yatrofobiya
yatrogeniya
OBASTAN VİKİ
Yatrogen
Yatrogen (q.yun. ἰατρός — həkim + q.yun. γενεά — doğulmaq, törəmək) 1925-ci ildə ilk olaraq alman psixiatoru Bumke (Oswald Conrad Edouard Bumke) tərəfindən təklif olunmuş və xəstənin vəziyyətinin həkimin ehtiyatsız davranışından (fikirin xəstənin anlamayacaq xüsusi leksikondan istifadə etməklə) pisləşməsi mənasını verən tibbi termin. Yatrogen -zay tibbi iş deməkdir. Platonov qeyd edir ki, hansı sahədə çalışmasından asılı olmayaraq həkim yadında saxlamalıdır ki, onun hər bir sözü xəstəyə nalayiq (suggestiv) görünə bilər. Sonradan bu termin tibbdə geniş tətbiqini taparaq, həkimin ehtiyatsızlığı, savadsızlığı, səriştəsizliyi, səhlənkarlığı ucbatından xəstənin səhhətinə əlavə vurulmuş ziyan yartogen hal kimi qiymətləndirilməsinə qərar verilmişdir. Yatrogen hal ya reaksiya bəzən xəstənin bir neçə mütəxəssis tərəfindən müalicə olunmasından da yarana bilər. Qədim bir aforizimdə deyildiyi kimi: "Bir həkim yaxşıdır, iki pis, üç təhşətlidir". Yatrogen xəstəliklər ya arzuolunmaz hallar həkim tərəfindən xəstəyə təyin olunmuş dərman preparatlarının əlavə təsirlərindən də yarana bilər. Hər il dünyada 7 milyon xəstə yatrogen fəsadlardan əziyyət çəkir.