YAMAN

sif.
1. Pis. Yaman arvadlının evi cəhənnəmdir. ( Ata. sözü ).
Biçarə münəccimbaşı yaman (z.) halda idi. M.F.Axundzadə.
Bu dünyada üç şey başa bəladı; Yaman oğul, yaman arvad, yaman at. Aşıq Ələsgər.
Saldız axırda yaman halə məni. M.Ə.Sabir.

2. Rəhmsiz, insafsız, əzazil. Yaman adamdır, onunla ehtiyatlı ol.
– Kərəm kimi mən oduna yananam; Dostuna dost, düşməninə yamanam. Aşıq Əziz.

3. məc. Təsiri şiddətləndirmək üçün bəzən “çox”, “həddindən artıq”, “bərk”, “tez”, “şiddətli” kimi mənalarda işlənir. Yaman işə düşmüşdüm. Bu gün yaman istidir.
– Qara Pəhləvan yaman güclü, həm də yaman əyyar idi. Koroğlu”.
Bu davadan sonra iki məhəllənin arası daha da yaman pozuldu. N.Nərimanov.
Ey könül, fürsəti badə vermə gəl; Gün keçir, ay keçir, il yanan gedir. M.Rahim.

// Bəzən “çox yaxşı”, “əla” mənasında işlənir. Yaman atandır. Yaman çalır. Yaman qoçaqdır.
4. is. Qarğış.
Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi İzzət uca səslə onun üstə qışqırıb başladı yamanı. C.Məmmədquluzadə.

5. tib. Həyat üçün təhlükəli, çox qorxulu, xətərli, zərərli, pis. Yaman şiş. Yaman yara.
// dan. İs. mənasında.
Dilərəm üzünə çıxsın bir yaman; Müdam zəhər olsun alnı namərdin. (Qoşma).

◊ Yaman demək – söymək.
Şaban nənə Əsədi qabağına salıb yaman deyə-deyə (z.) gedir. C.Məmmədquluzadə.

Yaman dəymiş – qarğış ifadəsi.
Alo kişi … yabının yox olduğunu gördü: – Əşi, bu yaman dəymiş hara əlli-ayaqlı itdi. S.Rəhimov.

Yaman göz – gözdə, baxışda bədbəxtlik gətirən əsrarəngiz sehirli qüvvə.
Yaman gözə şeşələnən buynuz hədəfə; Bu daş çoxdan atılmışdı; İndi çatırdı. M.Araz.

Yaman gün1) pis gün; ağır, əziyyətli, məhrumiyyətlərlə dolu vəziyyət. Yaman günün ömrü az olar. ( Ata. sözü );
2) ağır vəziyyət (hal), pis vəziyyət.
Fətulla … yaman gündə yatırdı. Mir Cəlal.

Yaman günə (hala, kökə) düşmək – səhhətcə, zahiri görünüşcə, yaxud maddi vəziyyətcə pis hala düşmək.
Su tükəndi sənəkdən; Sənək sındı biləkdən; Bir yaman günə düşdüm; Qurtarmadım kələkdən. (Bayatı).

Yaman günə salmaq – korlamaq, xarab etmək, pis hala (vəziyyətə) salmaq.
Yaxşılığı əlimizdən alıblar; Yaxşı bizi yaman günə salıblar. Şəhriyar.

Yaman olmaz – pis olmaz, yaxşı olar.
[Hüseyn:] Gedib ona bir baş çəksən, yaman olmaz. Qantəmir.

Yaman yerdə axşamladıq – gözlənilmədə, çətin, çıxılmaz, təhlükəli vəziyyətə düşdükdə deyilən ifadə.
[Əlibala] əsəbi bir halda başını bulayıb deyindi: – Yaman yerdə axşamladıq! M.Süleymanov.

Синонимы

  • YAMAN pis
  • YAMAN yaxşı
  • YAMAN rəhmsiz — insafsız — əzazil
  • YAMAN I yaman bax 1. pis; 2. əzazil; 3. qarğış II yaman bax yaxşı 1

Антонимы

  • YAMAN YAMAN – RƏHMLİ Kərəm kimi mən oduna yanaram; Dostuna dost, düşməninə yamanam (Aşıq Əziz); Rəhmlidir, ürəyi yumşaqdır

Этимология

  • YAMAN Heyvanda yaman xəstəliyi olur. Bu sözün mənası mənbələrdə dərinin iltihabı (воспаление кожи) kimi açıqlanıb
YAMAMAQ
YAMAN-YAXŞI
OBASTAN VİKİ
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. == Həyatı == Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
İrəm Yaman
İrəm Yaman (türk. İrem Yaman) — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018). == Şəxsi həyat == İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb. Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır. == Karyera == === Kikboksinq === 2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. === Taekvondo === Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir.
Aylin Yaman
Aylin Yaman (1967, Ankara) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Aylin Yaman 1967-ci ildə Ankara şəhərində anadan olub. 1991-ci ildə Ankara Universiteti Tibb bölməsindən məzun olub. 1996-cı ildə isə Ankara Universiteti Tibb bölməsində fiziologiya üzrə ixtisaslaşmanı bitirib. Uzun illər səhiyyə sahəsində çalışıb və vəzifələrdə təmsil olunub. Sağlamlıq Forumunda, Yaşlılar və Əlillər üçün Sosial Siyasət Seminarınıda və Uşaq Siyasətləri Seminarında töhfələri olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2020-ci ildə CHP Məclisinin üzvü seçilib. COVID-19 Məsləhət Şurasının üzvü, İnsan Hüquqları İşçi Qrupunun üzvü vəzifələrində təmsil olunub. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Can Yaman
Can Yaman (8 noyabr 1989, İstanbul) — Türkiyə aktyoru. == Həyatı == Can Yaman 8 noyabr 1989-cu ildə İstanbulun Suadiyə şəhərində ailəsinin tək övladı olaraq dünyaya gəlib. Atasının adı Güven Yaman, anasının adı Güldam Candır. Can Yamanın 5 yaşı olanda valideynləri ayrılıb. Nənəsi makedon, babası isə Yuqoslaviya əsillidir. İbtidai və orta məktəbi Bilfen Kollecində bitirdikdən sonra orta təhsilini İtaliya liseyində başa vurub. Orta məktəbin son ilində o, tələbə mübadiləsi proqramı vasitəsilə ABŞ-ın Ohayo ştatında təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Yeditəpə Universitetinin Hüquq fakültəsində təqaüdlə oxuyub və 2012-ci ildə oranı bitirib. Hələ universitetdə oxuyarkən mübadilə proqramı ilə Vaşinqtona getdi və hüquq kursları aldı. 2014-cü ildə məzun olduqdan sonra 1 illik məcburi təcrübə keçmək üçün dünyaca məşhur Awaterhouse Coopers adlı korporativ firmada 6 ay hüquqşünas kimi çalışıb.
Dle Yaman
"Dle Yaman" (erm. Դլե Յաման) — erməni ənənəvi melodiyası. Bu, iki insanın faciəvi sevgi macərasından bəhs edir. Melodiyanı Komitas Ermənistan yaylasında kəndlərə səyahəti zamanı aşkar etmişdir. O, fortepiano üçün sözləri və musiqini yenidən aranjeman etmişdir. "Dle Yaman" çox vaxt düdük ilə hazırlanmış solo bitlərlə şərh olunur. Zamanla mahnı xalq arasında hər il 24 apreldə anılan Erməni soyqırımının himnlərindən birinə çevrilmişdir.
Erina Yamane
Erina Yamane (d. 20 dekabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
Moxtar Əl-Yamani
Moxtar Əl-Yamani (d. 12 may 1997) — Yəmənli üzgüçü. Moxtar Əl-Yamani Yəməni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Moxtar Əl-Yamani birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.19 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 61-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Ryosuke Yamanaka
Ryosuke Yamanaka (20 aprel 1993, Kaşiva, Çiba prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Takayoşi Yamano
Takayoşi Yamano (d. 5 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Yamanaşi prefekturası
Yamanaşi prefekturası (yap. 山梨県 Yamanashi ken) — Yaponiyanın Honşu adasında yerləşən Çubu regionunda prefektura.
Yamancalı
Yamancalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yamanclı kimi qeyd edilmişdir. Toponim yamancalı türk mənşəli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dexsut qoyulmuşdur. == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.Rayon mərkəzindən 7 km şimalda, İnəkli kəndinin yanında yerləşir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873-cü ildə 214 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 257 nəfər, 1908-ci ildə 272 nəfər, 1914-cü ildə 300 nəfər, 1916-cı ildə 280 nəfər, 1918-ci ilin yanvarında 763 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Yamanoue no Okura
Yamanoue no Okura (təq. 660 – təq. 733) — Yapon şairi. == Haqqında == Yamanoue no Okura 660-cı ildə anadan olub. Onun məxsus olduğu Nara dövrünün poeziyası hələ bir qədər sadəlövh, təmiz lirika yapon zəmini ilə çox yaxın olan, mifologiyaya yaxın, eyni zamanda Çin mədəni modelinə uyğun yaradılan poeziya nümunələri idi. O, yapon poeziyasının ilk müəllifi məlum olan nümunələrini yaradan beş məşhur yapon şairindən biri idi. İlk yapon lirikasında “uzun nəğmələr” əsas yer tuturdu ki,bunlar da öz başlanğıcını xalq himnlərindən və ağılarından almışdı. Onun poeziyasının üslub xüsusiyyətləri digər yapon şairlərindən çox seçilir. Yamanoue no Okura savadlı adam olmuş, Çin dilini öyrənmiş, Çin fəlsəfəsinə bələd olmuş, Çin dilində şeirlər yazmışdır. Yamanoue no Okura bir müddət Çində yaşamışdır.
Yamansu çayı
Yamansu (çeç. Ястий, qum. Ямансув) — Çeçenistanın Naji-Yurt rayonu və Dağıstanın Novolak, Xasavyurd rayonları ərazisindən keçən Rusiyada çay. Çayın uzunluğu 75 km-dir. Su hövzəsinin sahəsi 318 km²-dir. Çayın yamacı 15.1 m/km-dir. == Adlanması == Qumuq dilindən tərcümədə "yaman su" "pis,çirkli su" deməkdir. Çayın suyu yüksək miqdarda sulfat və xlor duzları olan sulfit sinfinə aiddir, buna görə də çayın suyundan gündəlik məişətdə içmək üçün istifadə edilmir. Ancaq XIX əsrin sonu XX əsrin əvvəllərində Brokhauz və Efronun ensiklopedik lüğətinin səhifələrində bu haqda yazılmışdı: Çay adını fırtınalı daşqınlar zamanı hərəkəti qeyri-mümkün olduğu üçün "pis çay, yaman çay" olaraq almışdır.. == Coğrafiyası == Çayın mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 1160 m yüksəklikdədir.
Yamantau dağı
Yamantau (başq. Яман тау — «pis (zalım) dağ») — Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir. Şimal qərbə uzanır. Uzunluğu 3 km, eni isə 5 km təşkil edir. Əsas zirvələri Böyük Yamatau (1640 m) və Kiçik Yamatau (1510 m) zirvələridir. Cənubi-Ural qoruğu ərazisində yerləşir. İllik yağıntının miqdarı 700 – 1100 mm təşkil edir. Qar örtüyü 80—100 sm qalınlığına mslik ola bilir. Üstəlik onun qalma müddəti 180-205 gün təşkil edir.
Şinya Yamanaka
Şinya Yamanaka (yap. 山中 伸弥; 4 sentyabr 1962[…]) — Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Şinya Yamanaka 4 sentyabr 1962-ci ildə Yaponiyanın Hiqaşiosaka şəhərində anadan olmuşdur. Onun valideynlərinin tikiş maşınlarının ehtiyat hissələrini istehsal edən kiçik bir zavodu var idi. Onlar övladlarının da bu ailə biznesi ilə məşğul olmasını istəmirdi; Şinyanın həkim olmasını arzu edirdilər. Uşaq vaxtdi cüdo ilə məşgul olması onda ciddi travmalar yaradırdı. Şinya vaxtının böyük hissəsini ortopedik mərkəzdə keçirirdi. O, düz 10 dəfə sümük əzələlərini qırmışdı. Bütün bunlar Şinyanın gələcək karyerasına təsir göstərmişdir. Məktəbi bitirib attestatını aldıqdan sonra, 1980-ci ildə Kobe Universitetinə qəbul oldu.
Yamanoe stelası
Yamanoe stelası (山ノ上碑, Yamanoe hi) – Yaponiyanın Qunma prefekturasının Takasaki şəhərində yerləşən qədim stela. Kozukenin üç stelasından ən qədim olanıdır. Üzərində Çin işarələri və yapon qrammatikası ilə yazılmış ən qədim yazı həkk olunmuşdur. Stelanın yaxınlığında Yamanoe kofunu (山ノ上古墳) yerləşir. == Yamanoe stelası == 681-ci ildə ucaldılmış stela Haruna vulkanından gətirilmiş andezit daşından hazırlanmışdır. Stela 111 santimetr hündürlüyündə, 47 santimetr genişliyində və 52 santimetr qalınlığındadır və Koreyanın Şila krallığına aid olan stelanı xatırladır. Stelanın kalliqrafik stilin krelikal yazının bir variantı olduğu güman olunur. Hoko məbədinin bir keşişi olmuş Naqatoşi anası Kurome-no-tocini yaxınlıqda dəfn etdikdən sonra onun üçün bu stelanı ucaltmışdır. Stelanın üzərindəki yazı 53 işarədən ibarətdir və Azərbaycan dilindəki tərcüməsi belədir: Stelanın üzərində yazının əvvəlində qeyd olunan tarix forması VII əsrin epiqrafları və taxta tabletləri üçün səviyyəvidir. Yazı üçün Çin işarələrindən istifadə olunsa da, yapon qrammatikası ilə yazılmışdır: feil mübtədadan sonra gəlmək əvəzinə cümlənin sonunda işlədilir.
Yamanaşi Universiteti
Yamanaşi Universiteti (yap. 山梨大学, Yamanashi Daigaku), — Yaponiyanın Yamanaşi şəhərində yerləşən milli universitet. Universitetin kampusları Tokiodan təxminən 120 km. qərbdə, dağlarla əhatə olunmuş Kofu hövzəsinin mərkəzində, Kofu və Çuo şəhərlərində yerləşir. == Tarixi == Yamanaşi Universitetinin mənşəyi 1795-ci ildə Tokuqava hökumətinin "Şoheizaka" məktəbinin (sonradan Tokio Universiteti) bir qolu kimi əsası qoyulan və Yamanaşi Müəllimlər Məktəbinə çevrilən "Kitenkan"dan (徽典館) gəlir. 1921-ci ildə kiçik yaşlı uşaqlar üçün Yamanaşi Müəllimlər Məktəbi və 1924-cü ildə Yamanaşi Mühəndislik Ali Məktəbi yaradıldı. İkinci Dünya Müharibəsindən sonra bu üç məktəb Yaponiyanın yeni məktəb sisteminə uyğun olaraq Yamanaşi Universitetinə birləşdirildi. Universitet rəsmi olaraq Yamanaşi Milli Universitet Korporasiyası adlanır. 2012-ci ildə Təhsil və İnsan Elmləri fakültəsi və Mühəndislik fakültəsi təşkil edildi və Həyat və Ətraf Mühit Elmləri fakültəsi yeni yaradıldı. 2016-cı ildə Pedaqoji-humanitar fakültəsində davamlı təhsil ləğv edilmiş və fakültə Təhsil fakültəsi adlandırılmışdır.

Значение слова в других словарях