Qədim mənası “sarı” deməkdir. Təkcə bizdə yox, çox dillərdə öd “sarı” anlamı ilə bağlıdır. Səbəbi isə odur ki, qara ciyər müntəzəm olaraq, sarı rəngli maddə istehsal edir və həmin maddə öd kisəsinə toplanır, oradan da bağırsaqlara ifraz olunur. Ödün rənginin sarı olması onun adının əsasında durur. Bizdə öd sözünün sinonimi kimi sarığ (sarı) işlədilib. Ehtimal ki, öd xalis türk sözüdür, sarı isə ərəbcə “öd” mənasını verən səfa kəlməsinin dəyişmiş formasıdır. Dilimizdə “qorxudan sarısını udub” cümləsindəki sarı məhz “öd” deməkdir. Rus dilində желтый və желчь kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)