Köməkçi nitq hissələri
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur,əsas nitq hissəsi kimi söz yaradıcılığında iştirak etmir , özünə məxsus sualı yoxdur, qoşulduğu sözlə cümlə üzvü olur. Həmçinin quruluşca sadə və mürəkkəb olur.
İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var:
Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir)
Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir)
Məsafə : kimi, qədər, dək, can, cən .(yönlük hal ilə işlənir)
İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir)
Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik hal ilə işlənir)
Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir)
İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir)
Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə .