xatiri yanında əziz olmaq*

to be esteemed / to be respected / to be taken into account быть уважаемым / весомым
xatiri olmaq
xatirinə dəymək
OBASTAN VİKİ
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Əziz
Əziz — kişi adı. Əziz Dövlətabadi — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Ələkbərli — filologiya üzrə fəlsəfə doktoru, dosent. Əziz Əsədov — hüquq elmləri doktoru, professor. Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı. Əziz Mirəhmədov — ədəbiyyatşünas, tənqidçi. Əziz Sancar — ABŞ biokimyaçısı. Əziz Əliyev Əziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (alim) — Azərbaycanlı tibb elmlər doktoru, professor. Oxşar Əl-Əziz (ər.
Con Malkoviç olmaq
Con Malkoviç olmaq (ing. Being John Malkovich) — 1999-cu ildə istehsal olunmuş sürrealist ABŞ filmi. Spayk Consun rejissorluq etdiyi bu filmin senari müəllifi Çarli Kaufmandır. Yenicə işə düzəlmiş olan kuklaçı bir adam ofisdə məşhur Hollivud aktyoru Con Malkoviçin ağlına girməyə imkan verən sirli portalla rastlaşır. John Cusack — Craig Schwartz Kameron Diaz — Lotte Schwartz Catherine Keener — Maxine Lund John Malkovich — özü və John Horatio Malkovich Orson Bean — Dr. Lester Mary Kay Place — Floris Çarli Şin — özü W. Earl Brown — First J.M. Inc. Customer Carlos Jacott — Larry the Agent Byrne Piven — Captain James Mertin Octavia L. Spencer — Woman in Elevator Con Malkoviç olmaq — Internet Movie Database saytında.
Kamran Əziz
Kamran Əziz (tam adı: Kamran Mehmet qızı Əziz; 1922, Nikosiya, Nikosiya rayonu[d] – 7 mart 2017, Şimali Nikosiya) — Kipr türk, bəstəkar, əczaçı. Kipr türk xalq musiqisinə verdiyi töhfələrlə bu musiqi növünün müasir qabaqcıllarından oldu. Bununla yanaşı, Kipr türkləri arasında xalq içində musiqi ifa edən ilk qadınlardan biri olaraq Jalə Dərvişlə birlikdə qərb musiqisinin icrasını və təhsilini yaydı. Kipr türk xalqının ilk qadın bəstəkarı və ilk qadın əczaçısı idi. Nikosiyada anadan olan Kamran Əziz, burada Nikosiya Amerikan akademiyasını bitirdikdən sonra Kiprdəki Britaniya rəhbərliyinin əczaçılıq proqramına qəbul oldu. 1944-cü ildə buradan məzun olub, 1945-ci ildə öz aptekini açdı, "Əziz apteki" adını verdiyi aptekində 1997-ci ilə qədər çalışdı. 1959-cu ildə da Kipr türk əczaçılar ittifaqının qurucuları arasında yer aldı, sonrakı illərdə dərmanlar anbarı yaratdı və icra fəaliyyətlərinə başladı. 1950-ci illərdə bir neçə yoldaşıyla birlikdə "Kamran Əziz və dostları" qrupunu yaratdı, bu qrupda qarmon çaldı və zaman zaman solistlik etdi. Bu qrupla birlikdə 1963-cü ilə qədər canlı radio və televiziya proqramlarında musiqi ifa etdi, Kipr türk xalqının musiqi zövqünü ənənəvi türk musiqisindən qərb musiqisinə yaxınlaşdırdı. Musiqi həyatı boyu, yetmişdən artıq musiqi bəstələdi, on beş musiqi sözləri başqa musiqiçilər tərəfəindən bəstələndi.
Kənan Əziz
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Tariq Əziz
Tariq Əziz (ərəb. طارق عزيز‎; 28 aprel 1936[…], Telkafe, Neynəvə mühafəzəsi – 5 iyun 2015[…], Nəsiriyyə) — İraqın informasiya (1974–1977) və xarici işlər naziri (1983–1991). 28 aprel 1936-cı ildə İraqda doğulub. 5 iyun 2015-ci ildə İraqda vəfat edib.
Vahid Əziz
Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu; 23 noyabr 1945, Herher, Paşalı rayonu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963–1964). Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991–1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni — Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.
İlham Əziz
Əziz Alpoud
Əziz Alpoud və ya Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov (1895, Qazax qəzası – 17 iyun 1988, Ankara) — Azərbaycanın dəmir yolları üzrə baş hakimi (1918-1920). Mirəbdüləziz Seyiddov 1895-ci ildə anadan olub. Əziz Alpoud Əhrar Partiyası üzvü olmuşdur.
Əziz Boran
Əziz Boran (tam adı: Əziz Boran Orduxan oğlu) — tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti. 1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir. 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir 1986-cü ildə "Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)" mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir. 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır. 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən "Siyasi tarix", "Azərbaycan tarixi", üzrə 3 proqramı nəşr edilmişdir. Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür.
Əziz Dövlətabadi
Əziz Dövlətabadi (1922, Təbriz - 30 aprel 2009, Təbriz) — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Dövlətabadi 1922-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Milli kitabxananın rəisi vəzifəsində çalışmışdı. Əziz Dövlətabadi 30 aprel 2009-cu ildə vəfat edib. XX əsr İran Azərbaycanın alimi Əziz Dövlətabadi «Süxənvərani-Azərbaycan» («Azərbaycan şairləri») təzkirəsinin I cildində 352, II cildində 499 fars dilində yazan Azər¬baycan şairləri haqqında məlumat vermişdir. Əziz Dövlətabadinin «Qafqazın farsca yazan şairləri» təzkirəsində isə «Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhərlərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşa-yan 228-dək farsca yazan azərbaycanlı» şairlər haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, S.Ə.Şirvani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəaliyyətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan verir.
Əziz Kərimov
Əziz Kərimov ( azərb. Əziz Elxan oğlu Kərimov‎ ) azərbaycanlı fotoqrafdır. O, Free Media Awards 2020 The Fritt Ord (təşkilat) mükafatına layiq görülüb. 1987-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bitirib. 2013-cü ildə çəkdiyi fotolar Associated Press agentliyində dərc olunub çalışıb, sonradan karyerasına müstəqil fotoqraf kimi başlayıb. 2019-cu ildə, dünya nəhəndi olan Getty Images agentliyinə qoşulur. 2013 Freedom House təşkilatının keçirdiyi müsabiqədə Azərbaycan, Bəhreyn, Belarus, Çin, Rusiya, Cənubi Sudan və Suriya da daxil olmaqla 20-dən çox ölkədən fotoşəkillərdən ibarət sərgi hazırlanır. 2014-cü ildə YARAT-ın təşkil etdiyi ."BEYNƏLXALQ YAY FOTO MƏKTƏBİ"ində MAGNUM PHOTOS peşəkar təlimçilərinin təlimində iştirak edir. " 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, idman fotojurnalistikası. 2019 Azərbaycan Dillər Universitetinin müəllimi – Fotojurnalistika fənnini tədris edib.
Əziz Mirəhmədov
Əziz Mirəhmədov (tam adı: Mirəhmədov Əziz Mirfeyzulla oğlu; 11 fevral 1920–2002) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1980). Əziz Mirəhmədov 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. İlk təhsilini Bakıda M. A. Əliyev və M. F. Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə almışdır. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943–1948-ci illərdə ADU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsini tutur. Xalq şairi B. Vahabzadə də onun tələbəsi olmuşdur. Bəxtiyar Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza — 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi.
Əziz Məmmədov
Əziz Məmmədov — kino və dekor rəssamı, animator. Əziz Məmmədov 1955-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1969-1973), İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1985-1990). 1976-cı ildən dekor rəssamı, daha sonra quruluşçu rəssam işləyir. Arxada qalmış gələcək (film, 2004) Arxası qibləyə (film, 2009) Bağ mövsümü (film, 1985) Buta (film, 2011) Dərvişin qeydləri (film, 2013) Düyün (film, 2008) Etiraf (film, 1992) Əlvida, cənub şəhəri (film, 2006) Əlvida, Şmidt! (film, 2019) Fəryad (film, 1993) Girov (film, 2005) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!...
Əziz Nesin
Əziz Nesin (türk. Aziz Nesin, əsl adı Mehmet Nusret) (20 dekabr 1915[…] və ya 21 dekabr 1915, Heybəliada və ya Konstantinopol – 6 iyul 1995[…], Alaçatı, İzmir ili) — türk yazıçısı, publisist və dramaturq. Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olmuşdur. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937-ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəsənət Məktəbini də bitirir. Oxuduğu hərb məktəbində düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir.
Əziz Nəzərov
Nəzərov Əziz Nəzər oğlu (1898, Hacı Elyaz, İrəvan qəzası – 29 noyabr 1942, Bakı) — partiya və dövlət xadimi. 1917-ci ildə Fevral inqilabı ərəfəsində İrəvanda Fəhlə Əsgər Deputatları Sovetinə (çörəkçilər ittifaqından) seçilmişdir. 1917-ci ildə Oktyabr inqilabından əvvəl Rostov-Don şəhərinə getmiş, mühəndis Saprunovun yanında sürücü kurslarında təlim almışdır. 1918-ci ildə Gəncə şəhərində yerləşən Gəncə stansiyasında işə düzəlmiş və burada Hümmət Partiyasına daxil olmuşdur. 1919-cu ildə ailəsini İrəvandan Gəncəyə gətirir. Azərbaycanın sovetləşməsi dövründə Gəncə stansiyası inqilab komitəsinin sədrinin müavini seçilir, may üsyanından sonra isə Gəncə stansiyası inqilab komitəsinin, Gəncə inqilab komitəsinin sədri seçilir. Sonra ikinci rayonun milis rəisi, 1924-cü ilə gədər Gəncə stansiyası Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisi təyin olunur. 1920-ci ilin may ayında Əziz Nəzərov yoldaşları ilə birlikdə müsavatçıların əlindən zirehli qatarı (bronepoezd və vaqonları) alıb Azərbaycan İnqilab Komitəsinin rəhbərliyinə (Nəriman Nərimanova) verir. 1924-cü ildə Bakı şəhər Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisinin köməkçisi vəzifəsinə təyin olunur 1926–1930-cu illərdə — Bakı şəhər soveti inzibati şöbəsinin rəisi (sonralar həmin şöbə şəhər milisi adlandırılırdır Bakı milisinin ən gənc rəhbərlərindən biri olmuşdur. 1929-cu ilin sentyabr ayında quldur Aslanovun yaxalanması əməliyyatı zamanı ağır yaralanır.
Əziz Qubaydullin
Qubaydullin Qazis (Əziz) Salih oğlu (15 (27) iyun 1887 və ya 1887 – 13 oktyabr 1937 və ya 1938, Bakı) – professor, yazıçı, tarixçi, repressiya qurbanı. 1887-ci ilin iyununda Kazanda tacir ailəsində anadan olmuş Əziz Salih oğlu Qubaydullin adı qaynaqlarda Əziz, Aziz, Qaziz, Oaziz, soyadı Qubaydullin, Ubaydullin, ata adı isə Saleh, Salih və ya Salihoviç kimi yazılıb. Bu fərqlilik eyni ad və soyadın Rus, Tatar və Azərbaycan türkcəsində yazılışından doğur. Valideynləri Əzizi kiçik yaşlarında mollaxana adlandırdığımız məhəllə məktəbinə göndərib. Orada "Qurani Kərimi" oxumağı, islam dininin əsaslarını öyrəndikdən sonra, yəni səkkiz yaşında Xalidiyyə mədrəsəsinə gedib. Onun oxuduğu mədrəsədə dərs deyən müəllimlər Yaxın Şərqin məşhur elm ocaqlarında oxuduqlarından tələbələrinə formal sxolastik məntiq və fəlsəfəni də dərindən öyrətməyə çalışıblar. Tatarıstan Rusiya işğalı altına düşdükdən sonra buradakı ziyalıların çoxu Rus mədəniyyəti, ədəbiyyatı ilə eləcə də Rusiya vasitəsilə Avropanın inkişaf etmiş xalqlarının ərəbiyyatı, elmi və mədəniyyəti ilə yaxından tanış ola bilmişdilər. Buna görə də Xalidiyyə mədrəsəsinin tədris proqramı Yaxın Şərqin mədrəsələrinin ənənəvi tədris proqramından xeyli fərqlənirdi. Belə ki, burada tələbələr Qərb mədəniyyəti, orada gedən ideoloji mübarizələr tarixi ilə də tanış ola bilirdilər. Əziz də mədrəsədə oxumaqla yanaşı, hökumətin açdığı Rus-tatar məktəbinə də gedib.
Əziz Sancar
Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub. Əziz Səncər 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Səncərin ifadəsinə görə, Əziz Sancərin ana dili ərəb dili idi, ailədə ərəbcə danışılırdı. Əziz Səncər,ərəb dilində valideynləri ilə, lakin bacı-qardaşları ilə türk dilində danışdığını söyləyib.
Əziz Seyidov
Əziz Cəfər oğlu Seyidov — Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri. Azərbaycan Respublikası Prokurorluğunun Fəxri işçisidir. Əziz Cəfər oğlu Seyidov 6 oktyabr 1956-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi bitirib. 1983-cü ildən prokurorluq orqanlarına qəbul edilməklə Baki şəhər Nizami rayon prokurorluğuna, Bakı şəhər prokuroluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, Respublika Hərbi Prokurluğun İstintaq idarəsinin rəisi, Baş Prokurorluğun Milli Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi, ixtisaslaşdırılmış hərbi prokuror vəzifəsində işləyib. 2001-ci ilin aprel ayından Baş Prokurorluğun Daxili işlər orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. 2007-ci ilin aprel ayından 2017-ci ilin aprel ayının 25nə qədər Baki şəhər prokuroru olmuşdur. 2017-ci il aprelin 25-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci il iyulun 11-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunmuşdur. Ailəlidir, dörd övladı var.
Əziz Səncər
Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub. Əziz Səncər 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Səncərin ifadəsinə görə, Əziz Sancərin ana dili ərəb dili idi, ailədə ərəbcə danışılırdı. Əziz Səncər,ərəb dilində valideynləri ilə, lakin bacı-qardaşları ilə türk dilində danışdığını söyləyib.
Əziz Xələfov
Xələfov Əziz Mirzə Əhməd oğlu (1924-1993) - Əməkdar həkim, milli qəhrəman Salatın Əsgərovanın atası. Əziz Xələfov 1924-cü ildə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Sərdarlı kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra İkinci dünya müharibəsində iştirak etmişdi. Cəbhədən dönəndən sonra Leninqrad (indiki Sankt-Peterburq) Tibb institutunda oxumuşdu. Həkim kimi nəsil ixtisasını davam etdirmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunda baş müəllim, dosent kim çalışmışdı. Əziz Xələfov Leyla xanım Mahmud bəy qızı Məlikaslanovla ailə qurub. Əhməd adlı oğlu, Zümdüd adlı qızı var. Digər qızı Salatın Əsgərova Qarabağda erməni silahlıları tərəfindən qətl edilib. Əziz Xələfov bir çox döyüş medalları ilə təltif edilmişdir.
Əziz kəndi
Əzizkəndi (Puldəşt)
Əziz İldırım
Aziz Yıldırım və ya Əziz İldırım (2 noyabr 1952, Ergani, Diyarbəkir ili) — Fənərbaxça İdman Klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
Əziz Şərif
Şərifzadə Əziz Qurbanəli oğlu (28 mart 1895, Naxçıvan – 1 iyun 1988, Moskva) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycanın Əməkdar elm xadimi (1963). Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində maarifçi Qurbanəli Şərifzadənin ailəsində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir. "Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).
Əziz Əli
Əziz Əli (15 sentyabr 1980-ci ildə anadan olub) 2008- ci il Olimpiadasına son döyüşdə Basti Samir tərəfindən nokauta düşməsinə baxmayaraq, 2- ci AİBA Afrika 2008 Olimpiya Təsnifat Turnirində yüngül çəkidə vəsiqə qazanmış keniyalı həvəskar boksçudur . O, olimpiadada türkiyəli Bəhram Müzəffərlə ilk görüşündə 3:8 hesabı ilə uduzub .