ZƏFƏRAN

I
сущ. шафран:
1. луковичное растение сем. ирисовых; крокус
2. собир. высушенные рыльца цветков этого растения, используемые как пряность, а также в парфюмерии. Zəfəran iyi запах шафрана
II
прил. шафранный:
1. относящийся к шафрану. Zəfəran plantasiyası шафранная плантация, zəfəran çiçəyi шафранный цветок
2. добытый из шафрана. Zəfəran ekstraktı (cövhəri) шафранный экстракт
3. занимающийся выращиванием шафрана. Zəfəran sovxozu шафранный совхоз
4. оранжево-жёлтый, как будто выкрашенный шафраном; шафрановый
ZƏFƏR
ZƏFƏRANÇI
OBASTAN VİKİ
Zəfəran
Zəfəran (lat. Crocus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü −18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır.
Adi zəfəran
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.
Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.
Zəfəran (1976)
Zəfəran (Sabunçu)
Zəfəran — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1930-cu illərin əvvəllərində təşkil edilmiş zəfəran sovxozunun fəhlələri üçün salınmışdır. 1965-ci ildən Zəfəran adlanmışdır. Oykonim zəfəran bitkisinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bilgəh qəsəbəsi yaxınlığında yerləşmişdir.
Zəfəran (dəqiqləşdirmə)
Zəfəran — süsənkimilər fəsiləsinə aid bitki cinsi. Zəfəran (Sabunçu) — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Zəfəran (Qəzvin) — İranda kənd. Zəfəran (film, 1976) — film.
Zəfəran (film, 1976)
Adam zəfəranı
Adam zəfəranı (lat. Crocus adami) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii,iv)+2ab(iii). Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumru-şarvari, yumurtaşəkilli, üzəri, çox sayda dərivari, qəhvəyi örtüklə örtülüdür. Aşağı hissədən halqaşəkilli ayrılmışdır. Yarpaqları 3-7 ədəd çiçəklə bir vaxtda görünür, dar-xətvari, еnində çılpaq çiçəyə bərabərdir. Çiçəkyanlğı bükükdə qızılı-sarı, xarici tərəfdən şırımlı, еrkəkcikləri sarı rəngdə, dişicik ağızcığı narıncı, tozcuqdan hündürdür. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə-mеyvə əmələgətirmə dövrü aprеl-may aylarına təsadüf edir.
Ankara zəfəranı
Ankara zəfəranı (lat. Crocus ancyrensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Türkiyənin endemik bitkisidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən Kiçik təhlükə altında olan növ kimi göstərilir. Öz elmi adını Ankaranın antik adından almışdır — Ancyra. == Yayılması == Yabanı halda Türkiyənin şimal-şərqində və Mərkəzi Anadolu ərazisində yayılmışdır. Türkiyənin Amasiya, Ankara, Bolu, Çorum, Kastamonu, Kırşəhər, Kayseri, Qəhrəmanmaraş, Samsun, Sivas və Yozğad illəri ərazisində rastlanılır. Əsasən 1000-1600 metr hündürlükdə, qayalı torpaqlarda, quru meşələr, çəmənliklər, kolluqlar və iynəyarpaqlı meşələrdə rastlanılırlar. Şaxtaya davamlı, isti sevməz, suya tələbkar bitkidir. Avropada bahalı dibçək bitki kimi yetişdirilir və "Golden Bunch" (qızıl buket) kimi tanınır.
Xəzər zəfəranı
Xəzər zəfəranı (lat. Crocus caspius) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. == Arealı == Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12-17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5-7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5-2 mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov-ellipsivari, kütdür.
Zəfəranabənzər levzey
Zəfəranabənzər rapontikum
Zəfəranlı bulyon
Bulyon - Azərbaycan mətbəxinin milli yeməyi. == Zəfəranlı bulyon == === Tərkibi === Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz. === Hazırlanma qaydası === Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.
Zəfəranlı eli
Zəfəranlı eli— İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Xorasan əyalətlərində yaşayan konfederasiya. == Tarixçəsi == Zəfəranlı konfederasiyası 8 böyük, 24 kişik eldən ibarətdir. === Zəfəranlı eli === Zəfəranlı eliin başçılarından biri Məhəmmədhəsən xan idi. O, Nadirə qarşı qiyam qaldırmışdı. Bu konfederasiyanın ən böyük qollarından viri Cəmişgəzək (Çemişkəzək) elidir. === Cəmişgəzək eli === Dərsimin (indiki Tuncelinin) Çemişkezek qəzasından çıxan bu el əvvəlcə Ağqoyunlu tayfa birliyinə, sonra Qızılbaşların tərkibinə qatıldı. Cəmişkəzəkli elinin kökəni haqqında müxtəlif fikirlər var. Şərəfnaməyə görə, Çemişkezek demək, kürdlük deməkdir. Kürdlər arasında, "Çemişkezek deyincə, ağla kürd gəlir" deyir. Digər tərəfdən, yenə Şərəfnamənin bu qeydi, Cəmişkəzəkli elinin türklüyünü sübut edir: "Çemişkezek hökmdarlarının bu Məlikşahın soyundan gəlmiş olmaları və "Məlikşah' sözünün Kürd dilinde 'melikiş' biçimində dəyişmiş olması ehtimaldır, başqa yandan Çemişkezek hökmdarlarının adları da onların türklərin övladlarından və törəmələrindən olduqlarını dəqiqləşdirir, çünki adlarının heç bir yandan ərəb və kürd adlarıyla ilgisi yoxdur; Ərəb və kürd adlarına heç də bənzəmir.".
Əkin zəfəranı
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.
Əmirgunə xan Zəfəranlı
Əmirgunə xan Zəfəranlı (?-?) — Zəfəranlı elinin elbəyi, Fətəli şah Qacarın sərkərdəsi, Xəbuşan valisi. == Həyatı == Əmirgunə xan Xorasan əyalətinin Xəbuşan vilayətinin Zəfəranlı elinin Həsənvənd obasında anadan olmuşdu. Atasından sonra elbəyi təyin edilmişdi. Əmirgunə xan Fətəli şah Qacarın hakimiyyətinin ilk illərində Xəbuşanın valisi idi. == Mənbə == Ənvər Çingizoğlu, Zəfəranlı eli, "Soy" dərgisi, 9 (41), 2010, səh. 31–33.

Digər lüğətlərdə