Hvarda dini yürüş
Hvarda dini yürüş—(xorv. Za križen) Xorvatiyanın Hvar adasında hər cümə axşamı təşkil edilən ənənəvi gecə yürüşünün adı.
Bu tədbir misilsiz bir xüsusi dindarlıq ayini və Hvar adasının mərkəzi hissəsinin sakinlərinin dini və mədəni şəxsiyyətinin ifadəsidir və beş əsrdir ki, fasiləsiz olaraq icra olunur. Həm müddəti baxımından (8 saat ərzində 25 kilometr qət etmək) həm də məzmununa görə müstəsna bir xarakter kəsb edir. Roma Katolikləri Cəmiyyəti və ya qardaşlığı tərəfindən hazırlanır və həyata keçirilir. Yürüşün əsasını "Gözləri yaşaran İlahi Ana" adlı XV əsrə aid mətnin seçilmiş ifaçılar, kantadurlar tərəfindən musiqili dialoq formasında ifası təşkil edir..
== Haqqında ==
Bu tədbirə hər il axşam saatlarında 6 kilsədən — Vrban, Vrboska, Jelsa, Pitve, Vrisnik və Svirçe kilsələrindən eyni zamanda 6 yürüşlə start verilir. Hər bir yürüş böyük bir dairə üzrə hərəkət edir ki, təyinat nöqtəsinə səhər saat 7-də çata bilsin. Hər bir yürüşü xaçı daşıyan xaçlılar aparır. Xaçlının rolu adadan böyük şərəfə malikdir, bu səbəbdən də bu xaçlıları 20 ildən artıq bir müddətdə müəyyən edilirlər.