zanbağı 2021
zanbaqca 2021
OBASTAN VİKİ
Zanbaq
Zanbaq (lat. Lilium) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmışdır. Fəsiləyə daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriş və s. yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək kimi istifadə olunur.
Heraldik zanbaq
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Təkqardaş zanbaq
Təkqardaş zanbaq (lat. Lilium monadelphum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. Hündürlüyü 1 m-ə çatan və ondan hündür olan bitkidir. Soğanağı enli-yumurtaşəkilli, xaricdən krem rəngli pulcuqla, qalın, düz, sıx yarpaqla örtülmüşdür. Aşağı yarpaqları enli-neştərşəkilli, yuxarı yarpaqları xətvari-neştərşəkillidir, aşağı tərəfdən kənarları və damarlar kirpikciyə oxşar yumşaq tüklüdür. Çiçəkləri piramidavari salxım çiçək qrupunda toplanmış və (1) 3-6 ədəd əyilmiş çiçəkdən ibarətdir; çiçəkləri iridir, qıfaoxşardır, qızılı-sarı rənglidir, ətirlidir və uzunluğu 8-10 sm-dir. Çiçəkyanlığının yarpaqcıqları neştərvaridir, qaidə hissəsinə doğru az daralmış, çiçəkləmənin sonuna yaxın azacıq geriyə qatlanmışdır. Qutucuq 4 sm-ə yaxın uzunluqdadır. İyun ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. Böyük Qafqazın şərqində, qərbində, Quba sahəsində yuxarı dağ qurşağında və subalp qurşağında yayılmışdır.
Zanbaq gülləri
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Zanbaq inqilabı
Zanbaq inqilabı (qırğ. Жоогазын революциясы) — 2005-ci ilin martında Qırğızıstanda inqilaba səbəb olan kütləvi etirazlar və respublika prezidenti Əsgər Akayevin devrilməsi, Qurmanbek Bakıyevin vəzifəsinə gəlməsi. İnqilabçılar Əsgər Akayevin, ailəsinin və tərəfdarlarının ölkədə korrupsiya və avtoritar sistem qurduğunu iddia edirdilər. Akayev Qazaxıstana, daha sonra Rusiyaya qaçdı. 4 aprel 2005-ci il tarixində Qırğızıstanın Moskvadakı səfirliyində Akayev Qırğızıstan parlamentinin nümayəndə heyətinin iştirakı ilə istefa ərizəsini imzaladı. İstefa 11 aprel 2005-ci ildə Qırğızıstan müvəqqəti parlamenti tərəfindən təsdiq edildi. İnqilabın ilk mərhələlərində kütləvi iğtişaşları "Çəhrayı", "Limon", "İpək" və ya "Nərgiz" inqilabı adlandırırdılar. "Zanbaq inqilabı" terminini yaradan Akayevin özü oldu. Bir dəfə çıxışında, Qırğızıstanda belə bir "Rəngli inqilabın" baş verə biləcəyini xəbərdar etmişdi. Rəng və ya çiçək ifadəsi istifadə etməklə Gürcüstanda zorakılıq olmadan baş verən "Qızılgül inqilabı", Ukraynadakı "Narıncı inqilab" (2004), Çexoslovakiya "Məxməri inqilabı" (1989) və Portuqaliya "Qərənfil inqilabı" (1974) ilə oxşarlıq doğururdu.
Qara zanbaq
Qara zanbaq - Aleksandr Düma tərəfindən yazılmış olan tarixi romandır. Polkovnik Van Deken: Şahzadə III Vilyam van Orancın köməkçisi Kornelis de Vitt: Hollandiyanın baş naziri olan Yohan de Vittin qardaşı Kornelis van Berle: zanbaq yetişdirən, həkim, Kornelis de Vittin xaç oğlu Krek: Yohan de Vittin xidmətçisi Qrif: Buitenhof və Loevestein həbsxanalarının nəzarətçisi İsaak Bokstel: Kornelis van Berlenin qısqanc qonşusu Yohan de Vitt: Hollandiyanın Baş naziri Vilyam van Oranc: 1672-ci ildə De Vitt qardaşlarını edam etdirərək ölkə başçısı olan şahzadə Roza: Qrifin qızı Van Sistens: Harlem meri və Çiçək İstehsalçıları Assosiasiyasının prezidenti Kitab 1921, 1937, 1956, 1970 və 1988-ci illərdə filmlərə mövzu olmuşdur. 1963-cü ildə çəkilmiş olan və Alen Delonun baş rolda oynadığı film isə kitabdan müstəqildir. Hollandiyanın Dordrext şəhərində zəngin və əsilzadə bir tacirin oğlu olan Kornelis van Berle həm də Hollandiyanın baş nazirinin qardaşı olan Kornelis de Vittin xaç oğludur. Tibb təhsilini başa vurduqdan sonra 1668-ci ildə 24 yaşı olarkən atasını itirir. Atasının ölümündən sonra özünə böyük bir miras qalan Kornelis özünü zanbaq əkinçiliyinə həsr edir və sahib olduğu var-dövləti sayəsində tez bir zamanda bu sahədə mütəxəssisə çevrilir. Uzun illər öz evində şəxsi imkanları ilə zanbaq yetişdirən və bu sahədə ciddi müvəffəqiyyət əldə edən qonşusu İsaak Bokstel Kornelisin bu cəhdindən məmnun qalmamış, əvvəlcə qonşusu ilə yarışmağa, hətta onun zanbaq soğanaqlarını belə məhv etməyə çalışsa da, sonunda bu işdən əl çəkib, bütün günü qonşusunu gizlicə pəncərəsindən izləməyə başlayır. Harlemdəki Çiçək İstehsalçıları Assosiasiyası böyük, ləkəsiz, qara zanbaq yetişdirə biləcək hər hansısa bir kəsə yüz min Hollandiya quldeni mükafat verəcəyini bildirir. Lakin o dövrdə hətta tünd rəngli zanbaq belə yetişdirilə bilinmədiyi üçün bu müsabiqədə qalib gəlmək mümkün hesab edilmirdi. Bir çoxları kimi müsabiqədə iştirak edən Kornelis qısa bir müddət ərzində zanbaqların rəngini tündləşdirməyi bacarır və qara hədəfə çatmağa yaxınlaşır.
Fanfan-zanbaq (film, 1952)
Fanfan-zanbaq — 1952-ci ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == Cavan və yaraşıqlı Fanfan evlənməkdən canını qurtarmaq üçün əsgər gedir. O, əsgərliyə getməmişdən əvvəl qaraçı qız Fanfanın falına baxır. Qaraçı qız gələcəkdə Fanfanın tanınmış döyüşçü olacağını və şahzadə qızla evlənəcəyini deyir. Sonda bəlli olur ki, cazibədar qaraçı qız zabitin qızıdır. Bunu öyrənən Fanfan arzusunun arxasınca getməyə başlayır. O, qaraçı qızın dediklərini gerçəkləşdirmək üçün əlindən gələni etməyə başlayır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh.
Zanbaq gülləri (rəsm əsəri)
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Ağ zanbaq
Ağ zanbaq (lat. Lilium candidum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. == Təbii yayılması == Ağ zanbaq daha çox Balkan və Qərbi Asiya ölkələrində yayılmışdır. == Botaniki təsviri == Bitkinin soğanaqları yer səviyyəsində formalaşır və yarpaqla örtülmüş çiçək gövdəsi, adətən, 1,2 m, yaz fəslində isə 2 m-ə qədər yüksələ bilir. Yay fəslində çox gözəl ətirli çiçəkləri olan Ağ zanbağın çiçəkləri, əsasən, ağ rənglidir və bazis rəngini sarı rəng təşkil edir. Ağ zanbaq virus xəstəliklərinə və Botrytis göbələyinə qarşı həssas bitkidir.
Dəniz zanbaqları
Dəniz lalələri (lat. Crinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. == Haqqında == Dəniz dibinə təhkim olunmuş çətir, gövdə və köklərdən ibarət olan heyvanlar. Bədənin əsas hissəsi bir-birinə bitişən, müxtəlif saylı lövhəciklərdən təşkil olunmuş fincan (teka) içərisində yerləşir. Teka üzərində, adətən, 5 budaqlanan qol vardır. Tekanın aşağı hissəsi fincan, üst hissəsi-qolların əsasını təşkil edən disk, yaxud qapaq adlanır. Ağız dəliyi diskin ortasında, anal dəliyi mərkəzdən bir qədər kənarda, bəzən xortum üzərində yerləşir. Fincanın əsasından başlayaraq içərisindən ox kanalı keçən kalsium-karbonatlı buğumlardan təşkil olunmuş və kök şaxələri ilə substrata təhkim olunan gövdə yerəlşir. Bəzi nümayəndələrində gövdə olmur. Müasir nümayəndələri böyük dərinliklərdə məskunlaşırlar.
Fərqanə zanbaqcası
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Həqiqi zanbaqkimilər (Liliodeae)
Köbəcikli zanbaqca
Köbəcikli zanbaqca (lat. Fritillaria verticillata) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Maksimoviç zanbaqcası
Maksimoviç zanbaqcası (lat. Fritillaria maximowiczii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Solğunçiçək zanbaqca
Solğunçiçək zanbaqca (lat. Fritillaria pallidiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Ussuriya zanbaqcası
Ussuriya zanbaqcası (lat. Fritillaria usuriensis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Zanbaqca
Zanbaqca (lat. Fritillaria) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Zanbaqca Şimal Yarimkürəsinin mülayim qurşaqlarında yabanı halda yayılmış 150-yə yaxin növü məlumdur. Növlərin bir hissəsinə Şərqi Asiyada rast gəlinsə də, onların çoxu Qərbi Asiyada yayılıb.
Zanbaqkimilər
Zanbaqkimilər (lat. Liliaceae) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Zanbaqkimilər fəsiləsinin nümayəndələri əksərən çoxillik otlar, kökümsovlu və ya soğanaqlı bitkilərdir. Yarpaqları növbəli düzülüşlü, tam və nadir hallarda kənarları dişli, kökətrafı yarpaqlıdırlar. Çiçəklər əsaəsən ikicinsli, aktinomorf, müxtəlif tipli çiçəkqrupuna toplanmış və ya tək-təkdirlər. Çiçəkyanlığı 2 dairədə düzülüb, 3 üzvlü olub, tac və ya kasacıq şəkillidir. Erkəkciklər 6 ədəd olub, 2 dairədə yerləşir. Erkəkcik sapları sərbəst və ya birləşmişdir. Dişiciyi 3 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir, sütuncuğu adətən bir, bəzi növlərdə isə 3 olur. Toxumlar endospermlidir.
Zanbaqçiçək maqnoliya
Mərkəzi və Qərbi Çində yayılmışdır. Avropada 1790-cı ildən becərilir. 2-3 m hündürlükdə şar formalı koldur. Açıq boz rəngli, hamar qabıqla örtülmüşdür. Cavan zoğlarının uc hissələri əvvəlcə tüklü olur, sonradan çılpaqlaşır, qışa yaxın dövrdə isə tünd yaşıl, çox işıq olan tərəfdə isə qonur rəngli olub, tək-tək mərciməklərə malikdir. Yarpaqları enli-ellipsvari və ya tərs- yumurtavaridir. Təpə tərəfdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl rəngli, yaxşı gözəçarpan damarlanmaya malik, uzunluğu 15-20 sm, eni isə 8-10 sm-ə çatır. Çiçəkləri ensiz piyaləvari formalı, qoxusuz xaricdən qırmızımtıl, daxildən isə ağ rəngdə olub, qısa və yoğun çiçək saplağı üzərində yerləşmişdir. Çiçəkyanlıqları 6-9 hissədən ibarətdir. Xarici ləçəkləri neştərşəkilli olub, uzunluğu 2-3 sm, eni isə 0,8-1 sm-ə bərabərdir.
Zanbaqçiçəklilər
Zanbaqçiçəklilər (lat. Liliales) — bitkilər aləminə aid bitki dəstəsi. Alstroemeriaceae Dumort. (1829) , nom. cons.. APG III sistemində Luzuriagaceae Lotsy (1911) daxil edilib Campynemataceae Dumort. (1829) Colchicaceae DC. (1804) , nom. cons. — Vaxtsızçiçəkkimilər Corsiaceae Becc. (1878) , nom.
Koçı zanbaqcası
Koçı zanbaqcası (lat. Fritillaria kotschyana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir — EN A2c; D. Nadir növdür. == Arealı == İranın mərkəzində və şimal hissələrində yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq çox da iri deyil, oval, xaricdən sarımtıl, qəhvəyi rənglidir. Gövdə 20-35 sm hündürlüyündədir. Yarpaqlar yaşıl-göyümtül, yarımgövdəni qucaqlayan, uzun, ellipsvari və ya uzun, xətvari-neştərşəkillidir, 0,5-1 (1,5) sm enində, böyük hissəsi yuxarı tərəfin orta hissəsində yerləşir. Çiçəklər tək, zəngvari, iylidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluqdadır.
Qozbel zanbaqca
Qozbel zanbaqca (lat. Fritillaria gibbosa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. Rhinopetalum gibbosum (Boiss.) Losinsk. et Vved. Soğanaqlı, çoxillik ot bitkisidir. Soğanaq açıq-pulcuqlu, kürəşəkillidir. Gövdə 8-20 sm hündürlükdə, yarpaqlar çılpaq, aşağı yarpaqlar qarşı-qarşıya, yuxarı yarpaqlar növbəli yerləşmişdir, ensiz, xətvari, sivridir. Çiçəkləri salxım çiçək qrupunda toplanıb, uc hissədə yerləşir.
İriçiçək zanbaqca
İriçiçək zanbaqca (lat. Fritillaria grandiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab(v). Azərbaycanın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq çox böyük deyil, basılmış şarvaridir. Gövdə hündür, 35–50 sm, çılpaqdır. Yarpaqlar növbəli, 5–7 ədəd, neştərşəkilli, aşağı yarpaqlar 1,5 sm-ə qədər enində, yuxarıdakılar ensiz, 0,5 mm-ə qədər olur. Çiçəklər çox iri, təkdir. Çiçəkyanlığı 5 sm-ə qədər uzunluğundadır.
Şahmatşəkilli zanbaqca
Şahmatşəkilli zanbaqca (lat. Fritillaria meleagris) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. Şahmatşəkilli zanbaqca efmeroid və çoxillikdir bitkidir. Soğanağı kürəşəkilli olub qonur rəngli nazik qatla örtülmüşdür. İki pulcuqdan ibarətdir. Gövdəsinin hündürlüyü 15-35 sm-dir. Yarpaqlarının hamısı növbəli düzülüb, sayları 2-6 arasında dəyişir və gövdəyin yuxarı hissəsində yerləşir.
Şərq zanbaqcası
Şərq zanbaqcası (lat. Fritillaria orientalis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Qafqaz zanbaqcası
Qafqaz zanbaqcası (lat. Fritillaria caucasica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməkdə olanlar" kateqoriyasına aiddir - EN A1c; B1ab (iii). Azərbaycanın endemik növüdür. Çoxillik ot bitkisidir, soğanağı xırdadır. Gövdəsi çılpaq, zəif, 25 sm hündürlükdədir. Yarpaqlar azsaylıdır, uzunsov və ya uzunsov-lansetşəkillidir, alt yarpaqlar bir qədər enli, üst yarpaqları çox ensiz, dar-neştərşəkilli və ya xətvaridir. Alt yarpaqlar 2 sm-ə qədər enindədir. Çiçəkləri təkdir. Çiçək yatağı zəngvarı, konusşəkilli, 2,5 sm uzunluğunda, göyümtül, bənövşəyidir.

Digər lüğətlərdə