Şahdağ yastanı
Şahdağ platosu və ya Şahdağ yastanı — Böyük Qafqazda plato.
Yan silsiləsinin Azərbaycan Respublikası ərazisində ən yüksək hissəsi. Qusar çayının dərəsi ilə Qızılqaya platosundan ayrılır. Yura və Təbaşir sistemlərinin çöküntülərindən təşkil olunmuşdur. Hündürlüyü 4243 metrə (Şahdağ zirvəsi) qədərdir. Alp və subalp çəmənlikləri, 1 kv. km-dən çox sahəsi olan buzlaqları var.
"Şahdağ platosu" məqaləsi. Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı, 1987, səh. 476.