ÖZÜNÜMÜDAFİƏ

сущ. жува-жув (жуван къуватралди) хуьн (гьужумдикай, хатадикай, душмандикай).
ÖZÜNÜQORUMA
ÖZÜNÜMÜŞAHİDƏ
OBASTAN VİKİ
Özünümüdafiə
Özünümüdafiə və ya zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir. Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər. Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünümüdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır. Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər.
Rəqəmsal özünümüdafiə
Rəqəmsal özünümüdafiə — rəqəmsal təhlükəsizliyi təmin etmək üçün internet istifadəçiləri tərəfindən özünümüdafiə strategiyalarından istifadə edilməsi. Burada məxfi şəxsi elektron məlumatların qorunması nəzərdə tutulmuşdur. İnternet təhlükəsizliyi proqramı qoruyucu divar qurmaqla, həmçinin kompüterləri zərərli proqram, viruslar, troyan atları, soxulcan proqramlar və casus proqramlar üçün skan etməklə ilkin müdafiəni təmin edir. Bununla belə, ən çox risk altında olan məlumatlara doğum tarixləri, telefon nömrələri, bank hesabı, təhsil məlumatları, cinsiyyət, dini mənsubiyyətlər, e-poçt ünvanları və parollar kimi şəxsi məlumatlar daxildir. Bu məlumatlar adətən sosial şəbəkələrdə açıq şəkildə aşkarlanır, internet istifadəçilərini sosial mühəndislik və internet cinayətlərinə qarşı həssas edir. Mobil cihazlar, xüsusən də Wi-Fi çıxışı olanlar bu məlumatın təsadüfən paylaşılmasına imkan verir. Bu məzmunda kompüter təhlükəsizliyi internet təhlükəsizliyi proqramına xitab edir. Şəxsi məlumatın davamlı formada təhlükəsizliyini qorumaq zərərli proqram təminatında davam edən inkişaflar şəxsi məlumatlara müdaxilə edə və ya onları kopyalaya bilməsin deyə virus və casus proqramların təriflərinin tez-tez yenilənməsini tələb edir. Parol istifadəçi adlarını müşayiət edən məcburi təhlükəsizlik tədbiridir. Ailə üzvlərinin adları, ev heyvanlarının adları və ya doğum tarixləri kimi parolların yaradılması üçün şəxsi məlumatlardan istifadə məxfi məlumat üçün riski artırır, uzun mürəkkəb parollardan daha asan sındırılır.
Laçın özünümüdafiə batalyonu
Laçın ərazi özünümüdafiə batalyonu (kiril qraf. Лачын әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Laçın batalyonu — Qarabağ müharibəsində Laçın rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. De-yure 1 oktyabr 1991-ci il tarixindən 27 mart 1992-ci il tarixinə kimi mövcud olmuş batalyonun komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında birbaşa Müdafiə Nazirliyinə tabe olan 811 saylı Laçın əlahiddə dağ-atıcı alayı yaradılıb. == Yaranması == 1980-ci illərin sonlarından başlayaraq ermənilər Laçının kəndlərinə xırda hücumlar edib, yollara primitiv üsullarla hazırlanmış minalar basdırırdılar. Həmin vaxtlar rayon ərazisinin mühafizəsini təşkil edən Laçın rayon polisinin sayı yetərli olmadığından rayon rəhbərliyi Müdafiə Komitəsi yaradır. Müdafiə Komitəsinə rayon rəhbərliyinin göstərişi ilə inzibati bina, nəqliyyat və telefon vasitələri verilir. Beləliklə ilk Laçın könüllüləri polislə birgə sərhəd kəndlərdə yerləşən məntəqələrdə keşik çəkməyə başlayırlar. 1991-ci ilin sentyabr ayının sonlarında milli ordunun yaranacağı ilə bağlı söz-söhbətlərin ardınca Bakıdan cəbhə zonasında yerləşən rayonlardan bir neçə nəfərin seçilib Bakıya göndərilməsi göstərişi gəlir. Bakıda hərbi şəxslər tərəfindən o şəxslərin arasından rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirilir.
Ağdam özünümüdafiə batalyonu
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Axundov, Rizvan. Ağdamım canım qanım. Bakı: «Apostroff». 2015.
Beyləqan ərazi özünümüdafiə batalyonu
Beyləqan ərazi özünümüdafiə batalyonu (kiril qraf. Бејләган әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Beyləqan batalyonu — Qarabağ müharibəsində Beyləqan rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. == Yaranması == Beyləqan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə həmsərhəd olmasa da, həmin ərazilərə yaxınlığı ilə seçilir. Qarabağ münaqişəsinin ilk vaxtlarında XX əsrin 80-cı illərinin sonunda Beyləqan əhalisi, xüsusilə gənc nəsil könüllü qaydada döyüş bölgələrinə Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam, Laçınlarına üz tutur, orada yerli əhalinin özünümüdafiə dəstələrinə yardım edirlər. 1991-ci ilin oktyabr ayından etibarən respublikada milli müdafiə batalyonlarının yaradılmasına başlanılır. O dövrdə ancaq Dağlıq Qarabağ və Ermənistanla sərhəd rayonlarda özünümüdafiə batalyonların yardılmasına icazə verilir. Bu səbəblə Beyləqan kimi münaqişə ocağından nisbətən aralı rayonda batalyonun yaradılmasına Müdafiə Nazirliyi əmr verməmişdi. Lakin rayon rəhbərliyi, hərbi komissarlıq, xüsusilə rayon gəncləri belə bir batalyonun yaradılmasını arzulayır. 1991-ci ilin payızından etibarən Beyləqan əhalisi müdafiə məqsədilə lazımi hazırlıqlara başlayır, rayon ərazisində olan idarə, müəssisə və təşkilatlar yerli əhali ilə birlikdə batalyonların yaradılmasında iştirak edir, vəsait toplanır. 1991-ci ilin sonlarında Müdafiə Nazirliyinin nümayəndələri tez-tez Beyləqan rayonunda olur, rayon rəhbərliyi və hərbi komissarlığın nümayəndələri hər dəfə onlarla görüşdükdə rayonda könüllülərdən ibarət özünümüdafiə batalyonun yaradılması firkini irəli sürür və batalyon yaratmağa hazır olduqlarını bildirirlər.
Laçın ərazi özünümüdafiə batalyonu
Laçın ərazi özünümüdafiə batalyonu (kiril qraf. Лачын әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Laçın batalyonu — Qarabağ müharibəsində Laçın rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. De-yure 1 oktyabr 1991-ci il tarixindən 27 mart 1992-ci il tarixinə kimi mövcud olmuş batalyonun komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında birbaşa Müdafiə Nazirliyinə tabe olan 811 saylı Laçın əlahiddə dağ-atıcı alayı yaradılıb. == Yaranması == 1980-ci illərin sonlarından başlayaraq ermənilər Laçının kəndlərinə xırda hücumlar edib, yollara primitiv üsullarla hazırlanmış minalar basdırırdılar. Həmin vaxtlar rayon ərazisinin mühafizəsini təşkil edən Laçın rayon polisinin sayı yetərli olmadığından rayon rəhbərliyi Müdafiə Komitəsi yaradır. Müdafiə Komitəsinə rayon rəhbərliyinin göstərişi ilə inzibati bina, nəqliyyat və telefon vasitələri verilir. Beləliklə ilk Laçın könüllüləri polislə birgə sərhəd kəndlərdə yerləşən məntəqələrdə keşik çəkməyə başlayırlar. 1991-ci ilin sentyabr ayının sonlarında milli ordunun yaranacağı ilə bağlı söz-söhbətlərin ardınca Bakıdan cəbhə zonasında yerləşən rayonlardan bir neçə nəfərin seçilib Bakıya göndərilməsi göstərişi gəlir. Bakıda hərbi şəxslər tərəfindən o şəxslərin arasından rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirilir.
Qubadlı ərazi özünümüdafiə batalyonu
Qubadlı ərazi özünümüdafiə batalyonu və ya qısaca Qubadlı batalyonu (kiril qraf. Губадлы баталјону) — Qarabağ müharibəsində Qubadlı rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu.
Tərtər ərazi özünümüdafiə batalyonu
Tərtər Ərazi Özünü Müdafiə Batalyonu — Qarabağ müharibəsi başlayanda Ermənistanla qonşu olan rayonlarda olduğu kimi Tərtər rayonunda da rayonun müdafiəsini təşkil etmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Süleyman oğlu Hüseynovun təşkilatçılığı altında 12.11.1991-ci ildə MN-nin 813 sayli əmri ilə ilk hərbi hissələrindən biri olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonu yaradıldı. Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.11.1991-ci il tarixli əmri ilə Hüseynov Elman Süleyman oğlu Batalyonun komandiri , Pənah Ağamalı oğlu Məmmədov Batalyonun qərərgah rəisi təyin olunurlar. Qısa zaman ərzində 1992-ci ildə Ağdərənin 20 yaxın yaşayış məntəqəsi və Ağdərə şəhəri Tərtər Batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən təmizləndi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Batalyonun 200 yaxın döyüşçüsü qəhrəmancasına şəhid oldu,yüzlərlə döyüşçüsü əlil oldu. Batalyon hazırda Tərtərdə yerləşən MN-nin N saylı Hərbi hissəsi dislokasiya olduqdan sonra 1993-cü ildə əlahiddə h/h olaraq ləğv olundu. Batalyon iki döyüşçüsü : Batalyon komandiri Elman Hüseynov və Vəzir Orucov ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, onlarla döyüşçüsü Azərbaycanın Respublikasının müxtəlif orden medal və ali fəxri adlarına layiq görülmüşdür. Batalyonun keçdiyi rəşadətli döyüş yolu haqqında 2017-ci ildə rejissor Nizami Abbasın rejissorluğu ilə "Batalyon" sənədli filmi çəkilmişdir.
Şuşa ərazi özünümüdafiə batalyonu
Şuşa ərazi özünümüdafiə batalyonu (kiril qraf. Şuşa әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Şuşa batalyonu — Qarabağ müharibəsində Şuşa rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. 816 nömrəli Şuşa batalyonu 19 noyabr 1991 yaranmışdır. Batalyonda müxtəlif zabitlərim var idi. Amil Əhmədov, Əvəz Məmmədov, Əvəz Nəsirov, Xudayar Mirzəyev, İlham Əşrəfov.
Ağdam ərazi özünümüdafiə batalyonu
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Axundov, Rizvan. Ağdamım canım qanım. Bakı: «Apostroff». 2015.
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu

Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonlarının siyahısı
Bu siyahıda Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonları əks olunub. Mövcud gərgin vəziyyəti nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyi 1991-ci ilin sentyabr ayında cəbhə bölgəsində yerləşən rayonlarda özünümüdafiə batalyonlarının yaradılmasını qərara aldı. Bu məqsədlə hərbi şəxslər tərəfindən rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirildi. 1991-ci ilin oktyabr ayından etibarən Azərbaycanda özünümüdafiə batalyonları yaranmağa başladı. 14 fevral 1992-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayaz Mütəllibovun Qarabağ bölgəsi ərazisində vahid komandanlığın yaradılması haqqında əmriylə ərazi özünümüdafiə batalyonları və yerli müdafiə qüvvələrinin Tahir Əliyevə tabe edilməsi, general-mayor Dadaş Rzayevin isə mövcud hərbi bölmələrdən hərbi hissə təşkil etməsi əmr olundu. Bu əmrlə bağlı olaraq özünümüdafiə batalyonlarının bazasında hərbi hissələr təşkil edildi.

Digər lüğətlərdə