yağlayıcı

is. tex. lubrificateur m ; graisseur m

yağlatmaq
yağlı
OBASTAN VİKİ
Yağlayıcı materiallar
Yağlayıc materiallar - bərk, plastik, maye və qazşəkilli maddələr olub, avtomobil texnikası, sənaye maşınları və mexanizmləri, həmçinin məişətdə sürtünmə zamanı yaranan yeyilməni azaltmaq üçün tətbiq olunurlar. Hərəkətli mexanizmlərdə( mühərriklər, yastıqlar, reduktorlar və s.) sürtünməni və konstruksiya və digər materialların mexaniki emalında (yonma, frezləmə, pardaqlama və s.) sürtünməni azaltmaq məqsədilə yağlayıcı materiallardan müasir texnikada geniş istifadə olunur. Yağlayıcı materialların təyinatı və işləmə şəraitindən asılı olaraq onlar bərk halda (qrafit, molibden-disulfidi , kadmium-iodidi, volfram-diselini, bor nitridi,və s.), yarı bərk halda, yarı maye halda (ərinmiş metallar, solidol, konstalin), maye halında (avtomobil və digər maşın yağları), qazşəkilli (karbon qazı, azot, inert qazlar) olurlar. Sürtünən cütlərin materiallarının xassələrindən asılı olaraq yağlama üçün həm maye (məslən, minerallar, sintetik yağlar), həm də bərk maddələrdən istifadə olunur. Materialına görə yağlamalar bğlünürlr: mineral- onların tərkibi əsasən karbohidratlardan, neft emalından əldə olunan məhsullardan ibarətdir. sintetik- üzvi və qeyri-üzvi xammaların sintezindən əldə (məsələn: silikon yağlar) olunur. üzvi - bitki əsaslı olurlar (məsələn: palma yağı). Yağlayıcı maddələr əsasına görə kombinə edilə bilirlər. Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar – hidromexaniki ötürücülər mühərrikdən ötürülən fırlanma anının və fırlanma tezliyinin mütamadi dəyişilməsini təmin edirlər. ötürmə prosesi işçi maye ilə (aşağı özlülü yağla) doldurulan boşluq əmələ gətirən təkərli pərli nasosun və turbinin hesabına həyata keçirilir.
Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır. Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər

Digər lüğətlərdə