ördək
örnək
OBASTAN VİKİ
Ördəkburun
Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ. Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi Avstraliyada və Tasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur.
Ördəkburun çömçəxul
Ördəkburun çömçəxul (lat. Anatirostrum profundorum) — Xulkimilər fəsiləsinə daxil olan cins. Xəzər dənizinin endemik balığıdır. Əsasən dənizin cənubunda yayılmışdır. Adının bu cür olması bir ördəyin başına bəznər olması ilə xarakterizə olunur. Eyni adlı növə daxildir 1904-cü ildə 294 m dərinlikdə tutulmuşdur. Yalnızca bu növün sonrakı nümunələri əsasən İranın 50-100 m dərinlikdə olan sularından toplanmışdır.
Ördəkburunlar
Ördəkburunlar (lat. Ornithorhynchidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin birdəliklilər dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə