yuft
yuğlama
OBASTAN VİKİ
Yuğ
Yuğ və ya Sağu — yas mərasimi ilə bağlı arxaik nəğmələrdir. Bu mətnlər ortaq türk folklor arealında geniş yayılmış “yuğ”, “ağı”, “sağu”, “yedi”, “edi” adları ilə tanınmışdır. Bu mərasim insanların vəfatı zamanı ya evdə, ya da basdırılan zamanı düzəldilir. Əsas hissə yasın qurulduğu yerdə icra edilir. Oxunan mahnılar ağı adlanır. Qədim türklərdə yuğçu ozanlar - ağıçılar qopuzda çalaraq ölən haqqında mahnılar deyərlərmiş. Həmin mərasimdə ölən adam təriflənər, onun yaxşı cəhətləri, xeyirxahlıqları mövzu olarmış. Yuğ həm də qədim türklərin musiqi, mahnı, rəqs, ağı parçaları ilə müşayiət olunan ölübasdırma mərasimi olub. Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır.
Yuğ Teatrı
Azərbaycan Dövlət Yuğ Teatrı — 1989-cu ildə yaradılmış Azərbaycan teatrı. Azərbaycan Dövlət Yuğ Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulmuşdur. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olmuşdur. 2011—2017-ci illərdə teatrın direktoru Tərlan Rəsulov olmuşdur. 2017—2018-ci illərdə Rəşad Əhmədzadə teatrın direktoru vəzifəsini müvəqqəti icra edib. 2018-ci ildən İslam Həsənov teatrın direktorudur. Yuğ teatrının yerləşdiyi bina tarixi əhəmiyyət daşıyır. Belə ki, binanın əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Dövlət Yuğ Teatrı
Azərbaycan Dövlət Yuğ Teatrı — 1989-cu ildə yaradılmış Azərbaycan teatrı. == Tarixi == Azərbaycan Dövlət Yuğ Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulmuşdur. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olmuşdur. 2011—2017-ci illərdə teatrın direktoru Tərlan Rəsulov olmuşdur. 2017—2018-ci illərdə Rəşad Əhmədzadə teatrın direktoru vəzifəsini müvəqqəti icra edib. 2018-ci ildən İslam Həsənov teatrın direktorudur. Yuğ teatrının yerləşdiyi bina tarixi əhəmiyyət daşıyır. Belə ki, binanın əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərmişdir.
Yuğlu-yuy
Yuyçzülyü Muqulyü (çin 郁久閭木骨閭, pinyin Yùjiǔlǘ Mùgǔlǘ; III əsr – IV əsr) — Jujan hökmdarı. Əvvəllər qul olan Yuyçzülyü Muqulyüyə adını Sienbilər vermişdi. Mənası "taxta sümük Lü" idi. Çox güman əsl adı Lü olmuşdur. O qaçaraq özü kimi qulları toplayaraq dağlarda yaşamağa başladı.