yeganəlik
yegerlik
OBASTAN VİKİ
Yeger
Yeger (alm. Jäger‎ – hərf. ovçu, atıcı) — XVIII–XIX əsrlərdə Avropanın bəzi dövlətlərində yüngül piyada növü. Yeddiillik müharibədə (1756–63) Fransa, Prussiya və Avstriya ordularında geniş yayılmışdı. Rus ordusunda 1761-ci ildən təşkil edilmişdi; 1856-cı ildə yeger alayları piyada alaylarına çevrildi. Yeger karabinerləri isə qrenadyorlar adlandırıldı. XVIII–XIX əsrlərdə Avropanın bəzi ordularında süvari yegerləri də olmuşdur.
17-ci yeger alayı
17-ci yeger alayı – Rusiya İmperator Ordusunun ən köhnə alaylarından biri. Alay 19-cu piyada diviziyasının tərkibinə daxil idi və İranla 1804–1813 və 1826–1828-ci illərdəki, Türkiyə ilə 1806–1812 və 1828–1829-cu illərdəki müharibələrdə, həmçinin, Qafqazda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Sonradan 17-ci yeger və 7-ci tüfəncçi adlandırılan alay fərqlənmə nişanı qəbul etməyib. == Alayın formalaşması == 5 avqust 1642-ci il tarixində Moskva Butır alayının seçilmiş atıcı əsgərlərindən təşkil olunmuşdur. Butır alayı Selenqinsk alayının 3-cü və 4-cü batalyonları ilə birləşdirilərək Kuban eger korpusunun tərkibinə daxil edilmiş və bu korpus 10 dekabr 1796-cı il tarixdə 18-ci yeger batalyonu olaraq yenidən təşkil edilmiş, 28 may 1797-ci il tarixdə isə "17-ci yeger alayı" adlandırılmışdır. 1798-ci ildə 1801-ci ilə qədər alay şefinin adını daşımış, 10 aprel 1801-ci ildə "17-ci yeger" adlanmışdır. 24 fevral 1816-cı il tarixdə alayın adı "7-ci tüfəngçi (karabinernıy)", 8 mart 1827-ci il tarixdə "Erivan tüfəngçi" olaraq dəyişdirilmişdir. 3 mart 1855-ci il tarixdə isə alay Qrenader (qumbaraçı) korpusu hesab edilmiş və "Erivan 13-cü leyb-qrenader" alayı adlandırılmışdır. == Alayın şefləri (1797–1827-ci illərdə) == 1798–17.01.1799 — general-mayor Pyotr Lixaçyov 17.01.1799–14.05.1803 — генерал-майор İvan Lazarev 14.05.1803–31.07.1807 — polkovnik Pavel Karyagin 30.08.1807–08.02.1811 — polkovnik Afanasi Asyev 27.02.1811–08.06.1811 — polkovnik İvan Snaksarev 08.06.1811–22.06.1815 — polkovnik İlya Jivkoviç == Alayın komandirləri (1797–1827-ci illərdə) == 22.05.1797–05.08.1797 — podpolkovnik Sergey Voyekov 05.08.1797–17.01.1799 — polkovnik (08.10.1797-ci il tarixdən 20.08.1798-ci il tarixə kimi general-mayor) İvan Lazarev 22.04.1799–08.05.1800 — polkovnik Sergey Voyekov 20.08.1800–24.01.1803 — polkovnik Pavel Karyagin 03.04.1805–21.01.1809 — mayor (23.04.1806-cı il tarixdən 12.12.1807-ci il tarixə kimi polkovnik) I Dmitri Lisanevciç 21.01.1809–14.06.1810 — polkovnik Pyotr Kotlyarevski 16.11.1814–22.06.1815 — polkovnik İvan Parfyonov 22.06.1815–10.06.1816 — polkovnik İlya Jivkoviç 10.06.1816–11.06.1822 — podpolkovnik (30.08.1816-cı il tarixdən polkovnik) Pyotr Ladinski 11.06.1822–15.03.1828 — polkovnik Nikolay Muravyov-Karsski == Alayda xidmət etmiş şəxslər == Aleksandr Qintovt — general-mayor, əlahiddə Sibir korpusunun ştab rəisi Fyodr Şirmo-Şerbinsk — general-letenant, Krasnoselski komendatı == Ədəbiyyat == Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др.

Digər lüğətlərdə