şahin-şunqar 2021

şahin-şunqar
şahin
şahincəsinə 2021
OBASTAN VİKİ
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Şunqar (Sulduz)
Şunqar (fars. شونقار‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (34 ailə).
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. == Həyat və yaradıcılığı == Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim, xeyriyyəçi; Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazılar Şurasının üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Mir Şahin
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Qara Şahin
Qara Şahin (ing. Black Hawk) - Şimali Amerika hindilərin başçısı, Sauk qəbiləsinin başçısı. Qara Şahin Sauk Sautenuk bölgəsində dünyaya gəlmişdir. O, Saket Foks qəbiləsinin başçısı olduğu müddətdə, ABŞ dövləti tərəfindən 1804-cü ildə İllinoys və Missisipi arasında qəbiləyə məxsus, ov ərazilərinin tərk edilməsi haqqında olan bəyanatı imzalamaqdan imtina etmişdir. 1812-ci il müharibəsində Qara Şahin Böyük Britaniyanın tərəfindən döyüşmüşdür. 1815-ci ildə Qara Şahin, ABŞ-la sülh müqaviləsi imzalamağa razı olur. Müqavilə imzalanandan sonra, müqaviləyə sonradan Sauk qəbiləsinin yaşadığı ərazilərdən çıxarılması barədə, bəndin əlavə olunmasından sonra, qiyama başlamışdır. ABŞ prezidenti Cekson Qara Şahinin üzərinə tam silahlanmış 3 tabor göndərmişdir. Tərəflər arasında yaşanan Qara Şahin döyüşündə hindular, dövrünə görə müasir silahlarla silahlanan Amerikan əsgərlərinə məğlub oldular. Sağ şəkildə tutulan Qara Şahin ətraf şəhərlərdə, təhqir edici formada bir neçə gün kütlə qarşısında nümayiş olunmuşdur.
Tülin Şahin
Tülin Şahin (d. 13 dekabr 1980, Odense)—Türk əsilli modelyer, aparıcı və aktrisa. Tülin Şahin Danimarkanın Odense şəhərində doğuldu və uşaqlığını orada keçirdi.
Yasəmən Şahin
Yasəmən Şahin (d. 25 iyun 1988) — Türkiyəni təmsil edən həndbolçu. Yasəmən Şahin, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Yasəmən Şahin, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Şahin Təhməzov
Şahin Təhməzov (1 oktyabr 1968, Zəngilan – 12 dekabr 2015, Naxçıvan) — Naxçıvan Ədliyyə nazirinin müavini, Naxçıvan Penitensiar xidmətin rəisi. 1 oktyabr 1968-ci ildə Zəngilan rayonunda anadan olub. Naxçıvan Dövlət Universitetini bitirib. Şahbuz rayon polis şöbəsinin rəisi olaraq fəaliyyət göstərib. Daha sonra isə Naxçıvan Ədliyyə nazirinin müavini və Naxçıvan Penitensiar xidmətin rəisi kimi vəzifələrdə çalışıb. Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə,ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təlfit edilib. Ailəli idi, 4 övladı var. 12 dekabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasında ürək tutmasından vəfat edib.
Şahin Zəkizadə
Şahin Həsən oğlu Zəkizadə (5 mart 1978, Bakı – 16 fevral 2017, Bakı) — Azərbaycanlı ssenarist və rejissor. Şahin Zəkizadə 5 mart 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Həsən Zəkizadə görkəmli aktyor və rejissor Əlisəttar Məlikovun nəvəsi idi. Həsən Zəkizadə uzun müddət müəllim və məktəb direktoru kimi çalışmışdır. Şahin məktəbi bitirəndən sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Müəllimi Tariyel Vəliyev olmuşdur. Daha sonra təhsilini Moskvada kino üzrə davam etdirmişdir. Rejissor fəaliyyətinə reklam və klip sahəsində başlamışdır. Azərbaycanın ən məşhur ifaçıları üçün kliplər çəkmişdir. Ən məşhurları Röya və Samir Cavadzadənin "Deyin ona", Elariz Məmmədoğlunun "Doroqa", Faiq Ağayevin "Sən elə bilirdin", tamamilə animasiyadan ibarət "Biləydin kaş", Tünzalə Ağayevanın "Gülbahar" mahnısı, Sevda Ələkbərzadənin "Salam Allahım" klipləri idi.
Şahin Ömərov
Şahin Ömərov (Ömərov Şahin Ənvər oğlu; 26 avqust 1968. Xırdapay, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ) — İqtisad elmləri namizədi. Xarkov Milli Radioelektronika Universitetinin iqtisadi kibernetika kafedrasının dosenti. “Xəzər Ltd” Firması Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru. Albaniya Respublikasının Xarkovda fəxri konsulu. Ömərov Şahin Ənvər oğlu 1968-ci il avqustun 26-da Azərbaycan Respublikasının Kürdəmir rayonunun Xırdapay kəndində qulluqçu ailəsində anadan olub. Məktəbi bitirəndən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir rayonundakı Təmir-Tikinti İdarəsində fəhlə işləyib. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. Ş.Ömərov 1988-ci ildə Xarkova gəlib, bir il sonra “mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi” ixtisası üzrə Xarkov Dövlət Dəmiryol Nəqliyyatı Akademiyasının iqtisad fakültəsinin qiyabi şöbəsinə daxil olub. Eyni zamanda Xarkov Elmi-Tədqiqat Dəqiq Maşınqayırma İnstitutunda (“Radiorele” Xarkov İstehsalat Birliyi) lifli-optik texnika üzrə konstruktor şöbəsində çilingər vəzifəsində çalışıb, 1990-cı ildə elə həmin institutun baza elmi-tədqiqat standartlaşdırma şöbəsinə mühəndis vəzifəsinə keçib.
Şahin İmranov
Şahin Səlim oğlu İmranov (23 sentyabr 1980, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2002-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. 2 dəfə Olimpiya Oyunları, 2 dəfə Dünya Çempionatı, 3 dəfə isə Avropa Çempionatında mübarizə aparan Şahin İmranov 2008-ci ildə Çində XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Şahin İmranov həmçinin 2002-ci ildə Perm şəhərində (Rusiya) və 2006-cı ildə Plovdiv şəhərində (Bolqarıstan) baş tutan Avropa Çempionatlarının gümüş medallarına sahib olub. Şahin İmranov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Şahin İmranov 2019-cu ildən gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisidir. Şahin İmranov 1980-ci il sentyabrın 23-də Sumqayıt şəhərində anadan olub. Əslən Göyçə (Sevan) mahalının Cil (Jil) qəsəbəsindən idi. 1987-1998-ci illərdə Sumqayıt şəhərində 3 nömrəli tam orta məjtəbdə təhsil alıb. 1998-2002-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında ali təhsil alıb.
Şahin İskəndərov
Şahin İsmayilov
İsmayılov Şahin Əmir oğlu (Keşişkənd, Qərbi Azərbaycan) — Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini (2019 — indiyədək), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sabiq sədri (2009–2018), Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sabiq üzvü (2012–2021), Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının sabiq üzvü (2013–2016). Şahin İsmayılov 7 fevral 1986-cı ildə anadan olmuşdur. İctimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlamışdır. 2002–2004-cü illərdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 84 saylı orta məktəbin Şagird Komitəsinin sədri kimi çalışmış, 2004–2008-ci illərdə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində fransaşünaslıq ixtisası üzrə bakalavr, 2008–2010-cu illərdə həmin ixtisas üzrə magistr təhsili almışdır. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqramına qəbul olmuşdur. Hal-hazırda həmin proqram üzrə təhsil alır. İngilis, Rus, Fransız, Alman dillərini bilir. Ailəlidir, iki övladı var. Şahin İsmayılov 2006–2009-cu illərdə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin Bakı Konfransı, Azərbaycan Respublikası Prezident seçkiləri, Güləş üzrə dünya çempionatında tərcüməçi, Gənclərin IV Məşğulluq Sammiti, Qılıncoynatma və Boks üzrə gənclər və yeniyetmələr arasında keçirilən dünya çempionatlarında təşkilat komitəsinin üzvü kimi çıxış etmişdir.
Şahin İsmayılov
İsmayılov Şahin Əmir oğlu (Keşişkənd, Qərbi Azərbaycan) — Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini (2019 — indiyədək), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sabiq sədri (2009–2018), Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sabiq üzvü (2012–2021), Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının sabiq üzvü (2013–2016). Şahin İsmayılov 7 fevral 1986-cı ildə anadan olmuşdur. İctimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlamışdır. 2002–2004-cü illərdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 84 saylı orta məktəbin Şagird Komitəsinin sədri kimi çalışmış, 2004–2008-ci illərdə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində fransaşünaslıq ixtisası üzrə bakalavr, 2008–2010-cu illərdə həmin ixtisas üzrə magistr təhsili almışdır. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqramına qəbul olmuşdur. Hal-hazırda həmin proqram üzrə təhsil alır. İngilis, Rus, Fransız, Alman dillərini bilir. Ailəlidir, iki övladı var. Şahin İsmayılov 2006–2009-cu illərdə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin Bakı Konfransı, Azərbaycan Respublikası Prezident seçkiləri, Güləş üzrə dünya çempionatında tərcüməçi, Gənclərin IV Məşğulluq Sammiti, Qılıncoynatma və Boks üzrə gənclər və yeniyetmələr arasında keçirilən dünya çempionatlarında təşkilat komitəsinin üzvü kimi çıxış etmişdir.
Şahin Şıxlinski
Şahin Şıxlinski — Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü. Şahin Mutvəli oğlu Şıxlinski 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur.1973-cu ildə orta məktəbə daxil olmuş, 1983-cu ildə isə təhsilini bitirmişdir. 1984-1986-cı illərdə Sovet ordusunda baş mexanik-sürücü, serjant vəzifəsində çalışmışdır. 1986-cı ildə “Sverdlovskqrajdanstroy” trestində calışmış, Komsomol Komitəsinin katibi vəzifəsinə seçilmişdir. Sonralar “E” İnşaatda Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995-ci ildə Yekaterinburq şəhərində Ural Dövlət Hüquq Akademiyasını bitirmiş, həmçinin bu Akademiyanın aspiranturasında təhsil alaraq elmi dərəcə əldə etmişdir. 1996-1999-cu illərdə “Prestij-Servis” İstehsalat Kommersiya Firmasının prezidenti olmuşdur. 2004-cu ildə Ümumrusiya Azərbaycan Konqresinin (UAK) Ural Rayon Şurasının sədri, 2004-cu ilin oktyabrında UAK-ın vitse-prezidenti seçilmişdir. 2007-ci il martın 10-da Avropa Azərbaycanlıları Konqresinin (AAK) II qurultayında vitse-prezident təyin olunmuşdur. Dünya azərbaycanlılarının I və II qurultaylarında nümayəndə, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin I və II qurultaylarında nümayəndə, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü seçilmişdir.
Fatma Şahin
Fatma Şahin (20 iyun 1966, Qaziantep) — türk siyasətçisi, Qaziantep Böyükşəhər bələdiyyəsi sədri. O, keçmiş Ailə və Sosial Siyasətlər naziri və Qaziantepin ilk qadın millət vəkilidir. Fatma Şahin Türkiyə Bələdiyyələr birliyinin (TBB) keçmiş sədri olmuşdur. == Həyatı == Fatma Şahin 20 iyun 1966-cı ildə Qaziantepdə anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə tamamlayıb. İstanbul Texniki Universitetinin Kimya-Metallurgiya fakültəsinin Kimya mühəndisliyi bölməsini bitirib. Özəl sektorda biznes mühəndisi və biznes meneceri vəzifələrində çalışıb. Türkiyə Böyük Millət Məclisinin XXII–XXIV çağırışları Qaziantep millət vəkili seçilib. Bundan əlavə, o, Qaziantep və bölgə üzrə ardıcıl olaraq 2 dövr millət vəkili olan ilk qadın millət vəkilidir. Millət vəkilliyi dönəmində Türkiyə-Avropa Birgə Parlament Komitəsinin üzvü vəzifəsində çalışıb.
Murat Şahin
Murat Şahin (4 fevral 1976, İstanbul) — Türkiyənin keçmiş futbolçusu və məşqçisidir. O, futbola həvəskar kimi İstanbulun "Göztepe Hilal Spor" klubunda başlayıb. 17 yaşında "Fənərbaxça" ya keçib, 18 yaşında peşəkarlığa çevrilib. O, 7 mövsüm keçirdiyi "Fənərbağça"da Engin İpekoğlu və Rüştü Reçberin ehtiyat oyunçusu olub. 1998/1999 mövsümündə fasilədə "Konyaspor"a yollanıb. Daha sonra sırasıyla Diyarbakırspor, Adanaspor, Çaykur Rizespor, Beşiktaş, Qaziantepspor və Kasımpaşa komandalarında forma geyinib. 1993-cü ildə Fənərbaxçanın infrastrukturuna transfer oldu. 1993–1994 mövsümündə Fənərbaxça A2 komandasında yer alıb. Növbəti mövsüm o, A komandasına yüksəldi. Bununla belə, Engin İpekoğlu və Rüştü Reçber kimi qapıçılardan sonra üçüncü qapıçı olub.
Şahin Hüseynov
Mustafa Şahin
Mustafa Şahin (3 fevral 1956, Malatya ili) — Türkiyə siyasətçisi. O, 12 iyun 2011-ci ildən Malatya millət vəkili kimi xidmət etmişdir və Ədalət və İnkişaf Partiyası (AKP) üzvüdür. Mustafa Şahin Malatya vilayətinin Toyqar kəndində Faiq və Bəsimə Şahinin oğlu olaraq anadan olmuşdur. İbtidai, orta və lisey təhsilini Malatyada bitirmişdir. Şahin İnönü Universitetini bitirmişdir. Evli, beş uşaq atasıdır. İngilis dilini yarı səlis səviyyədə bilir. Şahin 2011-ci il ümumi seçkilərində AK Partiyadan Malatya millət vəkili seçilmişdir. O, 2015-ci ilin iyununda və 2015-ci ilin noyabrında yenidən seçilmişdir.
Şahin Mirzəyev
Şahin Əyyub oğlu Mirzəyev (16 aprel 1968, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri (2023-cü ildən), general-mayor (2023). Şahin Əyyub oğlu Mirzəyev 16 aprel 1968-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. Şahin Mirzəyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 17 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Şahin Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib. Ailəlidir, 2 övladı var.
Şahin Qasımov
Şahin Zəkiyev
Şahin Zəkiyev (azərb. Şahin Zəkiyev‎; d. 11 iyun 1999) - Azərbaycan Premyer Liqasında Səbail fk-nun futbolçusu (qapıçı). == Klub karyerası == 18 aprel 2019-cu il tarixində Zəkiyev Azərbaycan Premyer Liqasında Keşlə futbol klubunda Qarabağ futbol klubu ilə oyunda debüt etmişdir.