YERİ DÜŞƏNDƏ
YERİ GƏLMİŞKƏN
OBASTAN VİKİ
Bəylərin yeri yaşayış yeri
Bəylərin yеri yаşаyış yеri — Tumаslı kəndinin cənubundа yеrləşir. Yаşаyış yеrinin ərаzisi düzənlikdir. Düzənliyin mərkəzi hissəsində uzunsоv, çох dа hündür оlmаyаn təpə vаrdır. Təpənin üzərində "Sеyid qəbri" аdlаndırılаn tək bir məzаr vаr. Həmin məzаr kənd sаkinləri tərəfindən tеz-tеz ziyаrət еdilir. Tədqiqаt zаmаnı yаşаyış yеrinin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аbidədən tоplаnаn kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz qаb pаrçаlаrındаn ibаrətdir. Şirli qаb pаrçаlаrınа çох аz rаstlаnır. Kеrаmikа məmulаtı inkişаf еtmiş və Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI–XIX əsrlərə аid еtmək оlаr.
Dağar yeri
Dağar yeri- Ağcabədi rayonu ərazisində, Qaradolaq kəndi yaxınlığında oroqrafik obyektlərdən biri. == Toponimikası == Dağar sözü əski türklərdə "çəki", "ölçü" anlamı daşımışdır. Əvvəllər tərəkəmələr böyük ölçülü qaba dağar, kiçik ölçülü qaba isə dağarcıq deyərdilər.Orta çağda türk qurumlarında ordunu ərzaqla təmin etmək üçün rəiyyətdən yığılan natural vergi növünə dağar deyilmişdir.
Həbs yeri
Həbs yeri — tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və ya qarnizon hauptvaxtları. Böyük Britaniyada həbs yerləri əsasən polis məntəqələrində təşkil olunur. Əvvəllər bütün polis məntəqələrində cinayətkarların saxlanıla biləcəyi az sayda fərdi kameralar var idi. Hazırda isə əksər tutulmuş şəxslər məhbusların saxlanılması üçün nəzərdə tutulmuş böyük polis məntəqələrinə aparılırlar.
Kino yeri
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Tamaşa yeri
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. == Tarixi == Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Soltanpud yaşayış yeri
Soltanpud yaşayış yeri — Ağdam rayonu ərazisındə Xaçınçayın sağ sahilində qədim yaşayış yeri. Bura yan-yana düzülmüş müxtəlif ölçüdə və formada olan üç təpədən ibarətdir. Üçüncü təpə Soltanpud təpəsidir. Nəhəng ehram kimi ucalan bu təpə əkinçı-maldar icmalara məxsus nadir qədim yaşayış yerlərindən biridir. Bu təpə haqqında müxtəlif əfsanələr, rəvayətlər mövcuddur. Bəzi tədqiqatçılar Sultanpud təpəsini e.ə. VII əsrdə Qara dəniz çöllərindən Şərq ölkələri üzərinə axan saysız-hesabsız köçəri skiflərə məxsus qəbir abidəsi-kurqan, yerli əhali isə Sultan bəyin tapşırığı ilə düzəldilmış təpə hesab etmişdir. Təpənin hündürlüyü 60–70, şimaldan-cənuba diametri 300, şərqdən-qərbə diametri 200 metrdir. Təpə uzunsov-oval formada olub geniş bir ərazini tutur. Abidəni şərq tərəfdən böyük meşəliklər əhatə edir.
Sudağılan yaşayış yeri
Sudağılan və ya Şəhəryeri № 2— III–XIII əsrlərə aid yaşayış məntəqəsi və Mingəçevir şəhərində, Kür çayının sol sahilində, eyni yerdə yerləşən qəbiristanlıq. 1946–1953-cü illərdəki arxeoloji qazıntılar zamanı Sudağılanda erkən feodalizm dövrünə aid zəngin bir arxeoloji kompleks — alban yazısı olan məişət quruluşları və xristian kilsələri, Sasanilər və Ərəb sikkələrindən ibarət sikkələrin xəzinələri aşkar edilmişdir. Qazıntılar S. M. Qazıyevin rəhbərliyi ilə Azərbaycan Tarixi Muzeyinin ekspedisiyası tərəfindən aparılmışdır. Yaşayış məntəqəsində dulusçuluq sobaları, yaxınlıqdakı qəbiristanlıq ərazisindəki qablar və taxta qəbirlər, xristian məzarlığı və katakombalar aşkar edilmişdir. Demək olar ki, qəsəbənin mərkəzində məbəd quruluşlarına bitişik tikililər kompleksini təmsil edən bir türbə vardı. Qəbir istehkamı eni 3,5 m-dən çox olan kütləvi istinadgah divarları idi. Hər bir divarın bir hissəsi 72 m uzunluğa qədər açıldı. Qəsəbə əhalisi əsasən əkinçiliklə məşğul idi. == Yerləşməsi == Şimal tərəfdə Sudağılan, R. M. Vahidovun fərziyyələrinə görə, orta əsrlərdə yağış axınlarının eroziyası nəticəsində əmələ gəlmiş kiçik bir dik bir dərəyə qoşulur. Şərqdən, yaşayış məntəqəsi Bozdağ silsiləsinin qollarından biri olan Qaradağ dağı ilə məhdudlaşır.
Sust yaşayış yeri
Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçmiş eyniadlı kəndinin şimal-qərbində orta əsrlərə aid yaşayış yeri. == Tarixi == 1979-cu ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən tədqiq edilmişdir. Sahəsi təqribən 6 ha-dır. Mədəni təbəqənin qalınlığı 2 m-dən çoxdur. Təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, əsasən, çiy kərpic (bişmiş kərpicə də təsadüf edilmişdir), qalıqları, şirli və şirsiz gil qab məmulatı ilə zəngindir. Şüşə məmulatı fraqmentlərinə də rast gəlinmişdir. Sust yaşayış yerinin XV-XVII əsrlərə aid olduğu ehtimal edilir. Sust yaxınlığında "Qaş" adlı yerdə çox güman ki, IX-XVII əsrlərə aid duzdağ mədəni qeydə alınmışdır. Yaşayış yeri hazırda duz karxanası tərəfindən dağıdılmışdır.
Sürcü yaşayış yeri
Sürcü yaşayış yeri — Ordubad rayonunun Tivi kəndindən şimalda, dağ çayının sağ sahilində yerləşir. Yaşayış yerinin ərazisi biçənək və əkin sahəsi kimi istifadə olunduğundan tamamilə dağılmışdır. Lakin bəzi yerlərdə dördkünc formalı, daşdan inşa olunmuş yaşayış binalarının qalıqları saxlanmışdır. Аxtarışlar zamanı yaşayış yerinin ərazisindən Son orta əsrlərə aid keramika parçaları aşkar olunmuşdur. Şirli keramika çəhrayı rəngdə bişirilmiş, anqobüstü ornamentlə yaşıl və mavi rənglərlə naxışlanmış, şəffaf şirlə örtülmüşdür. Yaşayış yerinin yаxınlığında pir və qəbiristanlıq vardır. Aşkar olunan arxеoloji materiallara əsasən yaşayış yerini XVIII–XIX əsrlərə aid etmək olar.
Sürəməlik yaşayış yeri
Sürəməlik yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndindən 3 km qərbdə, təpəlik ərazidə yaşayış yeri. Yaşayış yerində orta əsrlər dövrünə aid dördkünc formalı tikili (2 x 3 m, 3 x 5 m) qalıqları möhrədən və çiy kərpicdən tikilmişdir. Təbii aşınma səbəbindən tikililər xeyli dağılmışdır. Tikililərin özül hissəsi qaya parçalarından və çay daşlarından ibarətdir. AMEA Naxçıvan bölməsinin ekspedisiyası tərəfindən qeydə alınmış, mədəni təbəqənin 1-3 metr olması müəyyən edilmişdir. Ərazisində bir ədəd batmış kəhriz və heyvan saxlamaq üçün kahalar vardır. Ərazisi təqribən 4 ha olan yaşayış yeri bir tərəfdən dərin yarğan, digər tərəfdən düzənlik əraziyə uzanır. Yerüstü keramika məmulatlarına əsasən yaşayış yerini XVI-XX əsrlərə aid etmək olar. Ehtimal etmək olar ki, yaşayış yeri dərənin digər tərəfindəki yaşayış məskənləri ilə eyni dövrdə olmuşdur. Yerli sakinlər XX əsrin əvvəl lərində erməni qəsbkarlarının hücumuna məruz qalan əhalinin qonşu Qahab, Sirab kəndlərinə köçdüklərini söyləyirlər.
Sədərək yaşayış yeri
Səlbir yaşayış yeri
Səlbir — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. Qəbələnin Səlbir hissəsi, şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə, onun ən mühüm və qədim hissəsini təşkil etmişdir. Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır. Topoqrafik quruluşuna görə Qərb-Şərq tərəfi hündür, mərkəz və Şimal-Qərb hissələri isə çökəkdir. Səlbirdə şəhərin qala divarları yaxşı qalmamışdır. Lakin torpaq altında qalan bürc və divar qalıqları açıq-aşkar bilinir. Arxeoloji tədqiqatlara və yerüstü müşahidələrə əsasən Səlbirdə qala divarının ümumi uzunluğu Şimal tərəfdə təxminən 410 m, Qərbdə 448 m, Şərqdə 357 m, perimetri isə 1425 m-dir. Burada 10 bürc yeri müəyyənləşdirilmişdir. Səlbirdə iki böyük və bir kiçik darvaza yeri vardır.
Sələsüz yaşayış yeri
Sələsüz yaşayış yeri — yaşayış yeri Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonunun eyniadlı kəndindən şimalda, Sələsüz çayının sağ tərəfində yerləşən Eneolit dövrünə aid qədim yaşayış yeridir.Yaşayış yerindən aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qumqarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır. Sələsüz yaşayış yerindən həmçinin daş ovuğu qatılmış keramika nümunəsidə aşkarlanmışdır. Araşdırmlara zamanı aşkarlanan saxsı və küpə qalıqları digər Eneolit dövrü abidələrinin tapıntıları ilə bənzərlik təşkil edir. Bu materiallar həmçinin Qarğalartəpəsi və Şomutəpə abidələrindəki keramika nümunələri ilə də bənzərlik təşkil edir.
Səngərtəpə yaşayış yeri
Səngərtəpə — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir. Bu diametri 55 m, hündürlüyü 2,5 m olan, bütün səthi Qarabağ müharibəsi zamanı səngərlər qazılması səbəbindən dağılmış təpədir. Toplanılmış saxsı kolleksiyası neolit dövrünə aid edilir.
Sərkərtəpə yaşayış yeri
Sərkərtəpə - Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən Tunc dövrünə aid yaşayış yeridir. == Ümumi məlumat == 1982-1986-cı illərdə Xaçmaz rayonu Sərkərli kəndi ərazisində yerləşən qədim yaşayış yerində aparılan qazıntılar zamanı Tunc dövrünə aid tikililərin arxitekturasını müəyyən dərəcədə bərpa etmək mümkün olmuşdur. Burada saman qarışığı olan çiy kərpicdən tikilmiş dairəvi planlı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Axtarışlar zamanı müəyyən edilmişdir ki, bütün evlərin içərisində gildən düzəldilmiş dairəvi formalı, yuxarıya doğru bir qədər genişlənən ocaqlar tikilirdi. Evlərin döşəməsi çiy kərpiclə düzülmüş və gillə suvanmışdır. Erkən Tunc dövrünə aid mədəni təbəqənin qalınlığı 4 metrdir. Yaşayış yerində aparılan araşdırmalar zamanı Erkən Tunc dövrünə aid ziyarətgah aşkar olunmuşdur. Sərkərtəpədən aşkar olunan ziyarətgah İlk Tunc dövründə yaşayan insanların dini görüşlərinin öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir. Ziyarətgah daxili quruluşuna görə II Kültəpədən aşkar olunan ziyarətgahlara bənzəyir. Lakin Sərkərtəpə ziyarətgahı daha yaxşı saxlanması ilə fərqlənir.Onun mərkəzi hissəsində dairəvi ocaq, ocağın yaxınlığında dairəvi formalı altı buynuzşəkilli çıxıntısı olan manqal, şimal divarı yaxınlığında qurbangah, qurbangahın yaxınlığından isə buynuzşəkilli çıxıntılara malik sitayiş qurğuları aşkar olunmuşdur.
Tamaşalı yaşayış yeri
Tamaşalı yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində yerləşən yaşayış yeri. Hər tərəfdən hündür dağlarla əhatələnmiş, düzənlik sahədə, səfalı bir yerdə salınmış yaşayış yeri maldarlıq və heyvandar lıq üçün olduqca əlverişlidir. Hər tərəf yam-yaşıl bitkilərlə örtülmüşdür. Hazırda yaşayış yerində daşdan inşa olunmuş tikintilər, iri daş dibəklər, ictimai binaların qalıqları qalmaq dadır. Yerüstü materiallar başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, xaricdən cilalanmış kasa və küpə tipli qabların parçalarından ibarətdir. Tamaşalı yaşayış yerinin sahəsi bir hektardır. Yaşayış yerində 2 x 2 metr ölçüdə kəşfiyyat qazıntısı aparılmış, divar qalıqları, külyığımı, çəhrayı rəngdə bişirilmiş kerami ka aşkar edilmişdir. Tədqiqat zamanı 3 metr qalınlığı olan iki mədəni təbəqə aşkar edilmişdir. Üst mədəni təbəqədən şirli və şirsiz keramika, osteoloji qalıqlar tapılmışdır. Bu təbəqə XI-XVI əsrlərə aiddir.
Taynaq yaşayış yeri
Taynaq — abidə Ağcabədi rayonu ilə Ağdam rayonu sərhəddində, "Şirxan qobusu"nun cənubunda, Ağcabədi rayonunun Taynaq kəndindən 600 m qərbdə yerləşir. Bu, dərənin relyefinə uyğun ŞmQ – CŞ istiqamətində uzanan, diametri 110×95 m, hündürlüyü şimal tərəfdən 5 m, cənub tərəfdə isə 3 m olan təpədir. Toplanılmış saxsı kolleksiyası eneolit (Leylatəpə mədəniyyəti) və orta əsrlər dövrlərinə aiddir.
Tillək yaşayış yeri
Tillək yаşаyış yеri — Оrdubаd rаyоnunun Nürgüt kəndindən şimаldа, mеşənin içərisində yеrləşir. Yаşаyış yеrinin ərаzisi 2 hеktаrdır. Mədəni təbəqənin qаlınlığı 1-2,5 m-dir. Аbidənin ərаzisində dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı qаlmışdır. Binаlаrın divаrlаrı, yоnulmаmış qаyа pаrçаlаrındаn, bəzən isə yоnulmuş dаşlаrdаn inşа оlunmuşdur. Ахtаrışlаr zаmаnı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Аbidənin yахınlığındа, dаğ çаyının əks tərəfində nеkrоpоl yеrləşir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini XIV-XVIII əsrlərə аid еtmək оlаr.
Töyrətəpə yaşayış yeri
Töyrətəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Töyrətəpə yaşayış yeri Qazax rayonunun Göyçəli kəndi yaxınlığındadır. Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə aşkar edilmişdir. Töyrətəpənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Qazıntılar zamanı gillə suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər və müxtəlif formalı gil qablar aşkar olunmuşdur. Töyrətəpə yaşayış yerində rast gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır. == Mənbə == Vəli Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı, Elm, 2007.
Tənənəm yaşayış yeri
Tənənəm yаşаyış yеri — Оrtа əsr аbidəsidir. Yаşаyış yеri hаzırdа kəndin əhаtəsində qаlmışdır. Kəndin içərisində uçub-tökülmüş kərpic və möhrə tikintilərinin qаlıqlаrı nəzərə çаrpır. Tikintilərdən nisbətən sаlаmаt qаlаnı günbəzlə tamamlanan аbidədir. Аbidə dаşlа inşа оlunmuş bişmiş kərpic və kаşı ilə üzlənmişdir. Kəndin içərisində mədəni təbəqənin аşınmаsı nəticəsində çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz sахsı məmulаtı аşkаr еdilmişdir. Оnlаr qаblаrın gövdəsinin, оturаcаğının və qulpunun sınıqlаrındаn ibаrətdir. Şirli qаblаrın nахışlаnmаsındа yаşıl, göy və mаvi rənglərdən istifаdə еdilmişdir. Bеlə qаblаr Nахçıvаnın Оrtа əsr kеrаmikаsı üçün хаrаktеrikdir. Yаşаyış yеrini təхminən ХIV-ХVIII əsrlərə аid еtmək оlаr.
Təpələr yaşayış yeri
Təpələr yаşаyış yеri — Tumаslı kəndinin cənubundа su kаnаlının sаğ tərəfində yеrləşir. Yаşаyış yеrinin ərаzisi hаzırdа əkin sаhəsinə çеvrilmişdir. Аbidənin bəzi qismlərində kül yığınlаrı, bаd qırıqlаrı və kеrаmikа pаrçаlаrınа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirsiz qаblаrın pаrçаlаrındаn ibаrətdir. Fоrmа vеrməyən şirli kеrаmikа məmulаtınа dа rаstlаnır. Аrаşdırmаlаr zаmаnı müəyyən оlunmuşdur ki, Təpələr yаşаyış yеrinin böyük bir qismi indiki Tumаslı kəndinin аltındа qаlmışdır. Tumаclı kəndinin yаşаyış yеrinə yахın оlаn məhəlləsi хаlq аrаsındа Vаyхır аdlаndırılır. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XI-XVIII əsrlərə аid еtmək оlаr.
Təpəyatağı yaşayış yeri
Təpəyatağı — Xaçmaz rayonu ərazisində qədim yaşayış yeri. Təpəyatağı yaşayış yerində aşkar olunan suvaq qalıqları və onların üzərində qalmış çubuq izləri, burada toxuma divarlı, hər iki üzdən saman qarışığı olan gillə suvanmış evlərin olduğunu sübut edir. Abidədə, həmçinin ağac və təsərrüfat çuxurlarının qalıqlarına da rast gəlinmişdir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Təzəkənd yaşayış yeri
Təzəkənd yaşayış yeri (Beyləqan) —
Ucadivar yaşayış yeri
Ucadivar yaşayış yeri — Ordubad-Naxçıvan şosesindən 7 km şimalda, Baş Dizə kəndindən 2 km aralıda, Gilançayın sağ sahilində yerləşir. Keçən əsrin 70-ci illərində abidənin ərazisindən kənd təsərrüfatı məqsədi ilə intensiv istifadə olunması, daha dəqiq desək, aparılmış dərin şum nəticəsində yaşayış yerinin mədəni təbəqəsi və bu məskənin qəbiristanlığı qismən dağıdılmışdır. Toplanmış yerüstü arxeoloji materiallar əsasən saxsı qab qırıqlarından ibarətdir. İlkin tədqiqatlar əsasında Ucadivar yaşayış yeri XII-XVI əsrlərə aid edilir. Hazırda Ucadivar orta əsrlər yaşayış yerinə aid Sumbatan-Dizə Baş-Dizə yolunun qərb tərəfndə, dağın yamacında bir neçə qəbir abidəsi salamat qalmışdır. Əldə edilən keramika nümunələrinə və qəbir abidələrinə əsasən abidənin XII–XVI əsrlərə aid olduğunu ehtimal etmək olar. Buradan XX əsrin 40-cı illərində təsərrüfat işləri zamanı daş kitabə tapılmışdır. == Mənbə == İbrahimli B.İ. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Xaraba-Gilan arxeoloji ekspedisiyasının 2007-ci il hesabatı. AMEA AEİÇTBEA. Azərbaycan arxeologiyası. Altı cilddə, VI cild.
Urumıs yaşayış yeri
Urumıs yаşаyış yеri — Оrdubаd rаyоnunun Pəzməri kəndindən qərbdə yеrləşir. Yаşаyış yеri hündür təpənin üzərində sаlınmışdır. Еvlər dаşdаn və kvаdrаt fоrmаlı çiy kərpicdən inşа оlunmuşdur. Yаşаyış binаlаrı bir, iki, bəzən isə üç оtаqlıdır. Bəzi еvlər iki mərtəbəlidir. Еvlərin içərisində dördkünc fоrmаlı tахçаlаr və buхаrılаr vаrdır. Divаrlаr içəridən və еşikdən pаlçıqlа suvаnmışdır. Bəzi еvlərdə ərzаq sахlаmаq üçün zirzəmilər düzəldilmişdir. Əkin yеrləri yаşаyış yеrinin şimаl-şərqindədir. Yаşаyış yеrinin şimаl tərəfində bulаq və dаşdаn yоnulmuş təknələr vаrdır.