yarımfəsilə

yarımfəsilə
yarımfabrikat
yarımfırlanma 2021
OBASTAN VİKİ
Yarımfəsilə
Yarımfəsilə, Karl Linneyın (1707-1778) 1735-ci ildə nəşr etdirdiyi 11 səhifəlik Systema Naturae adlı əsərində yazdığı taksonomik kateqoriyalara daxil edilməməsinə baxmayaraq, daha sonra inkişaf etdirilən və hələ də istifadə olunan kateqoriyalardan fəsilənin alt kateqoriyasıdır. Linné canlıları 5 taksonomik kateqoriyaya yerləşdirmişdir. Fəsilə bura daxil deyildir. Sinif (Classis) Qrup (Ordo) Cins (Genus) Növ (Species) Variantlar (Varietas) Daha sonra Linné bitki və heyvanlara ad vermək üçün ikili adlandırma (binominal nomenklatura), yəni 2 sözdən ibarət bir sistem (Cins adı + Epitet adı = Növ adı) hazırladı. Bu sistem müəyyən dəyişikliklərə məruz qalsa da, yenə də qüvvədədir.
Dələlər (yarımfəsilə)
Dələlər (lat. Mustelinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Kolibrilər (yarımfəsilə)
Kolibrilər (lat. Trochilinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Nərələr (yarımfəsilə)
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Qırqovullar (yarımfəsilə)
Qırqovullar (lat. Phasianinae) — qırqovullar dəstəsinə aid quş yarımfəsiləsi. Yarımfəsilənin 12 cinsinə aid növlər geniş yayılmışdır.
Qırğılar (yarımfəsilə)
Qırğılar (lat. Accipitrinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Qızılquşlar (yarımfəsilə)
Qızılquşlar (lat. Falconinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
İbislər (yarımfəsilə)
İbislər (lat. Threskiornithinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Dalamazkimilər (yarımfəsilə)
Dalamazkimilər (lat. Lamioideae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.

Digər lüğətlərdə