Yengicə (Vedi)
Yengicə — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 67 km cənub qərbdə, Vediçayın qolu üzərində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim təzə mənasında işlənən yengi sözü ilə -cə şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. "…yengi təxminən XIX əsrin ortalarma qədər əski formasını saxlamış, get-gedə n-nin tərkibində olan samitinin zəifləyib düşməsi ilə yeni şəklində sabitləşmişdir. Yengi sözünün özünə gəldikdə bu yalnız Azərbaycan dilində deyil, eyni zamanda bütün türk dilli xalqların yazısında müştərək bir orfoqrafıyaya malik olmuşdur.
Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sisavan qoyulmuşdur.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 189 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 313
nəfər, 1904-cü ildə 470 nəfər, 1914-cü ildə 517 nəfər azərbaycanlı yaşamışdır.