YARPAQ

“Yastı” mənasında yalbı, “yarpaq” mənasında yalbırğaq sözləri olub. Bunlardan sonuncusu yarpaq (yastı olan, yapıq olan) şəklinə düşüb, sonra isə indiki kimi (yarpaq) formalaşıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YARMƏMMƏD
YAS
OBASTAN VİKİ
Yarpaq
Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan. Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə bağlı olaraq yarpağın biçimi dəyişilə bilər. Yarpaqda üzvi maddələr yaranır ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir bölümünü də ehtiyat qida halında bəlli orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada işlənə bilir. Yarpaqların əlavə köklər yaratma xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ çoxaldırlar. Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar", saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir. Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir. Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, o "yarpaqaltlığı" adlanır. Beləliklə yarpaqlar iki yerə ayrılır: Bəsit yarpaqlar Mürəkkəb yarpaqlar Yarpağın hüceyrəvi quruluşu dedikdə yarpağın daxili quruluşu nəzərdə tutulur.Daxili quruluşa(yarpaqda) ağızcıqlar,yarpaq damarları aiddir.
Sonuncu yarpaq
"Sonuncu yarpaq" (ing. The Last Leaf) — amerikalı yazıçı O. Henrinin "Yanan Çıraq" seçilmiş hekayələrindən bir novella. Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikri haqqında ona danışır.
Yarpaq dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Yarpaq fırfırası
Yarpaq fırfırası (lat. Recurvaria nanella Hb.)-Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ Kəpənəyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları açıq-qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla qəhvəyi rəngdədir. Yarpaq fırfırası ikinci yaş tırtıl mərhələsində hörümçək toruna bənzər baramacıq içərisində, ağacların qabıqaltı yarıqlarında qışlayır. Qışlama yerlərindən yazda, mart ayının axırları, aprel ayının əvvəllərində çıxırlar və təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində qidalanırlar. Yarpaq fırfırası ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır və sıradan çıxırlar. Belə yarpaqlar içərisində tırtıl mərhələsi başa çatır.
Yarpaq xalçaları
Yarpaq xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Göyümtül yarpaq dovşanalması
Yarpaq tökümü (roman)
Yarpaq tökümü — Məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin ilk dəfə 1930-cu ildə nəşr edilmiş romanı. Yarpaq tökümü romanında maddi durum üzündən pis yollara düşən bir ailədən bəhs edilir. Evin bəyi olan Əli Rza bəy həmişə öz ailəsini öz himayəsi altında saxlamaq istəyir, lakin buna nail ola bilmir. Əli Rza bəyin özü kimi təmiz qəlbli Xeyriyyə adlı arvadı var. Onların 5 uşağı olur... "Yarpaq tökümü" romanı ilk dəfə Vaqif Sultanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş Bakıda "Karvan" dərgisində (1990, XII kitab, s.27-73) dərc olunmuşdur.Vaqif Sultanlının tərcüməsi 1994-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-poliqrafiya Birliyində, Dəyirman romanı ilə birlikdə kiril əlifbasında 10.000 nüsxədə kitab kimi nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2007-ci ildə "Çinar-çap" nəşriyyatında üçüncü dəfə latın qrafikası ilə 500 nüsxədə yayınlanmışdır. 2006-cı ildə roman K.Əliyevanın tərcüməsində "Nurlan" nəşriyyatında 300 nüsxədə nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2015-ci ildə Bakı Kitab Klubunda 176 səhifədə, 100 tirajla çap edilmişdir. Rəşad Nuri Güntəkin.
Yarpaq tökümü (teleserial, 2006)
Yaprak Dökümü, 2006–2010-cu illər arasında Kanal D-də yayımlanan ailə və dram janrlı türk serialıdır. Reşat Nuri Güntekinin eyniadlı kitabından uyğunlaşdırılıb. Ümumilikdə 5 sezondan ibarət olan serial 174-cü bölümü ilə sona çatdı. Ömrünü biri oğlan olan 5 övladına yaxşı fikirlər, təmiz şəxsiyyətlər bəxş etməyə həsr edən Əli Rıza bəy bir hadisədə haqsızlığa göz yumması istənildikdə rayon qubernatorluğundan istefa verir. yaşadı. Qızı Necla da İstanbulda universitet təhsili alanda ailə İstanbula, öz köhnə malikanəsinə köçür. Leylanın universitetə hazırlıq kursu, Necla ilə Ayşenin məktəb xərcləri ailəni çətin vəziyyətə salır və Əli Rıza bəy yenidən işə başlayır. Ondan yeni işində öz prinsiplərini güzəştə getməsi tələb olunduqda, o, yenidən istefa verir. İndi şərtlər daha çətin olduğundan, ana Hayriyə xanım ərinin işdən çıxmaq qərarını dəstəkləmir və evdə iğtişaşlar başlayır. Şövkət əsgərlikdən qayıdıb bankda işə başlayanda Əli Rıza bəyin yükü yüngülləşir.
Yaşıl yarpaq, qızılgül
Yaşıl yarpaq, qızılgül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Qədimlərdə əkin başlananda, torpağa xış-kotan ağzı dəyəndə əsil bayram olduğu kimi əkin qurtaranda da müxtəlif mərasim və şənliklər keçirilərdi. Şum qurtarandan sonra qız-gəlinlər tellərinin uclarını gül-çiçəklə bəzəyər, çəmənlikdə "Yaşıl yarpaq, qızılgül" oyunu oynayardılar. Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər. Oyun iştirakçıları dairə vurub bir-birinin əlindən tuturlar. Sonra usta(başçı, ya molla) bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər. Daha sonra isə ustanın(başçının, ya mollanın) göstərişi ilə oyun iştirakçılarının hərəsi bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər. Hamı: Hamı: Oyun beləcə davam edir. Mahnı oxumağa söz tapa bilməyən oyunçu oyundan çıxarılır. Sona qalan oyunçu qalib sayılır.
Yaşıl yarpaq (jurnal)
Yaşıl yarpaq (türk. یشیل یاپراق) — 1928-ci ildə Türkiyədə yaşayan azərbaycanlı mühacirlər tərəfindən nəşr olunan jurnal. 16 iyun 1928-ci ildə nəşr edilən Yaşıl Yarpaq jurnalı azərbaycanlı mühacirlərin nəşr etdirdiyi 3-cü jurnal idi. O, "Yeni Qafqaziya", "Azəri Türk" jurnallarından həcminə və təsir dairəsinə görə daha zəif idi. "Orxaniyyə" mətbəəsində çıxan jurnalın adresi ünvanı bu şəkildə qeyd olunub: İstanbul, Aya Sofiya qarşısında Hilali-Əhmər caddəsi. Nömrə 6. Jurnaldakı ilk məqalə "On sənə arxamızda" adlanır. Jurnalın ikinci sayı 5 iyul 1928-də çıxıb. Jurnal 8 səhifədən ibarət olub və son nömrəsini 1 sentyabr 1928-ci ildə nəşr edib. Jurnalın baş redaktoru Məmməd Sadıq Aran olub.
İti yarpaq ağcaqayın
Avropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır. Hündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir. Məhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür.
Falsoeksosoma yarpaqyeyəni
Falsoeksosoma yarpaqyeyəni (lat. Falsoexosoma cyanipenne) — sərtqanadlılar dəstəsinə yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. == Qısa məlumat == Bədənlərinin uzunluğu 9.5–12 mm. təşkil edir. Bığcıqları və pəncələri narıncı, qanadüstlükləri isə parlaq yaşıl rəngdədir. Əsasən yabanı alçanın yarpaqları ilə qidalanırlar. == Yayılması == Türkmənistanda, Şimali İranda rast gəlinir. Azərbaycanda Lənkəran zonası, Böyük Qafqazda rast gəlinir. == Yaşayış yeri və həyat tərzi == Meşə zonası əsas yaşayış yeridir. Yabanı alça ağacının yarpaqları ilə qidalanırlar.
Güvə yarpaqbükəni
Əncir odlucası (lat. Choreutis nemorana) — Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinin Odlucalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Erkəklərin bədənlərinin sonu düz formada, dişilərin bədənlərinin sonu isə aşağıya əyilmiş boru şəklində olur. Kəpənklər qəhvəyi rəngli olmaqla çox hərəkətlidirlər. == Həyat tərzi == Odlucanın tırtıl mərhələsi yarpaq və meyvələrə zərər verir. Zərərin dərəcəsi və xüsusiyyəti tırtılın yaşından asılı olaraq dəyişir: I yaş tırtıllar – yarpağa alt tərəfdən, kiçik pəncərələr şəklində yeyərək zərər verir. Digər yaş tırtılar – yarpağın üst hissəsinə keçərək, tordan yollar hörürlər və onun altında yarpağın əsas toxumalarını yeyirlər. Meyvələrə vurulan zərər onların sayının az və ya cox olmasından asılı olaraq dəyişir. Adətən, tırtıllar meyvələrin qabığını 1–2 mm qalınlıqda zədələyib yeyirlər. Kiçik ölçülü meyvələr (fındıq boyda) zərərverici ilə yoluxduqdan sonra quruyur və torla ağaca birləşərək orada qalırlar.
Kələm yarpaqyeyəni
Kələm yarpaqyeyəni (lat. Phaedon cochleariae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin yarpaqyeyən cinsinə aid heyvan növü. == Xarici quruluşu == Formaca şar şəkilli olan bu həşəratın uzunluğu 3–5 mm-dir. Qabaq kürəyi və üst qanadları tünd yaşıl rəngli, başı balaca, bığlarının qurtaracağı qalındır. Sarı rəngli yumurtaları hamar və oval şəklindədir. Uzunluğu 1 mm, eni isə 0,5 mm-dir. Sürfənin arxa hissəsi nazik, sarı, başı isə parlaq, qara rənglidir. Bədəni dörd cərgədə yerləşən tünd rəngli cod tüklərlə örtülmüşdür. Uzunluğu 5,5 mm-dir. Pupu sarı rənglidir.
Labidostomis yarpaqyeyən böcəyi
Labidostomis yarpaqyeyən böcəyi (lat. Labidostomis montana) — Sərtqanadlılar dəstəsinə Yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. == Təsviri == Bədənin uzunluğu 8–9 mm. Böcəyin ön beli, döşü, qarnı, ətrafları, bığları tünd yaşıl rəngdə olub, qanadüstlüyü isə sarı – qəhvəyidir. Sağ çiyin hissəsində bir yaşıl xalı var. == Yayılması == Azərbaycanda Lerik, Yardımlı, Cəlilabad və Ordubad rayonlarında qeydə alınmışdır. == Həyat tərzi == Meşə zonası əsas yaşayış yeridir, söyüd ağacının yarpaqları ilə qidalanır. == Sayı == Lənkəran bölgəsindən 12 fərd, Ordubaddan isə 5 fərd tapılmışdır. == Məhdudlaşdırıcı amillər == Meşələrin qırılması, qida bitkilərinin məhv edilməsi == Qorunması üçün məsləhət görülmüş tədbirlər == Böcəyin yaşayış sahələri qorunmalıdır. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Qırmızı Kitabı.1989 il.
Qarağac yarpaqyeyəni
Pyrrhalta luteola (lat. Pyrrhalta luteola) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin pyrrhalta cinsinə aid heyvan növü. Qarağac yarpaqyeyəninin yaşlı fərdləri qəhvəyi-kül rəngində olub, bədəninin uzunluğu 4–5 mm-dir. Böcəklər, yerə tökülmüş yarpaqların (xəzəllərin) və ağacların qabığı altında qışlayırlar. Onlar yazda qış yerlərindən çıxıb (aprelin axırı, may ayının əvvəlləri) qarağacın yenicə əmələ gəlmiş yarpaqları ilə qidalanaraq cütləşirlər və bir neçə gündən sonra (3-4 gündən) yumurta qoyurlar. Yumurtalar yarpaqların alt və bəzən üst tərəfinə 2-3 cərgədə, hər cərgədə 15-50 yumurta olmaqla qoyulur. Yumurta qoyma müddəti 15-20 gün davam edir. Hər bir dişi fərd inkişafı müddətində 600-700-ədək yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr 3 yaş dövrü keçirməklə, 18-22 gün qidalanırlar, sonra isə torpağa düşərək onun yarıqlarında və yaxud da ağac gövdəsinin torpaqla birləşən hissəsində puplaşırlar. Zərərverici ildə 2-3 nəsil verir.
Qovaq yarpaqyeyəni
Qovaq yarpaqyeyəni-(lat. Chrysomella populi L.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ Bədəninin uzunluğu 10–12 mm-dir. Beli tünd-yaşıl rənglidir. Qanadları isə qırmızıya çalır. Abşeron şəraitində böcəklər və sürfələr müxtəlif növ qovaq və söyüd ağaclarının üzərində yaşayır. Onlar müxtəlif illərdə yaşıllıq bitkilərinə, o cümlədən qovaq bitkisinə 40-50% zərər verirlər Böcəklər qışlamadan aprel ayının əvvəlləri çıxırlar. Dişi fərdlər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtaları sarı rənglidir. Uzunluğu 2–3 mm, eni isə 1–2 mm-dir. Yumurtaların inkişafı 6-7 gün çəkir.
Qızılgül yarpaqbükəni
Qızılgül yarpaqbükəni (lat. Archips rosana L.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. Kəpənəyin qanadları açılmış halda 15–22 mm olmaqla, erkək fərdin qabaq qanadları tünd- bozdur. Yumurtası oval formada olub, yaşıl-göyümtül rəngdədir. Tırtılları isə bir neçə rəngin çalarlarına malikdirlər (tünd-yaşıl, açıq-yaşıl, sarımtıl- qəhvəyi), bədənin uzunluğu 18–20 mm-dir. İmaqo: A.rosanus yetkin fərdlərin ön qanadları qırmızımtıl-sarı, tünd-qəhvəyi ləkəlidir, qanadların ölçüsü 15–22 mm-dir. Arxa qanadlar qəhvəyi-bozdur. Pup: Pupları 10–12 mm-dir, sarımtıl-qəhvəyi rənglidir. Tırtıl': Tırtılların ölçüsü 18–20 mm-dir, rəngi açıq yaşıldan tünd yaşıla qədər dəyişir. Yumurta: Yumurtaları uzunsov-oval olub, əvvəlcə yaşılımtıl sonra isə qəhvəyimtil qonur rəngdə olur.
Simonson yarpaqsünbülü
Təbii halda Çində, Tropik ərazilərdə yayılmışdır. Bu növlər yüksək dağlarda, çayların sahillərində bitir və yerli bitkilərin mühüm komponenti olurlar. Hündürlüyü 12 m-ə çatır.Cavan gövdələri parlaq gümüşü rəngdədir, mum qatı ilə örtülmüşdür.Simonson yarpaqsünbülünün gövdəsi 24 saat ərzində təxminən 120 sm-ə qədər böyüyür.Yarpaqları boruvarı, növbəli, xətvari olub, 2 cərgədən qarışıq düzülmüşdür.Bambukların tezböyüyən zoğlarında qabıqşəkilli yarpaqları vardır, ona görə onları digər taxılların yeraltı orqanlarına-kökümsovlara bənzədirlər.Çiçəkləri ayrı cinsli oturaq, lətlidir, sadə və ya budaqlı qıçalar şəklində toplanmışdır. Bambuklar həyatında 1 dəfə çiçəkləyir və çiçəklədikdən sonra məhv olurlar.Ağacşəkilli formaları çiçəkləyənə qədər bir neçə onillik, bəzən yüz ildən artıq bitə bilərlər.Meyvələri iri giləmeyvələrə və ya qozlara bənzəyir. Təpələrin yamaclarında, bataqlıqlaşmamış təzə torpaqlarda, xüsusilə də qırmızı torpaqlarda daha yaxşı bitir. Gəncədə, Zaqatalada, Lənkəranda təbii halda bitir. Gövdələrindən idman ləvazimatı, mebel və çəpər hazırlanmasında, yüngül təsərrüfat binalarının tikilməsində, barama qurdu yetişdirmək üçün və s. İstifadə edilir. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Yarpaqbirələri
Psillidlər və ya yarpaqbirələri yarımdəstəsi-(lat. Psyllinea) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. Bu yarımdəstənin nümayəndələri, zahirən cırcıramacıqlara və mənənələrə bənzəyən xırda, sorucu həşəratlardır (1,5-5,5 mm). Cırcıramacıqlardan başın düzxətli qabaq kənarı, bığcıqların quruluşu və qanad damarlanmasının zəifliyi ilə; ikincilərdən isə kənar damarı olan daha qalın qabaq qanadları və sıçrayıcı arxa ayaqları ilə fərqlənir. Başı az-çox aydın şəkildə döşdən ayrılmışdır. Adətən çəp halda aşağı əyilmişdir (Liviidae-də irəli yönəlmişdir). Təpənin arxa künclərində və ya yan tərəflərində cüt sadə gözcük yerləşmişdir. Üçüncüsü – tək gözcük təpə tikişinin zirvəsində yerləşir. Mürəkkəb gözləri adətən qabarıq, çox vaxt sferik şəkildə olur, Liviidae-də az-çox yastı formadadır. Bığcıqları 10 buğumludur (çox nadir hallarda 8-9 buğumlu), birinci iki buğum həmişə qalanlarından yoğundur; 10-cu buğumda iki müxtəlif ölçülü qılcıq var, 3-cü buğum adətən ən uzun buğumludur (yalnız Liviidae-də 2-ci buğum qalanlarının hər birindən uzundur).
Yarpaqbükənlər
Yarpaqbükənlər (lat. Tortricidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Kəpənəklər xırda və ya orta ölçülüdür, qanadlarının açılışı 8 mm-dən 40 mm-dək dəyişir. Xeyli yoğun bədəni sıx tükcüklərlə örtülmüşdür. Üçbucaq və ya trapesiya formalı, bayır kənarı çəpinə kəsilmiş qabaq qanadları damvarı yığılır. Əksər növlərdə onların naxışı əlvandır, bir-birini əvəz edən müxtəlif formalı və rəngli xallardan və zolaqlardan, metal-parlaq xətlərdən ibarətdir. Bəzi növlərdə qanadlar boz və ya qonur olub, birrənglidir. Başı pulcuqlarla örtülmüşdür, gözləri çılpaqdır, gözcükləri var. Xortumcuğu inkişaf etmişdir. Bığcıqları nisbətən gödəkdir.
Yarpaqgüdən
Yarpaqgüdən (lat. Phylloscopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin yarpaqgüdənlər fəsiləsinə aid heyvan cinsi. Bunlar istisnasız olaraq meşə quşları olub çox kiçik silvilər arasında yeknəsəq boz, yaşılımtıl və ya qonurumtul rəngləri ilə daha çox nəzərə çarpırlar. Hələ uçub keçmə zamanı və çoxalma mövsümündə çox və hündürdən oxuyurlar. Kölgəsevərlərdən fərqli olaraq ağacların başında olurlar. Ancaq adətən yerdə və ya çox alçaqda yuva qururlar. Buna görədə də yuvaları az sahəyə, ancaq böyük hündürlüyə malik olur. Halbuki, kölgəsevərlərdə yuvanın hündürlüyü kolluq təbəqəsi ilə məhdudlaşmışdır. Adətən çox xırda həşəratlarla qidalanırlar. Bunları kiçik budaqlardan və yarpaqlardan yığırlar.
Yarpaqgüdənlər
Yarpaqgüdənlər (lat. Phylloscopidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Yarpaqlı
Yarpaqlı — Culfa rayonunda, Teyvaz kəndi yaxınlığında yerləşən yüksəklikdir. Əhali tərəfindən yaylaq kimi istifadə olunur. Həmçinin Yarpaqlı yaxınlığından keçən kəsə yol Teyvaz kəndini Qazançı kəndi ilə birləşdirir. [mənbə göstərin] Yarpaqlı GEOnet Names Server-də.
Yarpaqyeyən
Yarpaqyeyən (lat. Phaedon) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.
Yarpaqsız öldürgən
Yarpaqsız öldürgən (lat. Anabasis aphylla) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. Rusiya, Orta Asiya və İranda yayılmışdır. Xəzər dənizi sahillərində təsvir edilmişdir. Hündürlüyü 30-80 sm olan kolcuqdur. Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür. Cavan zoğları şaxələnmiş, buğumlu, şirəli, çılpaq, yaşıl və ya göyümsov-yaşıldır. Yarpaqları pulcuqşəkilli, az gözə çarpandır. Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək, sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir, iki yarpaqcığı qanadsızdır.
Yarpaqtökən dəlikçiçək
Yarpaqtökən dəlikçiçək (lat. Androsace caduca) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Yay günlərinin xəzan yarpaqları
Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır.

Digər lüğətlərdə