şahmat
şahmatçılıq
OBASTAN VİKİ
Şahmatçı
Şahmatçı — İdmanın şahmat növü ilə məşğul olan şəxs.
Andraş Adoryan (şahmatçı)
Aydın Hüseynov (şahmatçı)
Aydın Hüseynov (31 avqust 1957, Batumi - 30 oktyabr 2003, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (1998). == Həyatı == Aydın «Burevestnik» klubda Vladimir Bağırovun qrupunda şahmatla məşğul olmağa başlayıb. Daha sonra Vladimir Makoqonovun qrupunda məşğul olub. Bütün şahmat karyerası boyunca Aydının məşqiçisi olmayıb. 1978-ci ildə idman ustası, 1995-ci ildə beynəlxalq usta, 1998-ci ildə isə beynəlxalq qrosmeyster titulunu qazanıb (Azərbaycan tarixində üçüncü qrosmeyster). 1991-1996-cı illər arasında Qatar Şahmat Federasiyasında məşqiçi kimi çalışıb. 2003-cü ilin 30 oktyabrında Bakı şəhərində vəfat edib. === Ailəsi === Həyat yoldaşı- Elmira Əliyeva 13 dəfə Azərbaycan çempionu, beynəlxalq usta, idman ustası titulunu qazanan ilk azərbaycanlı qadın Oğlu- Elmir Hüseynov beynəlxalq usta, Gənlər arasında Azərbaycan çempionu, 2007-ci ildə Şahmat üzrə Azərbaycan Çempionu == Naliyyətləti == Zaqafqaziya Çempionatı 1982- Zaqafqaziya Çempionatı (Gəncə), birinci yer 1984- Zaqafqaziya Çempionatı (Tbilisi), üçüncü yer 1983- «Urojay» Cəmiyylərin Çempionatı, birinci yer 1987- SSRİ Çempionatı (Tümen), ikinci yer 1988-SSRİ Çempionatı (Ujqorod), ikinci yer 1990-SSRİ Çempionatı (Herson), ikinci yer 1996- Azərbaycan Çempinatı (Bakı), birinci yer 1983– Beynəlxalq turnir (Bakı), ikinci yer 1984– Beynəlxalq turnir (Çexiya) , birinci yer 1988– Beynəlxalq turnir (Polşa), birinci yer 1994– Beynəlxalq turnir (Özbəkistan), ikinci yer 1997– Beynəlxalq turnir (Azərbaycan, Zuğulba), birinci-ikinci yer 1998– Beynəlxalq turnir (Türkiyə, Ankara), birinci-ikinci yer 1999– Beynəlxalq turnir (Yunanıstan, Afina), ikinci-dördüncü yer Aydın Hüseynov komanda turnirlərində Azərbaycanı demək olarki, 30 il təmsil edib: 1974 – SSRİ Spartakiada (məktəblər arası), birnci yer, birinci lövhə (7 oyundan 5.5 xal), Harri Kasparov ikinci lövhədə, komanda ikinci yer tutub 1990 – SSRİ Spartakiada, birinci yer ikinci lövhədə (9 oyundan 8 xal) Aydın 1979 və 1983-cü ildə SSRİ Spartakiadasında Azərbaycanı təmsil edib. Həmçinin 1998-ci ildə Elistada keçirilən 33-cü Şahmat Olimpiadasında və 1997-ci ildə Xorvatiyanın Pula şəhərində keçirilən Avropa Şahmat Çempionatında iştirak edib.
Azər Mirzəyev (şahmatçı)
Azər Tahir oğlu Mirzəyev (20 mart 1978, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == Azər Mirzəyev 1978-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri 7 yaşında Respublika Şahmat Məktəbinə gətiriblər və ilk məşqiçisi Bəhruz Qurbanov olub. İlk uğurunu 9 yaşında Bakı çempionu olanda qazanıb. == Naliyyətləri == 1995 və 2000-ci illərdə Azərbaycan çempionu olub. 2006-ci ildə Elqoybarda keçirilən turnirdə birinci yer tutmuşdur. İki dəfə (2008 və 2010) Azərbaycan yığmasının tərkibində Şahmat Olimpiadasında iştirak edib. 2009-cu ildə San Sebastianda keçirilən turnirdə birinci yer tutmuşdur. 2010-cu ildə Kalvidə keçirilən turnirdə birinci yer tutmuşdur. 2012-ci ildə Albacetedə keşirilən turnirdə birinci və ikinci yeri Omar Almeida Quintana ilə bölüşmüşdür.
Elmar Məhərrəmov (şahmatçı)
Elmar Məhərrəmov (doğ. 10 aprel 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri. Şahmat üzrə sonuncu SSRİ çempionatında (Moskva, 1991) Artaşes Minasyanla 1-2-ci yerləri bölüşdürmüş, lakin əlavə göstəricilərə görə ikinci olmuşdur. 1984-cü ildə Karpovla şahmat üzrə dünya birinciliyi uğrunda matçda Harri Kasparovun sekundantlarından biri olub. Qadınlar arasında 1991-ci il dünya çempionatında Maya Çiburdanidzeyə, 1993-cü il dünya çempionatında isə Nana İoselianiyə köməklik edib. 1992-ci ildə Sankt-Peterburq komandasının heyətində şahmat üzrə komandalararası Rusiya çempionu olub. Son illər BƏƏ-də məşqçi işləyir. Evlidir, iki oğlu var. Macarıstanlı beynəlxalq usta Tibor Karoyinin "Arxa plandakı dahi" (ing.
Faiq Həsənov (şahmatçı)
Faiq Həsənov (15 noyabr 1940, Kirovabad) — Azərbaycan şahmatçısı, şahmat hakimi və televiziya aparıcısı. O, Azərbaycanda şahmatın inkişafındakı xidmətlərinə görə Şöhrət Ordeni ilə mükafatlandırılıb. 2006-cı ildən Azərbaycan Şahmat Federasiyasının vitse prezidentidir. == Həyatı == 13 aprel 1940-cı ildə Gəncədə doğulub. 20 Sentyabr 2024-cü ildə Beynəlxalq Şahmat Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Namiq Quliyev (şahmatçı)
Namiq Quliyev (d. 13.02.1974, Beyləqan rayonunun Dünyamallar kəndi) — Azərbaycan şahmatçısı, qrosmeyster (2005). Üç dəfə Azərbaycan yığmasının tərkibində şahmat olimpiadalarında iştirak edib(1994, 2006, 2016). 1981-1989 illərdə Əlibala Şirinov adına Dünyamallar kənd orta məktəbi və Dünyamallar kənd 8-illik məktəbində, 1989-1991 illərdə isə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü 1 №-ли internat məktəbində (litsey) oxumuşdur. 1991-1996 illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil almışdır. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetində riyaziyyat üzrə olimpiadaların qalibi olmuşdur. 1999-2001 illərdə Dünyamallar kəndində, 2001-2003 illərdə isə Bakıda şahmat məktəbində məşqçi müəllim işləmişdir. 2003 ildən Fransada professional şahmatçı və şahmat üzrə məşqçi işləyir. 2003-cü ildə Bischwiller-də keçirilən turnirdə birinci yeri tutub. 2005-ci ildə Béthune-də keçirilən turnirdə Oleg Korneev, Andrei Sokolov and Azər Mirzəyev ilə 1-4-cü yerləri bölüşüb.
Nicat Məmmədov (şahmatçı)
Nicat Məmmədov (azərb. Nicat Məmmədov‎; 2 aprel 1985, Naxçıvan) — Azərbaycanlı şahmatçı, qrosmeyster (2006). 2 aprel 1985-ci ildə Naxçıvanda anadan olub.
Rauf Məmmədov (şahmatçı)
Rauf Məmmədov (26 aprel 1988, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2004), üç qat Azərbaycan Şahmat Çempionatının qalibi (2004, 2006 [mənbə göstərin], 2008, 2015). Şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildə qrosmeyster olub. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qızıl medal, daha öncə 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə oynamışdır. 2009-cu ildə Rauf Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuri Kuzubov və Dmitri Andreykinlə 1–3-cü yerləri bölüşdürmüşdür. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olmuşdur. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibi olmuşdur. Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur (2004, 2006[mənbə göstərin], 2008, 2015). Rauf 2015 və 2016-cı ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin iştirakçısı olmuşdur. FIDE Chess Profile Rauf Mamedov.
Rəsul İbrahimov (şahmatçı)
Rəsul İbrahimov (doğ. 13 avqust 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq qrosmeyster (2008). O, kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində Olimpiada (2002, 2004) və Avropa (1999, 2001, 2003) çempionatlarının iştirakçısı olub. FIDE Chess profili Rasul Ibrahimov. Chess-DB.com Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine (ing.) Rasul Ibrahimov. Chessgames.com (ing.) Rasul Ibrahimov.
Rəşad Babayev (şahmatçı)
Rəşad Babayev (3 sentyabr 1981, Bakı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan yığmasının məşqçisidi. Rəşad Babayev 1981-ci il sentyabrın 3-də Bakıda anadan olub. 7 yaşından "Həmkarlar İttifaqı" adlı Bakı şahmat məktəbində məşğul olmağa başlayıb. Şahmat oynamağı atasından öyrənmişdi. 2009-cu ilin aprel ayında Babayev 2535 reytinqinə malik idi və FİDE aktiv şahmatçıların reytinq cədvəlində 491-ci yeri tuturdu. Avropanın aktiv şahmatçıların reytinq cədvəlində 400-cü yer, milli reytinqində 11-ci yerdə qərarlaşmışdır. Dəfələrlə Avropa çempionatlarının iştirakçısı olmuşdur Dubay şəhərində beynəlxalq turnirdə — 2-ci yer, 1999-cu il. İranda keçirilən "Gilan Scheveningen" beynəlxalq turnirdə — 2-ci yer, 2006-cı il Rusiyanın Tula şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 2–3-cü yerlər, 2007-ci il. Rusiyanın Kireyevsk şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 1–2-ci yerlər, 2007-ci il.
Vladimir Bağırov (şahmatçı)
Vladimir Bağırov (erm. Վլադիմիր Կոնստանտինի Բաղիրյան, rus. лади́мир Константи́нович Баги́ров, 16 avqust 1936 Bakı- 21 iyul 2000 Finlandiya) Sovet-Latviya qrosmeysteri, şahmat müəllifi və məşqiçisi. Bağırov on dəfə SSRİ çempionatında oynayıb (ən yaxşı nəticəsi 1960-cı ildə 4-cü yer). 1998-ci ildə veteranlar arasında dünya çempionu olub. Turnirdə oynayarkən infarkt keçirib və vəfat edib.
Əhməd Əhmədzadə (şahmatçı)
Əhməd Samir oğlu Əhmədzadə (13 dekabr 2004, Bakı) ― azərbaycanlı şahmatçı, beynəlxalq usta (2019). Aşağı yaş qruplarında üçqat Azərbaycan çempionu (2015, 2016, 2018), 16 yaşadək yeniyetmələr arasında Olimpiya çempionu (2019). 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Təhsilini T. İsmayılov adına 6 nömrəli məktəb-liseydə davam etdirir. Şahmatla 2011-ci ildə, 6 yaşındaykən məşğul olmaya başlayıb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində təlim alıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub. 2012-ci ildə birinci şahmat dərəcəsini alıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) titullarına layiq görülüb. 2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilən məktəblilər arasında Avropa Çempionatında 2-ci yer qazanıb.
Azərbaycan şahmatçılarının siyahısı
Azərbaycan şahmatçılarının siyahısı — Azərbaycanın titul sahibi şahmatçı və şahmat məşqçilərinin siyahısı. == Azərbaycanda şahmatın tarixi == === Erkən dövrlər === Azərbaycanda şahmatın tarixi orta əsrlərə gedib çatır. Bu oyun növü barədə məlumatlara XII əsrdə Xaqani Şirvani və Nizami Gəncəvi, XIV əsrdə İmaməddin Nəsimi, XVI əsrdə Məhəmməd Füzuli kimi müəlliflərin əsərlərində rast gəlmək mümkündür. 1864-cü ildə isə Mirzə Fətəli Axundov yazdığı "Şatranjın oyunu" əsərində oyunun qaydalarını izah edir. Həmin dövrlərdən bir çox Azərbaycanlı mütəfəkkirlər şahmatla məşğul olmuşlar. İlk görkəmli Azərbaycan şahmatçısı kimi IX əsrdə yaşamış Cəlaləddin Naxçıvaninin adı çəkilir. Azərbaycanda şahmat kişilərlə yanaşı qadınlar arasında da yayılmışdı. Məhsəti Gəncəvi Azərbaycanın ilk qadın şahmatçısı hesab edilir. Aleksandr Düma isə öz yazılarında Xurşidbanu Natəvanla şahmat oynamağı və onun yüksək zəkası barədə qeyd edib. === SSRİ dövrü === Azərbaycanda şahmatın mütəşəkkil formada kütlələr arasında yayılması XX əsrin 20-ci illərindən başlayır.
Azərbaycanlı şahmatçılarının siyahısı
Azərbaycan şahmatçılarının siyahısı — Azərbaycanın titul sahibi şahmatçı və şahmat məşqçilərinin siyahısı. == Azərbaycanda şahmatın tarixi == === Erkən dövrlər === Azərbaycanda şahmatın tarixi orta əsrlərə gedib çatır. Bu oyun növü barədə məlumatlara XII əsrdə Xaqani Şirvani və Nizami Gəncəvi, XIV əsrdə İmaməddin Nəsimi, XVI əsrdə Məhəmməd Füzuli kimi müəlliflərin əsərlərində rast gəlmək mümkündür. 1864-cü ildə isə Mirzə Fətəli Axundov yazdığı "Şatranjın oyunu" əsərində oyunun qaydalarını izah edir. Həmin dövrlərdən bir çox Azərbaycanlı mütəfəkkirlər şahmatla məşğul olmuşlar. İlk görkəmli Azərbaycan şahmatçısı kimi IX əsrdə yaşamış Cəlaləddin Naxçıvaninin adı çəkilir. Azərbaycanda şahmat kişilərlə yanaşı qadınlar arasında da yayılmışdı. Məhsəti Gəncəvi Azərbaycanın ilk qadın şahmatçısı hesab edilir. Aleksandr Düma isə öz yazılarında Xurşidbanu Natəvanla şahmat oynamağı və onun yüksək zəkası barədə qeyd edib. === SSRİ dövrü === Azərbaycanda şahmatın mütəşəkkil formada kütlələr arasında yayılması XX əsrin 20-ci illərindən başlayır.

Digər lüğətlərdə