xortumçiçək
xortumlular
OBASTAN VİKİ
Xortumlu aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Xortumlu bərabərqanadlılar
Bərabərqanadlılar (lat. Homoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. 30000-ə yaxın növü məlumdur. Bunlardan 600-nə Azərbaycanda rast gəlinir. Müxtəlif formalıdır. Az hərəkətlidir. Ağzı xortum şəklindədir. Cırcıramakimilər, yarpaq birələri, ağqanadlılar, mənənələr və koksidlər yarımdəstəsi xortumlu bərabərqanadlılara daxildir. Xortumlu bərabərqanadlılar bitkilərin hüceyrə şirəsini sormaqla, yarpaqlarda fır əmələ gətirməklə, virus və digər xəstəlikləri yoluxdurmaqla, cavan zoğları mişarlamaqla kənd təsərrüfatı bitkilərinə zərər vururlar.
Xortumlu itciyəc
Xortumlu itciyəc (lat. Rhynchocyon) — atlanqaçlar fəsiləsinə aid heyvan cinsi.
Xortumlu zəlilər
Xortumlu zəlilər — (lat. Rhynchobdellıda ) Zəli sinfinə aid dəstə Bu dəstəyə kiçik və orta ölçülü zəlilər aid olub, bədənlərinin uzunluğu 5-30 mm, bəzən də 50-75 mm-ə çatır. Bütün növləri udlağın xortumuna çevrilməsi ilə xarakterizə olunur. Çinədan və bağırsağında metamer yerləşən yan cibciklər vardır. Spermatofor vasitəsilə mayalanırlar. Spermatofor dişi fərdin hər hansı bir nahiyəsinə, əsasən cinsi dəliyinə yapışdırılır. Dəstənin xarakterik nümayəndələrində biri müxtəlif balıqlarda parazit edən balıq zəlisidir. Balıq zəlisi şirin sularda geniş yayılmışdır. Bəzən sahibini tərk edərək, bitkilərin üzərində yaşayırlar. Baramalarını bitkilərin və hər hansı bir substratın üzərinə yapışdırırlar.
Bozsifət xortumlu itiyəz
Bozsifət xortumlu itiyəz (lat. Rhynchocyon udzungwensis) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Peters xortumlu itciyəzi
Peters xortumlu itciyəzi (lat. Rhynchocyon petersi) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Qızılı xortumlu itciyəz
Qızılı xortumlu itciyəz (lat. Rhynchocyon chrysopygus) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Xallı xortumlu itciyəz
Xallı xortumlu itciyəz (lat. Rhynchocyon cirnei) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Kələmin gövdə gizli xortumlusu
Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.
Xortumlular
Xortumlular (lat. Proboscidea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə daxil olan məməlilərin əsas özəllikləri xortumun olmasıdır. Ətrafları uzun, sütunvarı, pəncəsi beş, yaxud dördbarmaqlıdır. Boynu qısa, başı az hərəkətlidir. Çox inkişaf etmiş üst dodaq və burun bitişib hərəkətli xortum əmələ gətirir. Hindistan filləri və Afrika filləri cinslərinin daxil olduğu fillər (Elephantidae) xortumluların yeganə müasir fəsiləsidir. Xortumlulara aid digər iki mastodontlar (Mammutidae) və mamontlar (Mammuthus) fəsilələrinin bir neçə min il bundan əvvəl nəsli kəsilib.

Digər lüğətlərdə