zümrüd
OBASTAN VİKİ
Zürafə
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Zürafə (bürc)
Zürafə (lat. Camelopardalis) — göyün şimal yarımkürəsində zəif görünən bürc.
Uçan zürafə (film, 1983)
Bu müasir nağılda özündə qeyri-adi qabiliyyət hiss edən, buna görə də dostlarından üz döndərən axmaq zürafə haqqında danışılır. Zürafənin "göydən yerə" düşməsi və pərt olması uşaqlara onu göstərir ki, lovğalanmaq, özünü başqalarından üstün tutmaq olmaz. Əks halda pərt ola bilərsən. Cizgi filmi məktəbəqədər yaşda olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Kamal Aslanov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Sergey Dyojkin, Vaqif Məmmədov, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, Rövşən Paşazadə, Azər Qaryağdı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Uçan zürafə (cizgi filmi, 1983)

Zürafələr
Zürafələr (lat. Giraffidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Hazırda təbii şəkildə ancaq Afrikada rast gəlinir. İki müasir cinsi var: zürafə (Giraffa) və okapia (okapia). Ən hündür heyvan zürafədir.Onun boyunun uzunluğu 5 m 66 sm-ə çatır. Zürafələrdə bəzi əlamətləri, məsələn, boynunda olan zolaqlar insanın əl izləri kimi təkrar olunmur.
Şimal zürafəsi
Şimal zürafəsi (lat. Giraffa camelopardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinin zürafə cinsinə aid heyvan növü. Anqola zürafəsi (G. c. angolensis) Somali zürafəsi (G. c. camelopardalis) Uqanda zürafəsi (G. c. rothschildi) Masay zürafəsi (G. c. tippelskirchi) Torşəkilli zürafə (G. c. reticulata) Cənubi Afrika zürafəsi (G. c.

Digər lüğətlərdə