XƏZİNƏ

XƏZİNƏ I is. [ ər. ] Güllə yeri; sandıq (tüfəngdə). Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi (İ.Şıxlı).

XƏZİNƏ II is. [ ər. ] Şərq hamamlarında isti sulu çarhovuz. Molla xəzinədə o qədər uzanmışdı ki, az qala yatıb qalacaqdı.

XƏZİNƏ III is. [ ər. ] Dövlət, əmlak, dəfinə. Şah sağ olsun, özün bilirsən ki, mən sənin boş xəzinəni doldurmuşam (M.F.Axundzadə).

XƏRƏK
XIR

Digər lüğətlərdə