Zəngilan

coğ. Zenguilan

zəngçilik
zəngin
OBASTAN VİKİ
Dəlləkli (Zəngilan)
Dəlləkli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılıb, etnotoponimdir. Keçmişdə Mərzili və Ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. Kənd təxminən 60-70 evdən ibarət olub. Araz çayının sahilinin üst tərəfində yerləşir. Aşağı tərəfdən Bakı-Mincivan-Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolu keçir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Bartaz kənd dairəsinin Dəlləkli kəndində 29 ev və 162 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan şiə idilər.
Hacallı (Zəngilan)
Hacallı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsinin mərkəzi olan kənd. == Tarixi == Kənd düzənlikdədir. Yaşayış məntəqələri hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 63 evdə 299 şiə kürd yaşayırdı.
Həkəri (Zəngilan)
Həkəri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Göyən çölündə, Həkəri çayının Araza töküldüyü yerin yaxınlığındadır. Qəsəbə 1950-ci illərdə Həkəri dəmir yolu stansiyası yanında salınmış və həmin stansiyanın adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kənd Zəngilan
Zəngilan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Zəngilan kəndi Oxçu çayının (Arazın qolu) sahilində, düzənlikdədir. 1930—1933-cü illərdə Zəngilan rayonunun inzibati mərkəzi idi. Yaşayış məntəqəsi kimi XIV əsrdən məlumdur. VII əsrə aid mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngiyan yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikir var. Oronim "zəngilərin məskəni" mənasındadır. Cənubi Azərbaycanda da Zəngilan kəndi var. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == İstinadlar == 2020-ci 22 oktyabr tarixindən etibarən Zəngilan kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Muğanlı (Zəngilan)
Muğanlı — Azərbaycanın Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində kənd. Muğanlı — Azərbaycanın Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd.
Məlikli (Zəngilan)
Məlikli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Məlikli kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi məlikli nəsli saldığına görə belə adlandırlmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qarababa (Zəngilan)
Qarababa — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Oxçu çayının sahilində, Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qarababa adlı şəxsin adını daşıyır.
Qaradərə (Zəngilan)
Qaradərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahli Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Qaradərə kəndi dağətəyi ərazidədir. Vaxtilə baharlı tayfasına məxsus ailələrin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi salındığı dərənin adı ilə adlandırılmışdır. Oronim isə “böyük dərə” mənasındadır. Kəndin adı "Dədə Qorqud" dastanında çəkilir. Əhalisi türklərdir, baharlı boyundandırlar. Çarizmə və Sovet hökumətinə qarşı öz qaçaq dəstəsilə vuruşan qaçaq Fərzalı bu kənddən çıxmışdır. Qarabağ uğrunda döyüşlərdə kəndin igidləri Filman və Azər qəhrəmancasına həlak olublar.
Qaragöl (Zəngilan)
Qaragöl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Qaragöl kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dərzili tayfasına məxsus keçmiş Qaragöl adlı qışlaq yerində salinmişdir. Qışlaq isə Keçaldağın şimal yamacındaki Qaragölün adi ilə adlanmışdır. Hidronimin tərkibindəki qara komponenti göl tin şimal istiqamətində yerləşməsi ilə bağlıdır.
Qaragöz (Zəngilan)
Qaragöz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inanh tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayirlar.
Qarqulu (Zəngilan)
Qarqulu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə Naxçıvanda mövcud olmuş Qarqulu kəndindən gələn ailələr salmışlar. Kəndin adı çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır. Kənd Mehri silsiləsinin ətəyində yerləşir.
Qazançı (Zəngilan)
Qazançı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Qazançı kəndi Zəngilan rayonunun ən dağlıq kəndlərindən biridir və Ermənistanın Qafan şəhəri ilə həmsərhəddir. Kənd dağlıq ərazidədir. Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarla- nn kazan (qazan) tayfasmın adım əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarlann tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onlann ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir.
Sarıqışlaq (Zəngilan)
Sarıqışlaq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Seyidlər (Zəngilan)
Seyidlər — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd. Seyidlər kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi seyidlər nəslinin məskunlaşmasi nəticəsində yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Zəngilan məscidi
İmam Hüseyn məscidi və ya Zəngilan məscidi — Azərbaycanın Zəngilan şəhərində XVII–XVIII əsrlərə aid məscid. 2020-ci ildə Zəngilan azad edildikdən sonra 2021–2023-cü illərdə qalıqları bərpa edilmiş, yanında isə yenisi inşa edilib. İmam Hüseyn məscidinin XVII–XVIII əsrlərdə, Səfəvilər imperiyası dövründə tikildiyi təxmin edilir. Birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən talan və məhv edilmişdir. İşğal dövründə məscid donuzxanaya çevrilmişdir. Zəngilan şəhəri 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 26 aprel 2021-ci ildə İlham Əliyev tərəfindən yeni məscidin əsası qoyulmuşdur. Məscidin açılışı 18 may 2024-cü ildə baş tutmuşdur. Tarixi məscidin ərazisində isə açıq səma altında sərgi yaradılmışdır. İmam Hüseyn məscidinin ölçüləri 12x20 metr olmuşdur.
Zəngilan
Zəngilan — Azərbaycanın Zəngilan rayonunun inzibati mərkəzi, Zəngilan şəhər inzibati ərazi dairəsində şəhər. Rayonun ərazisində 60–70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV–II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən Qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-Şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, o cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və "Şəhid Məhəmməd" adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. 60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir.
Tatar (Zəngilan)
Tatar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar").
Tağlı (Zəngilan)
Tağlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Şayıflı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tağlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Xumarlı (Zəngilan)
Xumarlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Xumarlı kəndi Həkəriçayının sahilindədir. Tədqiqatçıların bir qismi oykonimi XIII-XIV əsrlərdə adı çəkilən qumar tayfasının adı ilə, digər qismi isə Xumar şəxs adından yaranmış nəsil adı ilə əlaqələndirir. Hər iki halda etnotoponimdir. http://zengilan.
Yenikənd (Zəngilan)
Yenikənd (ərazisi 1958-ci ilədək iki ayrı Hüseynbəyli və Qarakilsə kəndlərindən ibarət olub) — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Yenikənd kəndi keçmiş Hüseynbəyli və Qarakilsə kəndlərinin birləşdirilməsi ilə əmələ gəlmişdi və yeni yaşayış məntəqəsi 1958-ci ildən Yenikənd adlandırılmışdı.
Zəngilan (Urmiya)
Zəngilan (fars. زنگلان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 330 nəfər yaşayır (54 ailə).
Zəngilan (dəqiqləşdirmə)
Zəngilan Zəngilan — Zəngilan rayonu ərazisində çay.
Ördəkli (Zəngilan)
Ördəkli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. Ördəkli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Hacısürınü (Hacı Hüseynli) olmuşdur. Yaşayış məntəqəsi əvvəllər indiki ərazidən 1,5 km şimalda Hacisurınü adı ilə mövcud olmuşdur. XIX əsrin ortalarında kəndin əhalisi Ördəkli yer adlanan daha əlverişli sahəyə köçmüş və о vaxtdan Ördəkli adlanmışdır. Tədqiqatçilar kəndin belə adlanmasını orada ördəyin çox olması ilə əlaqələndirirlər. Oğuz tayfalarının tərkibində də ördəklilərin adi çəkilir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Şəfibəyli (Zəngilan)
Şəfibəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd. Şəfibəyli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Cənubi Azərbaycandan gəlmiş ailələr bina etmişlər. Oykonim Şəfibəy şəxs adi ilə bağlıdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Əmirxanlı (Zəngilan)
Əmirxanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əmirxanlı kəndinin keçmış adı Püşənli olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Püşənli tayfasına mənsub Əmirxan adlı bir nəfər salmışdır. Əslində, əmirxanlı Şahsevən tayfa ittifaqına daxil olan tayfalardan birinin adı olub. Dəvəçi rayonu ərazisində də bu ad qeydə alınmışdır. Etnotoponimdir.
"Zəngilanın azad olunmasına görə" medalı
"Zəngilanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Zəngilanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Füzulinin azad olunmasına görə" medalından sonra taxılır.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
Dəlidağ (dağ, Zəngilan)
Dəlidağ — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ. Hündürlüyü 428 m. Bu dağ və bu adla adlandırılmış digər yüksəkliklər dağın ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılmışlar.
Qulu Zəngilanlı
Qulu Məhərrəmli (tam adı: Məhərrəmli Qulu Məmmədqulu oğlu; 2 noyabr 1954, Zəngilan rayonu) — Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2006). Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, "1000 saniyə" və "24 saat" xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib. 1993–1995-ci illər arasında "7 gün" populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat"-1995) müəllifi və aparıcısı olub. 1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib.
Qızıldaş (dağ, Zəngilan)
Qızıldaş — Zəngilan rayonunun ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 1700 m. Dağın adı qızıl (“qırmızı” mənasında) və daş sözlərindən ibarətdir. Dağ buradakı qırmızıya çalan vulkan mənşali daşa (qayaya) görə belə adlandırılmışdır. Eyniadli oronim (Qızıldaş) Ermənistanın Mehri rayonunda da mövcuddur.
Səngərtəpə (dağ, Zəngilan)
Səngərtəpə — Zəngilan rayonunun ərazisində dağ. Qarabağ kəndindən şimalındadır. Hündürlüyü 787 m. Oronim səngər və təpə komponentlorindən düzəlib, “mudafiə təpəsi” mənasındadır.
İmam Hüseyn məscidi (Zəngilan)
İmam Hüseyn məscidi və ya Zəngilan məscidi — Azərbaycanın Zəngilan şəhərində XVII–XVIII əsrlərə aid məscid. 2020-ci ildə Zəngilan azad edildikdən sonra 2021–2023-cü illərdə qalıqları bərpa edilmiş, yanında isə yenisi inşa edilib. İmam Hüseyn məscidinin XVII–XVIII əsrlərdə, Səfəvilər imperiyası dövründə tikildiyi təxmin edilir. Birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən talan və məhv edilmişdir. İşğal dövründə məscid donuzxanaya çevrilmişdir. Zəngilan şəhəri 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 26 aprel 2021-ci ildə İlham Əliyev tərəfindən yeni məscidin əsası qoyulmuşdur. Məscidin açılışı 18 may 2024-cü ildə baş tutmuşdur. Tarixi məscidin ərazisində isə açıq səma altında sərgi yaradılmışdır. İmam Hüseyn məscidinin ölçüləri 12x20 metr olmuşdur.
Muğanlı (Gilətağ, Zəngilan)
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində (dairənin mərkəzi Böyük Gilətağ kəndi) kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Muğanlı (Hacallı, Zəngilan)
İkinci Muğanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Cümə məscidi (Zəngilan)
İmam Hüseyn məscidi və ya Zəngilan məscidi — Azərbaycanın Zəngilan şəhərində XVII–XVIII əsrlərə aid məscid. 2020-ci ildə Zəngilan azad edildikdən sonra məscidin qalıqları bərpa edilmiş, yanında isə yeni məscidin təməli 2023-cü il aprelin 26-da İlham Əliyev tərəfindən qoyulmuş və inşa edilmişdir. == Tarixi == İmam Hüseyn məscidinin XVII–XVIII əsrlərdə, Səfəvilər imperiyası dövründə tikildiyi təxmin edilir. Birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən talan və məhv edilmişdir. İşğal dövründə məscid donuzxanaya çevrilmişdir. Zəngilan şəhəri 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 26 aprel 2021-ci ildə İlham Əliyev tərəfindən yeni məscidin əsası qoyulmuşdur. Məscidin açılışı 18 may 2024-cü ildə baş tutmuşdur. Tarixi məscidin ərazisində isə açıq səma altında sərgi yaradılmışdır. == Memarlığı == İmam Hüseyn məscidinin ölçüləri 12x20 metr olmuşdur.