yığılmış 2021
yığım-nəqliyyat
OBASTAN VİKİ
Maşın yığımı
Maşın yığımı hissələrin və düyümlərin maşının təyinatına cavab verən, müəyyən olunmuş ardıcıllıqla birləşməsi və bərkidilməsidir. Məmulun təşkiledici hissələrinin söküləbilən və sökülməyən birləşməsinə düyüm deyilir. Düyümün əsas xarakteri onun başqa elementlərdən yığılmasıdır. Düyümə daxil olan iki və daha artıq hissələr birləşməsinə altdüyüm deyilir. Altdüyümlər dərəcələrinə görə fərqlənirlər. Ən yüksək dərəcəli altdüyüm yalnız bir hissədən ibarət olur. Yığmanın başlandığı hissə və ya düyüm baza elementi adlanır. →Maşınqayırmada yığmaya sərf olunan əməktutumu məmulun ümumi əməktumunun 25÷30%-ni təşkil edir. Fərdi və kiçik seriyalı istehsalda isə daha çox çatdırma işləri tələb olunduğundan bu nisbət 40÷45%-ə qədər qalxa bilir. == Təsnifatı == Maşınqayırmada yığma ümumi və düyüm olaraq iki qrupa bölünür.
Məhsul Yığımının Yeni Üsulu (1979)
Texniki-təbliğat kinolenti Azərbaycan şəraitində məhsulun yeni üsulla-İpatov üsulu ilə yığılması haqqındadır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Məhsul yığımının yeni üsulu (film, 1979)
Texniki-təbliğat kinolenti Azərbaycan şəraitində məhsulun yeni üsulla-İpatov üsulu ilə yığılması haqqındadır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(I)
Elmi-kütləvi filmdir. Burada məşhur pambıqçı Bəsti Bağırova tərəfindən tətbiq edilən iki əllə pambıq yığma üsulu haqqında danışılır. Film saxlanılmayıb. Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(II)
Elmi-kütləvi filmdir. Burada məşhur pambıq ustası Qüdrət Səmədovun iki əllə pambıq yığmasından, onun iş üsulundan söhbət gedir. Film saxlanılmayıb. Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Pambığın mexanikləşdirilmiş yığımı (film, 1961)
Kinolent Azərbaycanda pambıq yığımında texnikadan-pambıqyığan kombayndan istifadə olunmasından, bunun əmək məhsuldarlığına böyük təsirindən danışır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Teyyub Axundov Ssenari müəllifi: Əfqan Əsgərov, M.Qədimova Operator: Teyyub Axundov Səs operatoru: Sabir İsgəndərov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
İlkin kapital yığımı
İlkin kapital yığımı — Karl Marksın fikrincə, kapitalist istehsalı üçün şəraitin yarandığı tarixi proses. “Kapitalın ilkin yığılması” anlayışı ilk dəfə Adam Smitin əsərlərində təqdim edilmiş və Marks tərəfindən ilkin yığım nəzəriyyəsi şəklində işlənmişdir. Bu nəzəriyyəyə görə kapitalın ilkin yığılmasının mahiyyəti aşağıdakı kimidir. Kapitalistik istehsalın həyata keçirilməsi üçün aşağıdakı şərtlər lazımdır: 1) qanuni olaraq azad, lakin istehsal və yaşayış vasitələrindən məhrum olan və buna görə də kapitalistlər üçün işləməyə məcbur olan yoxsul kütlənin olması; 2) kapitalistik müəssisələrin yaradılması üçün zəruri sərvətin toplanması. Bu şərait XV əsrin sonlarından XVIII əsrə qədər, digər ölkələrdə isə XIX əsrin sonlarına qədər Qərbi Avropada baş verən ilkin kapital yığımı prosesi zamanı yaradılmışdır. İlkin yığım prosesinin birinci tərəfi istehsal vasitələrinin xırda istehsalçılar (kəndlilər və sənətkarlar) kütləsindən zorla müsadirə edilməsi və onların mülki yoxsul proletarlara çevrilməsidir. Bu prosesin ən parlaq təzahürü, Marksın fikrincə, XV əsrin sonunda başlayan və ən böyük həddi XVIII əsrdə çatan kəndlilərin kütləvi surətdə müsadirə edilməsi (“çəpərləmələr” adlanan) idi. İngilis sənaye inqilabı dövrü, hakimiyyət və qanunlar tərəfindən icazə verilən əhalinin kütləvi soyğunçuluğu formasını aldıqda:“XVIII əsrdə tərəqqi ondan ibarətdir ki, qanun özü xalqın torpağının talan edilməsi alətinə çevrilir... Belə soyğunçuluğun parlament forması “İctimai mülkiyyətin bağlanması haqqında qanunlar”dır (Bills for Inclosures of Commons), yəni mülkədarların xalqın torpaqlarını onların köməyi ilə özlərinə xüsusi mülkiyyət kimi verdiyi fərmanlar – xalqı özgəninkiləşdirən dekretlər”.Kəndlilərin torpaqlardan qovulması elə bir miqyasda həyata keçirildi ki, XVIII əsrin sonlarında İngiltərədə torpağa sahib olan müstəqil kəndlilər - yomenlər praktiki olaraq yox oldular. Lakin ümumilikdə bu proseslər, bu dövrdə əmək haqqı “minimumdan aşağı düşməyə başlayan” və “yalnız həyatın tamamilə zəruri ehtiyaclarını ödəməyə kifayət edən” muzdlu işçilərdən ibarət nəhəng bir ordunun formalaşmasına səbəb oldu.

Digər lüğətlərdə