Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nəzərov Əziz Nəzər oğlu (1898, Hacı Elyaz, İrəvan qəzası – 29 noyabr 1942, Bakı) — partiya və dövlət xadimi.
Əziz Nəzərov | |
---|---|
Əziz Nəzər oğlu Nəzərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 1942 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
1917-ci ildə Fevral inqilabı ərəfəsində İrəvanda Fəhlə Əsgər Deputatları Sovetinə (çörəkçilər ittifaqından) seçilmişdir. 1917-ci ildə Oktyabr inqilabından əvvəl Rostov-Don şəhərinə getmiş, mühəndis Saprunovun yanında sürücü kurslarında təlim almışdır. 1918-ci ildə Gəncə şəhərində yerləşən Gəncə stansiyasında işə düzəlmiş və burada Hümmət Partiyasına daxil olmuşdur.
1919-cu ildə ailəsini İrəvandan Gəncəyə gətirir. Azərbaycanın sovetləşməsi dövründə Gəncə stansiyası inqilab komitəsinin sədrinin müavini seçilir, may üsyanından sonra isə Gəncə stansiyası inqilab komitəsinin, Gəncə inqilab komitəsinin sədri seçilir. Sonra ikinci rayonun milis rəisi, 1924-cü ilə qədər Gəncə stansiyası Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisi təyin olunur. 1920-ci ilin may ayında Əziz Nəzərov yoldaşları ilə birlikdə müsavatçıların əlindən zirehli qatarı (bronepoezd və vaqonları) alıb Azərbaycan İnqilab Komitəsinin rəhbərliyinə (Nəriman Nərimanova) verir. 1924-cü ildə Bakı şəhər Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisinin köməkçisi vəzifəsinə təyin olunur.[1]
1926–1930-cu illərdə Bakı Şəhər Soveti inzibati şöbəsinin rəisi (sonralar həmin şöbə şəhər milisi adlandırılır).[2] Bakı milisinin ən gənc rəhbərlərindən biri olmuşdur.
1929-cu ilin sentyabr ayında quldur Aslanovun yaxalanması əməliyyatı zamanı ağır yaralanır. "Bakinski raboçi" və "Vışka" qəzetləri Ə. N. Nəzərovun vəziyyəti barədə məlumat dərc edib.[3]
1930-cu ilin sentyabr ayından dekabrına qədər Bakı şəhər prokuroru olmuşdur.[4]
1930-cu ilin dekabr ayında öz xahişi ilə Moskvaya Senaye Akademiyasına təhsil almağa göndərilir. Təhsilini uğurla başa vurub mühəndis-kimyaçı diplomunu müdafiə edir və Stalinogorsk şəhərinə neft-kimya kombinatına təyinat alır. Böyük Vətən müharibəsi başlayana qədər burada işləyir və kombinatın baş mühəndisi vəzifəsinə qədər yüksəlir. 1941-ci ilin mayında Bakıya gayıdır. Təcrübəli kimyaçı mühəndisə ixtisası üzrə iş tapılmır. Mərkəzi kəndlilər evinə direktor göndərilir. 27 iyul 1942-ci ildə saxta ittiham əsasında həbs edilir, 18 oktyabr 1942-ci ildə hökm oxunur: on il müddətinə azadlıqdan məhrum edilsin, 5 il müddətinə hüquqlarından məhrum edilsin, ona məxsus əmlakı müsadirə olunsun.[5] 29 noyabr 1942-ci ildə Azərbaycan SSR DİXK gazamatında erkən vəfat edir.[6]
8 may 1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətinin Qərarı ilə Azərbaycan SSR DİXK goşunlarının Hərbi tribunalının Nəzərov Əziz Nəzəroviçin barəsində 18.10.1942-ci il tarixli hökmü ləğv edilmiş və ona garşi irəli sürülmüş ittiham sübuta yetirilmədiyinə görə işə xitam verilmişdir.[7]
Əziz Nəzərov Azərbaycan MİK Rəyasət Heyəti və Bakı şəhər Soveti tərəfindən adı yazılmış silahla təltif olunmuşdur. 1930-cu ildə Əziz Nəzərov iki dəfə: 1930-cu ilin mayında Bakı şəhər İcraiyyə Komitəsi Rəyasət Heyəti tərəfindən Sovet hakimiyyətinin daxili düşmənləri ilə mübarizədə göstərdiyi şücaətə və gəhrəmanlığa görə " Nagan " sistemli tapança ilə, 1930-cu ilin dekabr ayında Azərbaycan SSR MİK tərəfindən banditizmə garşı mübarizədə göstərdiyi şücaətə görə döyüş silahı ilə təltif edilmişdir.
Adına Bakı və Gəncə şəhərlərində küçə vardır.