XƏRİTƏ

yer səthinə, həmçinin səma cismlərinə, yaxud səma sferasına aid obyektlərin və hadisələrin kartoqrafik proyeksiyalarla və şərti işarələr sistemi ilə müstəvidə kiçildilmiş, ümumiləşdirilmiş təsviri. X. zaman-məkan oxşarlığı ilə yüksək əyaniliyi, bədiiliyi, miqyası cəhətdən orijinaldan nisbətən üstün olan gerçəkliyin əyani nişanəsi, modeli kimi baxılır ki, bu da coğrafiyanı, geologiyanı, geofizikanı, sosiologiyanı və ümumiyyətlə Yer və Cəmiyyət haqqında digər elmləri dərk etmək üçün mühüm vəsaitdir. X. həmçinin təsbit etmə və məlumat ötürmə vəsaiti kimi də baxılır. карта map
XƏNDƏK
XƏRİTƏÇİLİK
OBASTAN VİKİ
Xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya). Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Geokimyəvi xəritə
Geokimyəvi xəritələr — müəy­yən rayonun əsas geoloji məlumatlar fonunda bəzi xarakterik kimyəvi elementlərin süxur, su və bitkilərdə yayılmasını göstərən xəritələr. Dəqiq geokimyəvi xəritə filiz yataqları, süxurların filizyanı dəyişmiş zonaları, daxili oreollar, yataqlarda olan kim­yəvi elementlərin səpinti axınları və b. əks etdirilir. Ana süxular, biogeokimyəvi (torpaq horizontları və bitkilərin analizinə görə planalma), hidrogeokimyəvi (suların və dib çöküntülərin tədqiqatı), landşaft (kompleks tipli: torpaq, qrunt, bitki və suların tədqiqi) geokimyəvi xəritə növləri ayrılır. Geokimyəvi xəritə tərtibi süxurların hərtərəfli geokimyəvi tədqiqinə, onların geokimyəvi ixtisaslaşmaya görə tiplərə ayrılmasına əsaslanır. Bu xəritələrdə filizləşmə indikatorlarına əsasən geoloji komplekslər və ayrı-ayrı geoloji cisimlər ayrılır, habelə daha dəqiq axtarış işləri aparmaq üçün perspektivli sahə və rayonlar göstərilir.Geokimyəvi xəritələrin ümumi və xüsusi tipləri vardır. Ümumi geokimyəvi xəritələrdə xəritə üzərində bütün analitik göstəricilər əks etdirilir. Xüsusi geokimyəvi xəritələr ərazinin metallogeniyasını və yaxud da sənaye əhəmiyyətini ifadə edir. Onların iki növü mövcuddur: monoelementli və polielementli. Polielementli növlərdə metallogeniyaya aid elementlər qrupu (məs, Cu, Pb, Zn və s.) və yaxud da axtarış əhəmiyyətinə malik indikator elementlər (məs, As, Sb, S, F və s.) göstərilir.
Geoloji xəritə
Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir. Topoqrafik xəritə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Google Xəritə
Google Xəritələr (ing. Google Maps; keçmiş Google Local) veb xəritə tətbiqetməsidir, Google tərəfindən hazırlanır, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir (Google Maps saytı, Google Ride Finder, Google Transit) və üçüncü tərəfə Google Maps API-lərindən istifadə etməklə xəritələri digər veb-səhifələrdə yerləşdirmək imkanı verir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.. Google Maps-in peyk xəritələri dərhal yenilənmir, onların adətən bir neçə ay, bəzən isə bir neçə il yaşı olur.
Miqyas (Xəritə)
Miqyas — Yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildildiyini göstərən kəsr ədədi. Sadə miqyas: Onun bütün şəkli 1 N 1000 {\displaystyle 1 \over N1000} belədir. Metrik sistemdən istifadə edən ölkələrdə işlənir və 1 mm xəritə üzərində,N metr yer üzərinə bərabərdir kimi göstərilir. Örnək: 1 25000 {\displaystyle 1 \over 25000} yəni 1mm xəritədə bərabərdir 25m yerdə. Mürəkkəb miqyas ABŞ və İngiltərə kimi metrik sistemdən istifadə etməyən ölkələrdə işlənir. Örnək: 2 i n 5 M i {\displaystyle 2in \over 5Mi} yəni 2inç xəritədə bərabərdir 5mil yerdə. Xətti miqyas Bərabər hissələrə bölünmüş zolaq şəklində qrafik şkala. Çox böyük miqyaslı xəritələr Miqyasları 1 500 {\displaystyle 1 \over 500} və 1 100 {\displaystyle 1 \over 100} arasında dəyişilir, bu miqyasda xəritələrə plan deyilir. Böyük miqyaslı xəritələr Miqyası 1 10000 {\displaystyle 1 \over 10000} və 1 500 {\displaystyle 1 \over 500} arasında dəyişilir. Bu xəritələrə mühəndis planı deyilir.
Paleogeomorfoloji xəritə
Paleogeomorfoloji xəritə (rus. палеогеоморфологическая карта, ing. palaeogeomorphological map) — geoloji keçmişdə mövcud olmuş relyefi əks etdirən geomorfoloji xəritə.
Sinoptik xəritə
Sinoptik xəritə – üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə. Sinoptik xəritə meteoroloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. Meteorologiyanın bölməsi olub hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraiti və onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir.
Topoqrafik xəritə
Topoqrafik xəritə — iri miqyasda tərtib olunan coğrafi xəritə. Xəritə vərəqində kartoqrafik təsvirin, əlavə məlumatların və başqa elementlərin yığcam şəkildə yerləşdirilməsinə xəritənin kompanovkası deyilir. Obyektlər topoqrafik xəritələrdə aşağıdakı kimi müxtəlif rənglərlə və işarələrlə təsvir olunur: Su obyektləri – hidroqrafik obyektlər (göllər, su anbarları, sahil xətləri, çaylar, kanallar, bulaqlar və s.) mavi rənglə; Bitki örtüyü yaşıl rənglə (hətta meşənin çeşidi (qurumuş, cavan və s.) tərkibi (enli iynəyarpaq) şərti işarələrlə, meşədə üstünlük təşkil edən ağacların adı isə ixtisarla verilir); Qrunt işarələri topoqrafik xəritələrdə bataqlığın, şoranlığın və qumluqların şərti işarələri ilə göstərilir. Yaşayış məntəqələri - şəhər, qəsəbə, kəndlər daimi və müvəqqəti yaşayış yerlərinə bölünməklə təsvir olunur. Yollar və rabitə vasitələri topoqrafik xəritələrdə xətti və miqyassız şərti işarələrlə təsvir olunur. Relyef horizontallarla təsvir olunur. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi ilə fərqlənir. Topoqrafik xəritə icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topoqrafik planlara bölünür: Kiçik miqyaslı topoqrafik xəritə - 1:1000000, 1:500000, ikinci qrupa 1:200000, 1:100000 Orta miqyaslı topoqrafik xəritə1:500000, 1:25000 İrimiqyaslı Topoqrafik xəritə 1:10000, 1:5000 həm də bu xəritələr 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir. Topoqrafik xəritənin coğrafi məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir.
Xəritə (İnformatika)
Xəritə (ing.map, ru.карта)- 1. Obyektin strukturunun təsviri. Məsələn, yaddaş xəritəsi obyektlərin yaddaşda yerləşməsini (düzülüşünü) göstərir, simvol xəritəsi isə proqramda simvolun adları ilə proqramda yaddaş ünvanları arasında assosiasiyaları sadalayır. 2. Bir obyektin və ya qiymətin başqasına çevrilməsi. Məsələn, kompüter qrafikasında xəritə üçölçülü obyektin müstəvidə və ya ikiölçülü görüntünün sfera üzərində təsvirini göstərə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekogeoloji xəritə (ekogeologiya)
Ekogeologiya — geoloji elmlərin litosferin ekoloji funksiyalarını, biotun, xüsusilə insanın həyat fəaliyyəti ilə əlaqədar olaraq təbii və texnogen amillərin təsiri altında onların formalaşması və zaman-məkan dəyişmələrinin qanunauyğunluqlarını öyrənən yeni istiqaməti. Nəzəri baxımdan ekoloji geologiya predmeti bütün komponentləri ilə birlikdə litosferdir; praktiki baxımdan isə sonuncunun əsasən təbii və texnogen təsir zonasını əhatə edən səthəyaxın (litosferin üst horizontları) hissəsidir. V.T.Trofimov və D.Q. Zilingə (1999) görə, ekoloji geologiya üç tip məsələni (morfoloji, retrospektiv və proqnoz) tədqiq edir. Morfoloji məsələlər analiz edilən sistemin tərkibini, halını və xassələrini, bütövlükdə onun ekogeoloji mühiti ilə bağlı olan aspektləri əhatə edir. Retrospektiv məsələlər keçmişə yönəlməklə tədqiqat obyektinin formalaşma tarixini, onun müasir keyfiyyətinin formalaşmasının öyrənilməsi (bərpası) ilə məşğul olur. Proqnoz məsələləri müxtəlif təbii və texnogen mənşəli səbəblərin təsiri altında tədqiq olunan sistemin davranışı və inkişaf tendensiyası ilə bağlıdır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Yapon xəritə simvolları
Bu Yapon xəritə simvollarının siyahısıdır. Bu simvollar Yapon dilində chizukigou (地図記号) adlanır.
Yapon xəritə simvollarının siyahısı
Bu Yapon xəritə simvollarının siyahısıdır. Bu simvollar Yapon dilində chizukigou (地図記号) adlanır.
Coğrafi xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya). Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi — 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılan qurum. Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. DTK 1996-cı ildən başlayaraq, əsası böyük Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Julfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının bütünlükdə respublika ərazisində həyata keçirilməsini icra etməyə başlamışdır. 2001-ci ildə ölkədə aparılan struktur islahatları çərçivəsində Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Komitə Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa Komitə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili üçün texniki sənədləri hazırlayır, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin layihələşdirilməsini və nəşrini təmin edir. Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini həyata keçirir. Bu vaxtadək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həyata keçirdiyi başlıca işlərdən biri torpaq islahatları olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir.
Fra Mauro xəritəsi
Fra Mauro xəritəsi (isp. Mapamundi de Fra Mauro) — Venesiyalı rahib Fra Mauro tərəfindən hazırlanmış xəritə. Parça üzərində çəkilmiş xəritə iki metr uzunluğundadır. Xəritə ağac cərcivə ilə əhatə olunmuşdur. Xəritənin bir nüsxəsi rahib Mauro və köməkçisi Andrea Bianko tərəfindən Portuqaliya krallığının kralı V Alfonsa göndərilmişdir. Hazırlanan xəritə 24 aprel 1459-cu ildə Portuqaliyaya göndərilmişdir. Uzun müddət xəritənin harada olması barədə məlumat olmasada, bir neçə əsr əvvəl xəritə Venesiya yaxınlarında yerləşən Murano adasında ki, San Mikel monastrında tapılmışdır. Hal-hazırda xəritə Venesiya şəhərində yerləşən Korer muzeyində sərgilənir. Yaponiya Fra Mauro xəritəsi böyük ehtimal ki,De Virqa xəritəsindən sonra Yaponiyanın göstərildiyi ilk avropalı xəritəsidir.Adaya cimpaqu deyilir.
Geokimyəvi xəritələr
Geokimyəvi xəritələr — müəy­yən rayonun əsas geoloji məlumatlar fonunda bəzi xarakterik kimyəvi elementlərin süxur, su və bitkilərdə yayılmasını göstərən xəritələr. Dəqiq geokimyəvi xəritə filiz yataqları, süxurların filizyanı dəyişmiş zonaları, daxili oreollar, yataqlarda olan kim­yəvi elementlərin səpinti axınları və b. əks etdirilir. Ana süxular, biogeokimyəvi (torpaq horizontları və bitkilərin analizinə görə planalma), hidrogeokimyəvi (suların və dib çöküntülərin tədqiqatı), landşaft (kompleks tipli: torpaq, qrunt, bitki və suların tədqiqi) geokimyəvi xəritə növləri ayrılır. Geokimyəvi xəritə tərtibi süxurların hərtərəfli geokimyəvi tədqiqinə, onların geokimyəvi ixtisaslaşmaya görə tiplərə ayrılmasına əsaslanır. Bu xəritələrdə filizləşmə indikatorlarına əsasən geoloji komplekslər və ayrı-ayrı geoloji cisimlər ayrılır, habelə daha dəqiq axtarış işləri aparmaq üçün perspektivli sahə və rayonlar göstərilir.Geokimyəvi xəritələrin ümumi və xüsusi tipləri vardır. Ümumi geokimyəvi xəritələrdə xəritə üzərində bütün analitik göstəricilər əks etdirilir. Xüsusi geokimyəvi xəritələr ərazinin metallogeniyasını və yaxud da sənaye əhəmiyyətini ifadə edir. Onların iki növü mövcuddur: monoelementli və polielementli. Polielementli növlərdə metallogeniyaya aid elementlər qrupu (məs, Cu, Pb, Zn və s.) və yaxud da axtarış əhəmiyyətinə malik indikator elementlər (məs, As, Sb, S, F və s.) göstərilir.
Görüntü xəritəsi
Görüntü xəritəsi- (en. image map ~ ru. карта изображений ~ tr. görüntü haritası) – HTML dilində: görüntü ilə bağlı olan və çıqqıldadıldıqda müəyyən URL ünvanına keçmək üçün xüsusi sahələri (aktiv zonaları) olan qrafik obyekt. Görüntü xəritəsindən istifadə olunması bir neçə istinadın bir görüntüdə saxlanmasına, eləcə də istənilən formalı istinad sahələri yaratmağa imkan verir. Aşağıda verilmiş kod görüntü xəritəsi yaradır və onu konkret görüntü ilə əlaqələndirir: <HTML> <BODY> <IMG width="500" height="200" usemap="#somemap" src="Figures.png"> <MAP name="somemap"> <AREA shape="rect" coords="6, 7, 140, 196" href="Düzbucaqlı"> <AREA shape="circle" coords="239, 98, 92" href="Dairə"> <AREA shape="polygon" coords="386,16, 344,56, 350,189, 385,132, 489,190, 496,74" href="Çoxbucaqlı"> </MAP> </BODY> </HTML> Nəticədə aşağıdakı aşağıdakı fiqur təsvirlərinin üzərində aktiv zonalar alınır: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Paleocoğrafi xəritələr
Paleocoğrafi xəritələr (rus. палеогеографические карты, ing. palaeogeographical maps) — geoloji keçmişdə mövcud olmuş fiziki-coğrafi şəraiti, o cümlədən qurunun və dənizin paylanmasını, materiklərin relyefinin xarakterini, təbii zonaların sərhədlərinin vəziyyətini və s. əks etdirən xəritələr. Müxtəlif miqyasda və müəyyən geoloji zaman üçün tərtib edilir, məqsəd və vəzifəsindən asılı olaraq müxtəlif məzmunda olur.
Piri Rəis xəritəsi
Piri Rəis xəritəsi — 1513-cü ildə İstanbulda Piri Rəis tərəfindən yaradılan dünya xəritəsidir. Xəritədə Avropa və Afrikanın qərb hissəsi, Şimali və Cənubi Amerikanın şərq hissəsi, Atlantik okeanda xırda adaların çoxu təsvir edilmişdir. Xəritə 1929-cu ildə, Topqapı sarayında muzey yaradılanda aşkar olunub.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.
Tektonik xəritələr
Tektonik xəritələr (rus. тектонические карты, ing. tectonic maps) — bütünlüklə yerin və yaxud ayrı-ayrı regionlar daxilində yer qabığının inkişaf mərhələlərini, quruluşunu, tektonik strukturların morfologiyasını, inkişaf tarixini, maqmatizm və tektonika ilə əlaqəsini əks etdirən xəritələr.
Vinland xəritəsi
Vinland xəritəsi – xəritənin XV əsrə aid olduğu bildirilir. Xəritədə Vikinqlərin Şimali Amerikada kəşf etdikləri ərazilər əks olunmuşdur. Vinland xəritəsi ilə bağlı mühüm iddialardan biri, onun saxta olması və XX əsrin ortalarında hazırlanmasıdır. Xəritədə Afrika, Asiya, Avropa və Qrenlandiya təsvir edilmişdir. Atlantik okeanında yerləşən adalardan biri, şərti olaraq Viland adlandırılmışdır. Xəritədə Avropalıların adaya XI əsrdə gəldiləri göstərilib. Yel Universitetinin və Britaniya muzeyinin professorları xəritənin XV əsrə aid olduğunu təsdiqləmişdilər. Ən mühüm iddialardan biri XVII əsrdə xəritəyə həmin dövürdə olan xəritələrdən bəzi əlavələrin edilməsidir. Xəritənin yazılmasında istifadə olunan qələmin mürəkkəbinin ən çoxu 150 il əvvələ aid olması, bu fikir daha da gücləndirmişdir. Bütün iddialara baxmayaraq, xəritənin XV əsrə aid olduğunu sübut edən dəlillər də çoxdur..
Xəritəsxem
Xəritəsxem (rus. картосхема, ing. sketch map) — adətən coğrafi şəbəkəsi olmayan, sadələşdirilmiş xəritə. Xəritədə göstərilən hadislərin mühüm əlamətlərini göstərməklə, onlar haqqında ümumi məlumat verir. Xəritənin qeyri dəqiqliyi nə kartoqrafik mənbələrin xüsusiyyətindən, nə də miqyasından asılı olmayıb, əsasən məsələnin qoyuluşu ilə əlaqədardır.
Xəritəçilik
Kartoqrafiya və ya Xəritəşünaslıq (yun. χάρτης – "xəritə" və γράφειν – "çəkmək") — coğrafi xəritələr və digər kartoqrafik əsərlər, onların yaradılması və istifadə edilməsi üsulları haqqında elm. Təbiət və cəmiyət hadisələri və obyektlərinin qarşılıqlı əlaqə və uyğunluğu, hansı məkanda yerləşməsinin modelləşdirilməsinin tədqiqi haqqında elmdir. Xəritəşünaslıq kartoqrafiyanın bir bölməsidir. Onun nəzəri əsaslarını, inkişaf tarixini, kartoqrafik mənbələrin (onların elementləri, xüsusiyyətləri və s.) analizi metodlarını və s. öyrənir. Bəzən xəritələrdən istifadə etmək metodlarını da xəritəşünaslığa aid edirlər. Müasir kartoqrafiya bir elm kimi 7 bölməyə ayrılır: xəritəşünaslıq, riyazi kartoqrafiya, xəritələrin tərtib və redaktəsi, xəritələrin bədii tərtibatı, xəritələrin nəşri, xəritələrin istifadə edilməsi, kartoqrafik istehsalın iqtisadiyyatı və təşkili.
Çevrilmiş coğrafi xəritələr
Çevrilmiş coğrafi xəritələr və ya Cənub yuxarıda göstərilən xəritələr — Avstraliya və Yeni Zelandiya müasir kartoqrafiyada qəbul olunduğu kimi xəritənin alt hissəsində deyil, üst hissəsində göstərilən dünya xəritəsi. Belə xəritələr Avstraliya, Yeni Zelandiya və cənub yarımkürəsindəki bəzi ölkələrdə populyardır. Coğrafi xəritə İnteraktiv çevrilmiş xəritə Xəritələr kolleksiyası Çevrilmiş dünya Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine Şimal yarımkürəsi Arxivləşdirilib 2008-01-09 at the Wayback Machine Xəritələr Arxivləşdirilib 2008-05-16 at the Wayback Machine Google axtarışı Xəritələr Arxivləşdirilib 2007-11-29 at the Wayback Machine ( PDF formatında) Yahoo!

Digər lüğətlərdə