Xədicə İsmayıl
Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir.
"Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır.
Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır.
2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür.
John Aubuchon Mətbuat Azadlıığı
Amerika PEN təşkilatının PEN/Barbara Goldsmith Yazmaq Azadlığı
2012-ci ildə İsmayılova Beynəlxalq Qadın Media Fondunun (International Women’s Media Foundation) Jurnalistikada Cəsarət Mükafatına layiq görülüb.
Xədicə İsmayıl 2014-ci ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.