Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Put-opsion
Çarli Put
Çarli Put (2 dekabr 1991) — ABŞ- müğənnisi. Öz məşhurluğunu YouTubeda qazanmışdır. Ən yaxşı çıxışını Forsaj 7 filminin sinqlları arasında yer tutan Pol Volkerə həsr olunmuş See You Again ilə əldə etmişdir. Sinql beynəlxalq uğur da əldə etmişdir. Avstraliya, Belçika, İsveç, Kanada, Almaniya, İtaliya, İsveçrə və ABŞ-də bir nömrə olmuşdur.
Puta
Puta — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir. Qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cu illərdə sənaye mərkəzi olmuşdur. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur. Puta qəsəbəsi ərazisində iri sənaye müəssisələri və böyük özəl qurumlar vardır. Bunlar Qaz Emalı Zavodu, Qaradağ Neft Kəmərləri İdarəsi, “Bakı-Ağırlaşdırıcılar” ASC, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Zavodu, “Puta-Əyrici” ASC, “Puta-Nəqliyyat-2” ASC, “Azturqaz” Müştərək Müəssisəsi, “Pakan LTD” MMC (Yuyucu məhsulların istehsalı), “Vembley Developments of Azerbajan ” Şirkətinin “Kaliforniya” qapalı mehmanxanası, “Azmeko Kompani” QSC-nin Metanol Zavodu, “Xəzər-Boru” MMC-nin Boru Prokat Zavodu, “Karvan-L” Boya İstehsalı Şirkəti. Bundan əlavə “BP-Azərbaycan” Şirkətinin podryadçı təşkilatları: “Riqblast” (RGB) Şirkəti, “BSL Enerji Servis” LTD, “Vord Vayd Pover Solüşın” Şirkətiş, “Aras LTD” MMC, “ATR Grup-Bridon”, “Vartsil”, “PSC”, “Azloqistik”, “ABB” Şirkətləridir. Puta qəsəbəsinin ərazisində hal-hazırda tikilməkdə olan “AzMeCo” QSC – nin Azərbaycan Metanol Zavodu, “Xəzər – Boru” MMC-nin Boru – Prokat zavodu və s.
Kavah Putih
Kavah Putih (Bəyaz Krater) Bandunq şəhərinin təxminən 50 km cənubundakı vulkanik kraterdə yerləşən heyranedici bir krater göl və turistik yer. Kavah Putih Arxivləşdirilib 2018-02-18 at the Wayback Machine gölü Andesitik stratovolkano tipli ( "mürəkkəb" vulkan) Patuha dağını bəzəyən iki kraterdən biridir. Patuha dağı Yavadakı çox sayda vulkanlardan biridir. Kavah Putih krater gölü özü 1600-cü ildən etibarən əhəmiyyətli fəaliyyət göstərməməsi ilə nisbətən sabit bir vulkan sistemini təmsil edir. Ərazi 1987-ci ildə bir turizm yeri olaraq açılmış və çox sayda ziyarətçini cəlb etmişdir.Göl dəniz səviyyəsindən 2 min 430 metr yüksəkdir, belə ki, yerli iqlim çox vaxt olduqca soyuq olur (temperatur 10 dərəcə selsi ətrafında olur). Burda şimalda Yava düzənliyi və paytaxt Cakartada olan nəmlikdən daha sürətli dəyişiklik olur.Kavah Putih kükürdün konsentrasiyasına və istiliyin və ya oksidləşmə vəziyyətinə əsaslanaraq göyümtov yaşıl və ya qəhvəyi rəngə dəyişən böyük ölçüdə yüksək turşulu gölə çevrilə bilir. Göl ətrafını əhatə edən qaya və qayalar asidik göl suları ilə qarşılıqlı əlaqəsi sayəsində də ağ rənglərə çevrilmişdir (isti mineral yağışla birlikdə) == Tarixi == İlk dəfə qərb dünyasında Bandunqun şimalı yaxınlığında yerləşən Lembanqda 1856-cı ildə ölən alman botaniki Dr. Franz Vilhelm Cunqhuhn tərəfindən 1837-ci ildə sənədləşdirilən bu ərazi onun tərəfindən bir çox tədqiqatlar aparılmışdır.O zamanlar ərazinin tarixi ilə bağlı müxtəlif yerli hekayələr var idi. Quşların bölgəyə yaxın uçmaq istəmədikləri bu bölgədə kəndlilər göl ətrafındakı meşəni ürkütücü və bir qədər sirli olaraq qiymətləndirmək istəmişlər. Bu hekayələri Dr.
Mastigion putidum
Bulbophyllum putidum (lat. Bulbophyllum putidum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Sinonim == Cirrhopetalum putidum Teijsm. & Binn. Mastigion putidum (Teijsm.
Muhammad Puteh
Muhammad Syafiq Puteh (20 oktyabr 1995, Perak) — Malayziyalı suya tullanan. Muhammad Puteh Malayziyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Muhammad Puteh birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 283.20 xal toplayaraq 33-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Muntiacus putaoensis
Muntiacus putaoensis (lat. Muntiacus putaoensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin muntjak cinsinə aid heyvan növü.
Pooriə Putək
Pooriə Putək (27 iyun 1991-ci il)— iranlı reper, bəstəkar, prodüser, YouTuber və etiket sahibidir. Pooria Arab 27 iyul 1991-ci ildə Tehran, İranda anadan olub. Məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Pooria məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Tehran şəhərində iki aylıq hərbi təhsilini başa vurduqdan sonra Pooria Tehranın İnformasiya Mühafizəsi Mərkəzinə silah təchizatı şöbəsinə köçürüldü. beş ay sonra Pooria ordunu tərk edir və daha sonra, 2012-ci ildə sinir sistemi xəstəliyi səbəbindən hərbi xidmətə girə bilməməsinin rəsmi təsdiqini alır. Purianın atası oğlunu siyasi mövzular və İrandakı mövcud rejimin ümumi narazılığı ilə əlaqəli təhlükələrdən qorumaq üçün onu ali təhsil almaq üçün xaricə göndərmək qərarına gəlir. Həmin illərdə Putak İranın underground rep cəmiyyətinə Həmid Manfinin prodüseri olduğu "Nasakh" adlı ilk albomunu təqdim edir.
Proprioseiopsis putmani
Proprioseiopsis putmani (lat. Proprioseiopsis putmani) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis putmani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Proprioseiopsis putrephilus
Proprioseiopsis putrephilus (lat. Proprioseiopsis putrephilus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis putrephilus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Puta bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Puta qəsəbəsi
Puta — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir. Qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cu illərdə sənaye mərkəzi olmuşdur. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur. Puta qəsəbəsi ərazisində iri sənaye müəssisələri və böyük özəl qurumlar vardır. Bunlar Qaz Emalı Zavodu, Qaradağ Neft Kəmərləri İdarəsi, “Bakı-Ağırlaşdırıcılar” ASC, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Zavodu, “Puta-Əyrici” ASC, “Puta-Nəqliyyat-2” ASC, “Azturqaz” Müştərək Müəssisəsi, “Pakan LTD” MMC (Yuyucu məhsulların istehsalı), “Vembley Developments of Azerbajan ” Şirkətinin “Kaliforniya” qapalı mehmanxanası, “Azmeko Kompani” QSC-nin Metanol Zavodu, “Xəzər-Boru” MMC-nin Boru Prokat Zavodu, “Karvan-L” Boya İstehsalı Şirkəti. Bundan əlavə “BP-Azərbaycan” Şirkətinin podryadçı təşkilatları: “Riqblast” (RGB) Şirkəti, “BSL Enerji Servis” LTD, “Vord Vayd Pover Solüşın” Şirkətiş, “Aras LTD” MMC, “ATR Grup-Bridon”, “Vartsil”, “PSC”, “Azloqistik”, “ABB” Şirkətləridir. Puta qəsəbəsinin ərazisində hal-hazırda tikilməkdə olan “AzMeCo” QSC – nin Azərbaycan Metanol Zavodu, “Xəzər – Boru” MMC-nin Boru – Prokat zavodu və s.
Putifar
Putifar (ivr: פוטיפר “Potipar”, yun: Πετεφρής “Petefris”, arb: بوتيفار “Butifar” və ya “Futifar”) — Tövrata görə, fironlar dövründə yaşamış fironun xidmətində mühafizə qüvvələrinin rəhbəri olmuş dövlət adamıdır. Adı ilk dəfə Tövratın Təkvin (Yaradılış) kitabının 37-ci babının sonunda xatırlanır. Hekayəsinin davamı eyni kitabın 39-cu babından başlayaraq deyilir. Putifar Züleyxa ilə evlidir. Yusif peyğəmbəri qul bazarından satın almış və xidmətində böyütmüşdür.
Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Putin — xuylo!
Putin — xuylo! (ukr. Пу́тін — хуйло́) — Rusiya Federasiyasının Prezidenti Vladimir Putini ələ salan ukraynca və rusca mahnı-şüar. İlk dəfə 30 mart 2014-cü ildə Ukraynanın "Metallist" və "Şaxtyor" futbol klublarının radikal azarkeşləri tərəfindən ifa olunub. 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində geniş yayılmış və müxtəlif variasiyaları yaranmışdır. İfadə Vladimir Putin siyasətinin həm Ukraynadakı, həm də onun hüdudları xaricindəki əleyhdarları arasında populyarlıq qazanıb. Mutterlandpop. Lokale Markierung und Entgrenzung musikalischer. Darbietungen auf ukrainischen Feiertagen (PDF) // Speaking in Tongues: Pop lokal global. Beiträge zur Popularmusikforschung, Vol.
Putorana
Putorana — Orta Sibir yaylasının şimalında yerləşən, güçlü şəkildə parçalanmış dağ massivi. Platonun şimal və qərb hissəsi üçün hündürlüyü 800 m olan sərt sıldırımlı zirvələr hakim olduğu halda cənub hissəsi hamar təpəli yamaclara sahibdir. Platonun maksimal hündürlüyü 1701 metrdir. Hündür zirvələri: Kamen dağı (1701 m), Xolokit (1542 m), Kotuyskaya (1510 m). plato şimaldan taymır yarıması ilə sərhədlənir. Putarana sözü evenk dilindən tərcümədə «sıldırımlı sahilləri olan göl» mənasını verir.. Platonun ümumi sahəsi 250 min km²-dir (Böyük Britaniyanın ərazisinə bərabərdir). Plato ərazisində yerləşən Putorana qoruğu 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. İnzibati cəhətdən plato Krasnoyarsk diyarının Taymır və Evenk rayonları ərazisinə daxildir. Ən yaxın iri yaşayış məntəqəsi Norilsk şəhəridir.
Putorana qoruğu
Putorana Dövlət Təbiət Qoruğu — Putorana platosu daxilində, Orta Sibir yaylasında Taymır yarımadasının cənubunda yerləşir. Qoruğun ərazisi 1 887 251 ha-dır ki, bununda 1 773 300 ha ərazisi qorunandır. Qoruq 15 dekabr 1988-ci ildə təsis edilmişdir. Qoruğun cəmi 28 işçisi vardır. İnzibati cəhətdən qoruq Norilsk (Krasnoyarsk diyarı) ərazisində yerləşir. 30 mart 2013-cü ildə Böyük Arktika qoruğu ilə birlikdə «Taymır qoruğu» ilə birləşmişdir. Qoruğun yaradılmasında əsas hədəflər: Dağ-göl-meşə lanşaftının qorunması; Özünəməxsus bitki aləminin qorunması; Nadir heyvanların qorunması (Xüsusi ilə Qar qoyununun Putoran yarımnövünün qorunması. Yarımnöv SSRİ və Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.); Dünyada ən böyük Şimal maralı papulyasiyasının qorunub artırılması. Bu canlıların qışlağı qoruq ərazisində yerləşir. Qoruğun ərazisi 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Putoşan adası
Putoşan adası və ya Puto adası (çin. 普陀山) — Çinin cənub-şərqində yerləşən ada. Ada Çjouşan arxipelaqına daxildir. Şanxaydan cənub-şərqdə, Xançjouvan körfəzinin girəcəyindədir. İnzibati baxımdan Çinin Çjetszyan vilayəti ərazisinə daxildir. Adada çoxlu sayda məşhur tapınaqlar vardır. Çində buddizmin mərkəzlərindən sayılır. Burad mövcud olan, buddizmə görə müqəddəs sayılan dörd dağdan biri yerləşir:Utayşan, Szyuxuaşan və Emeyşan. «Puto» adı isə «Potalaka» ilə bağlıdır. Dalay lamanın keçmiş iqamətgahı Potala adlanırdı.
Putqni məbədi
Putqni yaxud Putqun məbədi (erm. Պտղնավանք yaxud erm. Պտղնի Վանք) — Qırxbulaq mahalında, Ellər (12 oktyabr 1961-ci ildən — Abovyan) rayonunun Putqun/Putqni kəndində VI əsrin sonları — VII əsrin əvvəllərinə aid qədim türk məbədi. Eni 13,7 m, uzunluğu 29,9 m olan dördkünclü bu bazilika bölgədə qədim türk mədəniyyətinin parlaq nümunələrindəndir. Lakin təəssüf ki, VI–VII əsrlərdə Cənubi Qafqazda, о cümlədən Qərbi Azərbaycanda izi-tozu belə olmayan haylar bu gün başqa abidələrimiz kimi, bu abidəmizi də özlərinə çıxmaqda davam edirlər. Halbuki abidənin adı da onun türklərə — Qun//Hun budununa (boyuna) məxsusluğunu aydın göstərir. Putqni kəndinə ermənilərin ilk gəlişi XVIII əsrə təsadüf edir. Ə. Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, В., 2002, səh.631–632.
Putqun (Putqni) məbədi
Putqni yaxud Putqun məbədi (erm. Պտղնավանք yaxud erm. Պտղնի Վանք) — Qırxbulaq mahalında, Ellər (12 oktyabr 1961-ci ildən — Abovyan) rayonunun Putqun/Putqni kəndində VI əsrin sonları — VII əsrin əvvəllərinə aid qədim türk məbədi. Eni 13,7 m, uzunluğu 29,9 m olan dördkünclü bu bazilika bölgədə qədim türk mədəniyyətinin parlaq nümunələrindəndir. Lakin təəssüf ki, VI–VII əsrlərdə Cənubi Qafqazda, о cümlədən Qərbi Azərbaycanda izi-tozu belə olmayan haylar bu gün başqa abidələrimiz kimi, bu abidəmizi də özlərinə çıxmaqda davam edirlər. Halbuki abidənin adı da onun türklərə — Qun//Hun budununa (boyuna) məxsusluğunu aydın göstərir. Putqni kəndinə ermənilərin ilk gəlişi XVIII əsrə təsadüf edir. Ə. Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, В., 2002, səh.631–632.
Putra məscidi
Putra məscidi (malay Masjid Putra) — Malayziyanın yeni inzibati mərkəzi olan Putracayada yerləşən əsas məscid. Məscidin tikintisinə 1997-ci ildə başlanıldı və tamamlama işləri iki ildən sonra başa çatdı. Məscid Malayziyanın Baş Nazirinin iqamətgahı olan Perdana Putra və süni yarasdılmış Putracaya gölünün yaxınlığında yerləşir. Məscidin qarşısında Malayziya ştatlarının bayraqlarının dalğalandığı böyük meydan yerləşir. Məscidin xarici görünüşünün dizaynına Şeyx Ömər məscidi (Bağdad) və İkinci Həsən məscidinin (Kasablanka) dizaynı güclü təsir göstərib. Məscidin bünövrəsini təşkil edən divarlar İkinci Həsən məscidinin divarlarını xatırladır. Məscidin minarəsinin dizaynına isə Bağdadda yerləşən Şeyx Ömər məscidinin minarəsinin dizaynı təsir göstərib. Məscidin əsas materialı kimi çəhrayı qranitdən istifadə olunub. Məscid üç əsas funksional ərazidən ibarətdir: ibadət zalı, həyət və müxtəlif öyrənmə zalları və otaqlar. İbadət zalı və baş günbəz 12 sütunun köməyi ilə saxlanır.
Putracaya
Putracaya (Putrajaya: putra — şahzadə, jaya — şərəfli) — Malayziyanın yeni inzibati mərkəzi. Paytaxt Kuala-Lumpurdan 20 km cənubda yerləşir. Əsası 19 oktyabr 1995-ci ildə qoyulub. 1999-cu ildən Baş Nazirin və hökumətin iqamətgahı burada yerləşir. Şəhər Malayziyanın birinci baş naziri Tunku Əbdül Rəhman Putranın şərəfinə adlandırılıb. Василий Бабуров.
Putranjivaceae
Putranjivaceae (lat. Putranjivaceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Putumayo
Putumayo — Cənubi Amerika ərazisindən axan çay. Böyük hissəsi Braziliyanın şimaı-qərbində yerləşir. Yuxarı axarları isə Kolumbiya, Peru və Ekvador ərazisindən axır. Uzunluğu 1800 km təşkil edir. Şimal-qərbdən cənub-şərqə axır. İri qollara sahibdir. Amazon çayının sol qolunu təşkil edir. Bolsululuq dövrü oktyabrdan aprel-may ayına qədər uzanır.
Putumayo (departament)
Putumayo (isp. Putumayo) — Kolumbiyanın departamentlərindən biri, ölkənin cənubi-qərbində yerləşir. İnzibati mərkəzi Mokoa şəhəridir.
Putyatin adası
Putyatin adası — Yapon dənizinə daxil olan Böyük Pyotr körfəzində yerləşən ada. Vladivostokdan 50 km cənub-şərqdə, Nxodkadan isə 35 km qərbdə yerləşir. Rus generalı və siyası xadimi olan Evfimiy Vasileviç Putratinin şərəfinə adlandırılmışdır. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən adada 1133 nəfər; 2005-ci ildə — 1058 nəfər; 2010-cu ildə isə 994 nəfər yaşayır. Adada bir yaşayış məntəqəsi vardır. Adada yaşayan büetün əhali burada cəmləşmişdir. 1891-ci ilsdə adanının bir hssəsini tacir Aleksey Dmitrieviç Starsev satın alır. O, dekabrist Nikolay Aleksandroviç Bestuujevin oğlu idi. Adanın 1000 desyantin sahəsi ona məxsus olur.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
PTT
PTT (tr:Posta, Telgraf , Telefon). Türkiyə Respublikası məktub vahidi. Poçt və Teleqraf Təşkilatı və ya qısaca PTT, Türkiyənin poçt təşkilatıdır və onun ümumi müdirliyi funksiyasını yerinə yetirir. 2013-cü ilin may ayında Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən layihə ilə Poçt və Teleqraf Təşkilatı Anonim Cəmiyyəti oldu. 6 fevral 2017-ci il tarixdə dərc edilən fərmanla dövlətə məxsus bütün payların Türkiyə Sərvət Fonduna verilməsi qərara alınıb. İlk poçt təşkilatı, Osmanlı İmperiyasının bütün xalqlarının və xaricilərin poçt ehtiyaclarını ödəmək üçün Tənzimat Fərmanı ilə gedən inkişaflar nəticəsində 23 oktyabr 1840-cı ildə Nazirlik olaraq quruldu. İlk poçt şöbəsi İstanbulda Yeni Məscidin həyətində Postahane-i Əmirə adı ilə açıldı. İlk məmurlar Süleyman Ağa və kolleksiyaçı Sofyalı Ağyazar türkcədən kənar yazılan göndərişlərin ünvanlarını tərcümə etmək üçün tərcüməçi təyin edildi. 1843-cü ildə teleqrafın ixtirasından sonra 11 il sonra Türkiyədə teleqraf xidməti fəaliyyətə başladı və bu xidməti nizam-intizam etmək üçün 1855-ci ildə ayrıca Teleqraf Müdirliyi yaradıldı. 1871-ci ildə Poçt Nazirliyi və Teleqraf İdarəsi birləşdirilərək Poçt və Teleqraf Nazirliyinə çevrildi.
PUA
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Prut
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Pud
Pud — çəki ölçü vahidi. Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV–XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir. Pullar iki formada ola bilər: nağd nağdsız Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır.
Putç
Putç (alm. Putsch‎) və ya hərbi çevriliş — bir ölkədə silahlı qüvvələrin təmsilçilərinin silah gücü ilə ölkə idarəetməsini ələ keçirməsi. Adətən , hökümətin iqtisadi və sosial problemləri həll etməkdə aciz olduğu iddiası hərbi çevrilişin əsas səbəbi kimiqeyd edilir. Çevrilişi həyata keçirən zabitlər bir qayda olaraq ordunun hərəkətlərinə qərəzsiz qalmaq fürsətindən istifadə edərək hakimiyyəti ələ keçirir və lideri devirir; radio, TV kimi rabitə kanallarını zəbt edərək dövlət idarələri üzərində səlahiyyət yaradır, elektrik stansiyaları və bir çox qurum kimi əsas infrastruktur obyektlərinə nəzarət edirlər.
Qut
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyatverici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə, xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
E-pul
Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər. Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır. Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir. Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər. Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.
Elektron pul
Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər. Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır. Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir. Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər. Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.
Eliu Rut
Eliu Rut (15 fevral 1845[…] – 7 fevral 1937[…], Nyu-York, Nyu-York ştatı) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi. Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır, bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət də verib. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçilərək, 1909–1915-ci illərdə bu vəzifəni icra edib. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi.
Girdəmeyvə cut
Girdəmeyvə cut (lat. Corchorus capsularis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Corchorus cordifolius Salisb. === Heterotipik sinonimləri === Corchorus marua Buch.-Ham. Rhizanota cannabina Lour. ex Gomes Mach.
I İput
I İput və ya İpvt (e. ə. XXIV əsr – e.ə. 2337) — (Misirin altıncı sülaləsi, Qədim Krallıq) Antik Misirin şahzadəsi və kraliçasıdır. Firon Tetinin yoldaşıdır. == Həyatı == İput firon Unasın qızı və şahzadə Unas-ankın bacısıdır. Nebet ya da Kenut İputun anasıdır. Şahzadə İput Teti ilə evləndi və Misir şahzadəsi oldu. Onların uşaqları: I Pepi (firon) Nebkauhor (şahzadə) Seşeşet Waatetkethor (şahzadə) Seşeşet Idut (şahzadə) Seşeşet Nubketnebti (şahzadə) Seşeşet Sator (şahzadə) == İputun digər adları == Kralın qızı Tanrının kızı Kralın yoldaşı Kralın anası == Bibliyoqrafiya == Dodson, Aidan ve Hilton, Dyan. The Complete Royal Families of Ancient Egypt.
Katrin Pul
Katrin Pul (d. 4 aprel 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Katrin Pul 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katrin Pul 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kağız pul
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Kut adası
Kut adası-(Ко Кут, Ко Куд, ing. Ko Kud или ing. Koh Kood, tay เกาะกูด)- Siam körfəzinin adası olub, Kambodjı əyalətinə Trat regionuna daxildir. == Coğrafi mövqeyi == Regionun ən az əhali məskunlaşmış adası hesab edilir. Maki adası ilə birlikdə şimalda yerləşir. Adanın əhalisi 2007-ci ilin statistik məlumatlarına görə 1715 nəfərdir. Sahəsi isə 131 кm²-dir. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Jüt (lif)
Jüt — eyni cinsdən olan bitkilərdən hazırlanmış təbii tekstil lifi. Bu liflərdən əsasən torbalar, iplər, müdaxilə izolyasiyası istehsal olunur.