyabr 1990, Bakı) — Azərbaycanı təmsil edən idman gimnastı.[1]

Şakir Şıxəliyev
Şakir Şıxəliyev 2012-ci ildə
Şakir Şıxəliyev 2012-ci ildə
Şəxsi məlumatlar
Tam adı Şakir Ramiz oğlu Şıxəliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 19 noyabr 1990(1990-11-19) (32 yaş)
Doğum yeri
İdman növü İdman gimnastikası
Boyu 164 sm.

Karyerası[redaktə | mənbəni redaktə et]

Şakir Şıxəliyev dəfələrlə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də, ciddi uğurlara imza ata bilmədi.

Şakir Şıxəliyev 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Şakir Şıxəliyev bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Şakir Şıxəliyev ümumi nəticədə təsnifat mərhələsini 80.364 balla 40-cı pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.[2] Ayrı-ayrı alətlərdə də Şakir Şıxəliyev final mərhələsinə vəsiqə qazana bilmədi.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Olympedia.org. "ŞAKİR ŞIXƏLİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 Olympedia.org. "2012 Summer Olympics / Artistic Gymnastics / Individual All-Around / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.