Yolqullar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.[2]
Yolqullar | |
---|---|
40°25′15″ şm. e. 46°09′30″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində kəndin adı Yolqulular olaraq qeyd edilb.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Gəncəçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 110 | 46 | 64 |
2009[5] | ↘84 | ↘33 | ↘51 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Yolqullar kənd klubu fəaliyyət göstərir.[6]
Kənddə Daşkəsən rayon Yolqullar kənd ibtidai məktəbi fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.