yastıqarın

yastıqarın
yastıq
yastıqarınlı
OBASTAN VİKİ
Yastıqarınlar
Yastıqarınlar cinsi (lat.Blicca Heckel)- çəkiyəbənzərlər dəstəsinin bir nümayəndəsidir. Bədən formasına görə cavan çapaqları xatırladır, ancaq nisbətən iri və kipyapışan pulcuqları, daha gödək anal üzgəci ilə onlardan fərqlənir, onun 19-23 şaxəli şüası var. Bədəni hündür, udlaq dişləri iki cərgəlidir, sayı 2,5-5,2 və ya 3,5-5,3 və ya 3,5-5,2 olur. Dişlər yanlardan çox basıqdır, çeynəmə səthi azca çəpəki və aypara şəklindədir. Qarın tili çılpaqdır. Peysərin gerisində az və ya çox inkişaf etmiş pulcuqla örtülü olmayan şırım vardır. Qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa olur. Periton pərdəsi açıq rənglidir. Cinsdə olan 1 tipik Avropa növü Baltik, Qara, Azov və Xəzər dənizləri hövzələrində yayılmışdır. Cinsin adi yastıqarın adlı bir növü məlumdur.

Digər lüğətlərdə