xloraseton 2021

xloraseton
xloramin
xlorat 2021
OBASTAN VİKİ
Xlorasetonfenon
Xlorasetonfenon — Gözyaşardıcı zəhərli maddə. Xlorasetofenon – sarı kristal halında olan bənövşə iyinə malik çox güclü zəhərli maddədir. İlk dəfə 1871-ci ildə alınmışdır. Ərimə temperaturu 50–800 °C, qaynama temperaturu 2450 C-dir. Xüsusi çəkisi 1,32 q/sm3-dir. Suda demək olar ki, həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Qələvilərin suda məhlulları xlorasetofenonu hidrolizləşdirir. Bu maddənin xırda tozcuqları gözün selikli və buynuz qişalarına düşərsə, nəm qişada olan sinir uclarını ara kəsilmədən qıcıqlandırır və bunun nəticəsində yaşaxma baş verir. Zəhərlənmə əlamətləri adətən dərhal başlanır və 10–15 dəq. sonra maksimum həddə çatır.
Xlorasetonitril
Xlorasetonitril — kimyəvi formulu: C2H2ClN olan rəngsiz, kəskin iyli maddədir. Yanma temperaturu, alovlanma temperaturu — 56 °C Yanan maddə olduğuna görə istilik, qığılcımlanan və alov mənbələrindən uzaq olmalıdır. Sıx qapalı qabda, sərin, quru, yaxşı havalandırılan yerdə saxlanılmalıdır. Suda həll olmur. Sabitdir, su, nəm, güclü oksidləşdirici maddələr, turşular ilə reaksiya vermir. Qızdırıldıqda parçalanır. Bu, hidrogen siyanidi də daxil olmaqla zəhərli və tez alışan qazlar buraxır. Güclü oksidləşdiricilər, reduksiya edənlər, turşular, əsaslar və buxarla reaksiya verir. Xlorasetonitril çox zəhərli və yanan qazlar buraxır. N-oksifenil törəmələrinin sintezində Xlorasetonitrildən istifadə edilir.