xrom-karbid 2021

xrom-karbid
xrom
xrom-molibden 2021
OBASTAN VİKİ
Xrom
Xrom (Cr) – D. İ. Mendeleyevin kimyəvi elementləri dövri sisteminin 4 dövrünün 6-cı qrupunun 24-cü bir elementi (köhnəlmiş bir təsnifata görə, 6-cı qrupun yan alt qrupu). Kimyəvi elementlərin dövri sistemində 24-cü element. Cr (lat. Chromium) simvolu ilə təyin edilmişdir. Sadə maddə xrom — mavi ağ rəngli bərk metaldır. Xrom bəzən qara metallara aid edilir. Yunan dilindən elementin adı yun. χρῶμα — rəng, boya — birləşmələrinin rənglərinin müxtəlifliyinə görə. Orta Uralda, Berezovski qızıl filiz yatağında tapılıb. İlk olaraq Mixail Lomonosovun "Metallurgiyanın ilk təməlləri" əsərində qırmızı qurğuşun filizi, PbCrO4kimi qeyd edilmişdir (1763).
Xrom(VI)oksid
Xrom(VI)oksid (xrom anhidridi) CrO3 — oksigenli, tünd qırmızı kristalları olan, suda asanlıqla həll olan xrom birləşməsidir. Xrom və dixromat turşusu anhidrididir. Xrom(VI)oksid –bənövşəyi rəngə çalan qara-qırmızı rəngli kristallardı. Hiqroskopikdi, havada yayılır. Atmosfer təzyiqində qaynamatemperaturundan aşağı parçalanır. Suda həll olması — 166 г/100 г (15 °C), 199 г/100 г (100 °C). Xrom(VI)oksidini, sulfat turşusunu natrium dixromata təsirindən (kalium dixromata az hallarda) almaq olar: N a 2 C r 2 O 7 + H 2 S O 4 → 2 C r O 3 + N a 2 S O 4 + H 2 O {\displaystyle {\mathsf {Na_{2}Cr_{2}O_{7}+H_{2}SO_{4}\rightarrow 2CrO_{3}+Na_{2}SO_{4}+H_{2}O}}} CrO3 turşu oksiddir. Suda həll edildikdə, xrom turşusu əmələ gəlir (CrO3 az olanda) C r O 3 + H 2 O → H 2 C r O 4 {\displaystyle {\mathsf {CrO_{3}+H_{2}O\rightarrow H_{2}CrO_{4}}}} və ya dixromat turşusu (CrO3 çox olanda) 2 C r O 3 + H 2 O → H 2 C r 2 O 7 {\displaystyle {\mathsf {2CrO_{3}+H_{2}O\rightarrow H_{2}Cr_{2}O_{7}}}} Qələvi məhlulları ilə reaksiyaya girdikdə xromatlar alınır: C r O 3 + 2 K O H → K 2 C r O 4 + H 2 O {\displaystyle {\mathsf {CrO_{3}+2KOH\rightarrow K_{2}CrO_{4}+H_{2}O}}} 250 °C-dən yuxarı qızdırıldıqda parçalanır və nəticədə xrom(III)oksid və oksigen alınır: 4 C r O 3 → 2 C r 2 O 3 + 3 O 2 {\displaystyle {\mathsf {4CrO_{3}\rightarrow 2Cr_{2}O_{3}+3O_{2}}}} Bütün Cr (VI) birləşmələri kimi, CrO3 də güclü oksidləşdirici vasitədir (Cr2O3 -ə qədər reduksiya olunur). Məsələn, etanol, aseton və bir çox digər üzvi maddələr toz halına gətirildiqdən sonra xrom VI oksidi ilə təmasda olduqda öz — özünə alovlanır və ya hətta partlayır (bəzi istinad kitablarında "spirtdə və efirdə həll olunur" göstərilsə də). Yaxşı üyüdülməsə xrom anhidridi kristalları ilə təmasda olduqda spirtlərin və ketonların alovlanmasına nail olmaq mümkün deyil.
Xrom (II) oksid
İki polimorf formada mövcuddur. Qırmızı (pirofor deyil) və qara pirofor toz (havada öz-özünə alovlanan) buna görə də qara modifikasiya su qatının altında saxlanılır (su ilə qarşılıqlı təsir göstərmir). Altıbucaqlı kristalları əmələ gətirir. Bütün xrom oksidləri kimi odadavamlıdır. Suda həll olunmur. Azot turşusu və ya oksigen ilə xrom amalgamasının CrHg3 və ya CrHg oksidləşməsi nəticəsində əldə edilir: 2 C r H g 3 + O 2 → 2 C r O + 6 H g {\displaystyle {\mathsf {2CrHg_{3}+O_{2}\rightarrow 2CrO+6Hg}}} Xrom ııı oksidin reduksiya nəticəsində: H 3 P O 2 + 2 C r 2 O 3 → 4 C r O + H 3 P O 4 {\displaystyle {\mathsf {H_{3}PO_{2}+2Cr_{2}O_{3}\rightarrow 4CrO+H_{3}PO_{4}}}} Cr (CO)6 karbonilin termiki parçalanması ilə də əldə edilə bilər. 1. 697 °C temperaturda parçalanır: 3 C r O → C r 2 O 3 + C r {\displaystyle {\mathsf {3CrO\rightarrow Cr_{2}O_{3}+Cr}}} 2. 1000 °C -də hidrogenlə xrom metalına gədər reduksiya edilir: :: C r O + H 2 → 1000 o C C r + H 2 O {\displaystyle {\mathsf {CrO+H_{2}{\xrightarrow {1000^{o}C}}Cr+H_{2}O}}} 3. Həmçinin koksla reduksiya etmək olar: C r O + C → t C r + C O {\displaystyle {\mathsf {CrO+C{\xrightarrow {t}}Cr+CO}}} 4. Əsası xassələr görsədərək xlorid turşusunda həll olunur, nəticədə su və xrom II xlor alınır: C r O + 2 H C l → C r C l 2 + H 2 O {\displaystyle {\mathsf {CrO+2HCl\rightarrow CrCl_{2}+H_{2}O}}} Durulaşdırılmış azot və sulfat turşusunda həll olunmur. Havada qızdırıldıqda güclü reduksiyaedici xüsusiyyətlərini nümayiş etdirərək xrom (III) oksidinə gədər sürətlə oksidləşir. 2 C r O + C O 2 → 1000 o C C r 2 O 3 + C O {\displaystyle {\mathsf {2CrO+CO_{2}\ {\xrightarrow {1000^{o}C}}\ Cr_{2}O_{3}+CO}}} 6 -dan az valentliyi olan xrom birləşmələri aşağı toksikliyə malikdir. 6+ valentliyi olan xrom birləşmələri (xrom (VI) oksid) təhlükəli zəhərlər və kanserogenlər kimi tanınır. Некрасов Б.В. Основы общей химии.
Xrom II sulfat
Xrom II sulfat CrSO4 - qeyri-üzvi birləşmədir, xrom metalının və sulfat turşusunun duzudur, suda həll olan yaşıl kristallar kristallohidratlar əmələ gətirir. Xrom (II) sulfat rəngsiz, suda həll olunan kristallar əmələ gətirir, sulu məhlulları oksigen olmadıqda sabitdirlər. CrSO4 • n H2O tərkibli kristallohidratlar əmələ gətirir, burada n = 1, 2, 4, 5 və 7. Normal şərtlərdə kristallohidrat CrSO4 • 5H2O əmələ gəlir - üçbucaqlı sistemin mavi kristalları, parametrləri a = 0.724 nm, b = 1.094 nm, c = 0.601 nm, α = 125.32 °, β = 97.63 °, γ = 94.32 ° . Durulaşdırılmış sulfat turşusunun xrom metalına təsiri nəticəsində almaq olar: C r + H 2 S O 4 → C r S O 4 + H 2 ↑ {\displaystyle {\mathsf {Cr+H_{2}SO_{4}\ {\xrightarrow {}}\ CrSO_{4}+H_{2}\uparrow }}} Durulaşdırılmış sulfat turşusunun xrom (II) asetatına təsiri nəticəsində: ( C H 3 C O O ) 2 C r + H 2 S O 4 → C r S O 4 + 2 C H 3 C O O H {\displaystyle {\mathsf {(CH_{3}COO)_{2}Cr+H_{2}SO_{4}\ {\xrightarrow {}}\ CrSO_{4}+2CH_{3}COOH}}} Əsası oksidlərin turşularla reaksiyası nəticəsində: C r 2 ( S O 4 ) 3 + Z n → 2 C r S O 4 + Z n S O 4 {\displaystyle {\mathsf {Cr_{2}(SO_{4})_{3}+Zn\ {\xrightarrow {}}\ 2CrSO_{4}+ZnSO_{4}}}} Sulu məhlulları oksigeni udur: 12 C r S O 4 + 3 O 2 → 4 C r 2 ( S O 4 ) 3 + 2 C r 2 O 3 {\displaystyle {\mathsf {12CrSO_{4}+3O_{2}\ {\xrightarrow {}}\ 4Cr_{2}(SO_{4})_{3}+2Cr_{2}O_{3}}}} Oksidləşdirici maddə olmadığı təqdirdə suyu yavaş-yavaş reduksiya edir hansındakı həll olunmuşdur və rediksiyaedici xassələr görsədir. 2 C r S O 4 + 2 H 2 O → 2 C r ( O H ) S O 4 + H 2 ↑ {\displaystyle {\mathsf {2CrSO_{4}+2H_{2}O\ {\xrightarrow {}}\ 2Cr(OH)SO_{4}+H_{2}\uparrow }}} İnert atmosferdə qələvi məhlulları və ammonyakla reaksiyaya qirir və gəhvəyi rəngdə xrom (II) hidroksid çöküntüsü yaranır. C r S O 4 + 2 N a O H → N 2 C r ( O H ) 2 ↓ + N a 2 S O 4 {\displaystyle {\mathsf {CrSO_{4}+2NaOH\ {\xrightarrow {N_{2}}}\ Cr(OH)_{2}\downarrow +Na_{2}SO_{4}}}} Natrium sulfid məhlulu ilə reaksiyaya girərək xrom (II) sulfidin qara çöküntüsünü əmələ gətirir: C r S O 4 + N a 2 S → C r S ↓ + N a 2 S O 4 {\displaystyle {\mathsf {CrSO_{4}+Na_{2}S\ {\xrightarrow {}}\ CrS\downarrow +Na_{2}SO_{4}}}} Analitik kimyada oksigen uducu kimi. Üzvi kimyada katalizator və reduksiyaedici kimi istifadə olunur. Химическая энциклопедия / Редкол.: Зефиров Н.С. и др.. — М.: Большая Российская энциклопедия, 1998.