ÇƏKMƏ I is. Uzunboğaz ayaqqabı. Neçə-neçə ölkənin; Tozlarına bulandı çəkmələr! (B.Vahabzadə).
ÇƏKMƏ II is. kim. Qaynamaqla, qızmaqla maddələrin tərkib hissələrinə ayrılması.
ÇƏKMƏ III is. Plovun bir növü. Sizə çəkmə bişirim ki, dadı damağınızdan getməsin.
ÇƏKMƏ IV sif. Çəkilmiş, dartılmış. Qara çəkmə qaşları çatılmışdı, iri gözləri çox fikirli olsa da, təmkinini saxlayırdı (M.İbrahimov).