xörək-bişmiş

xörək-bişmiş
xörək
xörək-çörək
OBASTAN VİKİ
Xörək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Beşbarmaq (xörək)
Beşbarmaq (qırğ. beşbarmak - "beş barmaq") — Orta Asiya mətbəxinin milli yeməklərindən biri. Beşbarmaq ümumiyyətlə əriştə ilə incə doğranmış, qaynadılmış ətdən hazırlanır və tez-tez soğan sousu olan çık ilə süfrəyə verilir. Tipik olaraq, şorbadan sonra bir neçə nəfər arasında bölüşdürülən iri sinilərdə süfrələrə verilir ki, bu da ilk növbədə kasa adlı qablarda qoyun əti bulyonunun verilməsi ilə başlayır. Bundan sonra ağ-sərkə ( qımız və ya ayranla qarışdırılmış şorba) bulyonu verilir. Bayram süfrəsi beşbarmağı, qazı-karta və sucuqla birlikdə bişirilir. Beşbarmaq termini "beş barmaq" deməkdir, çünki köçərilər ənənəvi olaraq bu yeməyi əlləri ilə yeyirlər. Sincanda, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda narin, Qaraqalpaqıstan, Şimali Qafqaz və Türkmənistanda turama , Başqırdıstanda və Tatarıstanda qullama da bilinir. == Tarixi == Orta Asiya mətbəxi, insanların heyvanlarından tamamilə istifadə etdiyi bir zamanda köçəri həyatın məhdudiyyətləri daxilində inkişaf etdi. Bu, ət və süd məhsulları ilə zəngin olan Orta Asiya yeməklərində özünü göstərirdi.
Gürzə (xörək)
Gürzə - Azərbaycanın milli xörəklərindən biri. Gürzə əsasən qış aylarında hazırlanan xörəklər sırasına daxil edilir. Xəmirdən hazırlanan ət xörəklərindəndir. Əsasən çəkilmiş qoyun ətindən hazırlanır. Tərkibi zövqə görə ədvalarla zənginləşdirilə bilər. Onlardan sumaq, sarıkök, istiot və s. Sarımsaq, turşu da əlavə edilə bilər. Kalorili yeməklər sırasına daxildir.
Julyen (xörək)
Julyen (fr. julienne) — Fransızların məşhur yeməyi olub, fransız qadın adı-Julienne dan götürülmüşdür. Əsasən yay fəslində nazik doğranmış təzə tərəvəzlərdən hazırlanır. Belə ki, nazik doğranmış tərəvəzlər əlavə edilən suplar, salatlar julyen adlanır. Buraya nazik doğranmış soğan, pomidor dilimlərini də misal çəkə bilərik. Rusiyada isə julyen bir qədər başqa cür hazırlanır. == İstifadə edilən ərzaqlar == Julyeni hazırlayan zaman soğan, göbələk, toyuğun döş əti, holland pendiri, xama və ya qaymaqdan istifadə edirlər.
Makedoniya (xörək)
Makedoniya- meyvə və ya tərəvəzlərin kiçik parçalara doğranaraq qarışdırılması ilə hazırlanan salat növü. Meyvəli Makedoniya salatı Yunanıstan, Rumıniya, İspaniya, Fransa, İtaliya və Latın Amerikasında qəlyanaltı kimi təqdim edilir. Tərəvəzdən hazırlanan Makedoniya salatı soyuq şəkildə təqdim edilir, Fransada isə tərkibinə qırmızı lobya qatılır. Macédoine de légumes isə eyni tərəvəzlərdən hazırlansa da, isti şəkildə yağ ilə təqdim edilir.
Narin (xörək)
Narin (qırğ. наарын, нарын; qaz. нарын; özb. норин; uyğ. нерин) — türkdilli xalqların ənənəvi ət yeməyi. Ümumiyyətlə, yemək soğan sousu ilə incə doğranmış qaynadılmış ətdir, əksər hallarda incə doğranmış əriştə də əlavə olunur. Narin ən qədim və məşhur ənənəvi qırğız yeməklərindən biridir. Xalq nağıllarında, mahnılarında və dastanlarında bu yeməyin adına istinadlar tez-tez rast gəlinir. Əvvəllər narin, demək olar ki, bütün bayramlarda, toylarda bişirilirdi. Narin ət yemək ritualının ayrılmaz hissəsidir.
Xörək duzu
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. Əli: "Yeməyinizi duzla başlayın.
Xörək çuğunduru
Xörək çuğunduru və ya aşxana çuğunduru — digər çuğundur növləri ilə müqayisədə tərkibində şəkər, mineral maddələr və vitaminlər nisbətən çoxdur. Onun ətli hissəsi zərif, rəngi tünd qırmızı olur. Aşxana çuğundurunda 3,0-12,0% şəkər, 0,5-3,6% azotlu maddə var. Bunlardan zülalın payına orta hesabla 1,5% düşür. 0,4-2,1% sellüloza, 0,1-2,3% kül, 0,7-2% pektin maddəsi, 1,3% pentozanlar olur. Quru maddənin ümumi miqdarı 15-20%-dir. Monoşəkərlərdən çuğundurun tərkibində 0,3-1,3% qlükoza və fruktoza vardır. Saxaroza çoxluq təşkil edir və onun miqdarı 2,7-10,7%-dir. Yetişmə və saxlanılma zamanı invertaza fermentinin az aktiv olması nəticəsində saxaroza çoxalır. Saxlanılma zamanı saxarozanın inversiyası nəticəsində monoşəkərlərin miqdarı nisbətən artır, lakin saxarozadan çox olmur.