Şahı
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi.
Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi.
Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi.
1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər
sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb
olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin
edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr.
olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu.
Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda
yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.