ŞİBYƏ

I
сущ. бот.
1. лишайник (низшее растение, состоящее из гриба и водоросли, образующих вместе один организм; растёт на камнях, на коре деревьев, на земле). Yarpaqşəkilli şibyə листоватый лишайник, kisəli şibyələr сумчатые лишайники, kolşəkilli şibyə кустистый лишайник, selikli şibyələr слизистые лишайники, tozanaq şibyə порошистый лишайник
2. ягель (лишайник, служащий основной пищей для северных оленей зимой)
II
прил.
1. лишайниковый. Şibyə mannası лишайниковая манна, şibyə turşuları лишайниковые кислоты
2. ягельный
ŞİBER
ŞİBYƏLİ
OBASTAN VİKİ
Şibyə
Şibyələr (lat. Lichenes). Bu qrupa 400 cins-13000-ə yaxın növ daxildir. Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində daha çox olur. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır.
Açıqalın şibyəyeyən
Açıqalın şibyəyeyən və ya Qayalıq şibyəyeyəni (lat. P.murina) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Ön qanadları qonuru-sarımtıl, iki cərgədə qara nöqtələr yerləşir. Arxa qanadları açıq sarı olub, ləkəsizdir. Qarıncığı tünd boz tüklərlə örtülmüşdür. Alın hissəsi açıq sarıdır. P.conjuncta növünə nisbətən kiçikdir. Qanadları açıq halda 16–18 mm-dir. == Həyat tərzi == Tırtılı boz-qonur rəngdə olub, bel hissəsi boyunca zolaq uzanır, yan xətti tünd sarıdır, üzəri boz tüklərlə örtülüdür, baş kapsulu qaradır. Aprel ayından başlayaraq iyun ayına qədər daşların üzərindəki şibyələrlə qidalanır.
Ağımtıl şibyəyeyən
Ağımtıl şibyəyeyən (lat. Eilema caniola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 15–17 mm-dir. Ön qanadları açıq-sarı, ön kənarı ensiz sarı rənglə haşiyələnmişdir. Onun arxa kənarı isə sarı rəngdədir. Arxa qanadı isə daha açıqdır. Başı sarı, bədəni açıq boz, qarıncığın qurtaracağı isə sarıdır. Tırtılı qırmızımtıl qonur rəngdədir, üzəri qısa tüklərlə örtülüdür, iki qırmızımtıl yan xətti və bir qara bel xətti vardır. == Həyat tərzi == Tırtılı ağac və divar üzərindəki şibyələrlə qidalanır.
Dörd nöqtəli şibyəyeyən
Dördnöqtəli şibyəyeyən (lat. Litosia quadra) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyi aurita növündən çox böyükdür. Qanadları açılmış halda 50–52 mm-dir. Ön qanadlar erkəklərdə sarı-boz, zirvəsi bir qədər tünddür. Dişilərdə mavi rəngdə ləkələr vardır. Arxa qanadlar boz rəngdə, bütün bədəni sarı rəngdədir. Erkəklərdə baş və döş narıncı sarı rəngdə olur. Tırtılı boz-qonur və ya qara rəngdə olub, qara-sarı tüklərlə örtülmüşdür. Üzərində qırmızı ziyilləri vardır, yan xətti sarı rəngdədir.
Gümüşü-boz şibyəyeyən
Gümüşü-boz şibyəyeyən (lat. Eilema lurideola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 26–28 mm-dir. Ön qanadları ensiz tünd-boz rəngdə olub, ön kənarı açıq-sarı, arxa qanadlar enli tünd sarımtıl rəngdədir. Baş və qarıncığın ucu sarı, bədənin qalan hissəsi boz rəngdədir. Tırtılı qara-boz, kürək xətti qara, yan xətti isə qırmızı-sarıdır, üzərindəki tüklər və başı qaradır. == Yayılması == Dağətəyi və orta dağlıq ərazilərdə geniş yayılmışdır. Bəzən düzənlik yerlərdə də ona rast gəlinir. Zoologiya institutunun kolleksiya fondunun işlənməsi zamanı A.Boqaçev tərəfindən Oğuzdan (4.VIII.35), R.Əfəndi tərəfindən Zaqataladan (19.VII.60), Bakıdan (16.IX.63), A.Piriyev tərəfindən Şamaxıdan (1.VII.88), Altıağacdan (15.VII.89), eləcə də Talşdan toplanmışdır.
Güvəyəbənzər boz şibyəyeyən
Güvəyəbənzər boz şibyəyeyən (lat. Setina roscida) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qanadlarının rəngi və naxışları S.irrorella növünə oxşayır, ancaq bu ölçüdə bir qədər kiçikdir. Qanadları açılmış halda 15–16 mm-dir. Ön qanadlarının arxa hissəsi boz tüstü rəngində olduğundan növün adı buradan götürülmüşdür. Arxa qanadlarının ön kənarında bir neçə qara ləkə vardır. Tırtılı çirkli boz-qonur rəngdə olub S.irorella növünün tırtılına üzərindəki sarı ləkələrə görə oxşayır. == Həyat tərzi == Nadir növdür. Tırtılı çirkli boz-qonur rəngdə olub S.irorella növünün tırtılına üzərindəki sarı ləkələrə görə oxşayır. Kəpənəyi işığa çox zəif uçur.
Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qaratıl-sarı şibyəyeyən (lat. Setina aurita) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən iridir. Qanadları açılmış halda 16-18 mm-dir. Qanadları və qarıncığındakı naxışlara görə E.irrorella növünə çox oxşayır, lakin ondan naxışların daha tünd sarı rəngdə olması, ön və arxa qanadlarda qara ləkələrin iriliyi ilə fərqlənir. Tırtılı qara və ya qara-boz rəngdə olub, hər bədən buğumunun kürək hissəsində iki romb şəklində sarı ləkə, yanlardan nazik sarı yan xətt uzanır, kürək hissəsində uzun qara tüklər, yan hissəsində isə sarı tüklər yerləşir. == Həyat tərzi == Gündüzlər uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır. Yazda qışlamadan çıxan tırtıllar şibyələrlə qidalanır.
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən (lat. Setina kuhlweinii) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Bu növ irrorella növünə çox oxşayır. Lakin ondan qarıncığının sarımtıl və qanadının tünd sarı rəngi ilə fərqlənir. Həmçinin kəpənəyi də ondan iridir. Qanadları açılmış halda 20-25 mm-dir. Tırtılı tünd qırmızı-qonur rəngdə olub, qara-boz tüklərlə örtülmüş, üzərində cərgə ilə sarı nöqtələr yerləşmişdir, başı qara rəngdədir. == Həyat tərzi == Azərbaycanın dağ və dağ-səhra yerlərində iyul-avqust aylarında seyrək halda rast gəlinir. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.
Güvəyəbənzər sarı şibyəyeyən
Güvəyəbənzər sarı şibyəyeyən (lat. Setina irrorella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadların əsası ensiz olub, sarı rəngdədir, üzərində üç cərgə qara nöqtələr yerləşmişdir. Arxa qanadlar enlidir. Açıq sarı rəngdədir. Yuxarı hissəsində üç nöqtə vardır. Baş, döş, qarıncığın uc hissəsi sarımtıl, bədənin qalan hissəsi isə qara rəngdədir. == Həyat tərzi == Tırtılı göyümtül qara rəngdədir.
Qaya şibyəyeyəni
Qaya şibyəyeyəni (lat. Paidia conjuncta) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ. Kəpənəyi murina növünə nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadları sarımtıl-boz rəngdədir. Yzərində qeyri bərabər yerləşməmiş iki cərgə qonur nöqtələr vardır. Arxa qanadlar açıq rəngdə olub, ləkəsizdir. Qarıncığı boz tükcüklərlə örtülmüşdür. Tırtılları boz-sarı olub, yan tərəfində yerləşən sarı ləkə boz-sarı tüklərlə örtülüdür. Başı açıq qonur rəngdədir.
Qayalıq şibyəyeyəni
Açıqalın şibyəyeyən və ya Qayalıq şibyəyeyəni (lat. P.murina) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Ön qanadları qonuru-sarımtıl, iki cərgədə qara nöqtələr yerləşir. Arxa qanadları açıq sarı olub, ləkəsizdir. Qarıncığı tünd boz tüklərlə örtülmüşdür. Alın hissəsi açıq sarıdır. P.conjuncta növünə nisbətən kiçikdir. Qanadları açıq halda 16–18 mm-dir. Tırtılı boz-qonur rəngdə olub, bel hissəsi boyunca zolaq uzanır, yan xətti tünd sarıdır, üzəri boz tüklərlə örtülüdür, baş kapsulu qaradır. Aprel ayından başlayaraq iyun ayına qədər daşların üzərindəki şibyələrlə qidalanır.
Qovaq şibyəyeyəni
Qovaq şibyəyeyəni (lat. Eilema complana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Ön və arxa qanadları E.lurideola növünün qanadlarına oxşayır. Ön qanadlar ensiz, bir qədər uzun, arxa qanadlar enli açıq sarıdır. Tırtılı da əvvəlki növün tırtılına oxşayır, yəni qara-boz olub, üzəri qısa qara tüklərlə örtülüdür, yanlarda qırmızı-sarı ləkələr vardır. Başı qaradır. Adi növdür. Geniş yayılmışdır. Kəpənəkləri Qəbələdən, Lənkərandan, Ağdaşdan (Dəhnə Xəlil), Bakıdan toplanmışdır. Əsasən düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Qızılırəng şibyəyeyən
Qızılırəng şibyəyeyən (lat. Eilema sororcula) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-12 mm-dir. Ön qanadları qızılı-sarı, arxa qanadları açıq-sarıdır. Başı və döşü ön qanadlarla eyni rəngdə olub, qarıncığı boz-sarı, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı qaradır. Beli üzərində iki sarı xətt, qırmızı nöqtələr, ağ ləkələr və qonuru-boz tüklər vardır. Əsasən dağətəyi və dağlıq meşələrdə, bəzən düzən ərazilərdə rast gəlinir. Ehtimal ki, ildə iki nəsil verir.
Sarı şibyəyeyən
Sarı şibyəyeyən (lat. Eilema lutarella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 9-11 mm-dir. Qanadların ümumi rəngi çirklənmiş sarı rəngdədir. Arxa qanadları tünd boz rəngdədir və əvvəlki növdən bununla fərqlənir. Başı və qarıncığın uc hissəsi sarı, bədəni isə tünd rəngdədir. Tırtılın qara rəngli başı qısa tüklərlə örtülüdür. Bədəni qonur rəngdədir. Beli üzərindən qara rəngdə, yanlarda isə tünd qonur xətlər vardır.
Sarımtıl-boz şibyəyeyən
Sarımtıl-boz şibyəyeyən (lat. Cubosia mesomella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Kəpənəyi bir qədər iridir. Qanadları açılmış halda 14-15 mm-dir. Ön qanadı sarımtıl boz, ön kənarı bir qədər tünd sarıdır, ön və arxa kənarın ortasında qara nöqtələr yerləşir. Arxa qanadı tünd boz rəngdədir, onun kənarları sarıdır. Tırtılı qara-qonur, qısa və uzun tüklərlə örtülüdür. Başı qara-qonur rəngdədir. Nadir növdür. İşığa çox zəif uçur.
Torpaq şibyəyeyəni
Torpaq şibyəyeyəni (lat. Eilema palliatellum) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi çox kiçikdir. Qanadları açılmış halda 8-10 mm-dir. Ön qanadları açıq-sarıdır. Bu növ əvvəlki növdən açıq rəngli alnı ilə fərqlənir. Tırtılı boz-qonur rəngdə olub, kürək üzərindəki xətt tünddür, yan xətlər çirklənmiş sarıdır. Başı qaradır. Tırtılı torpaq şibyələri ilə qidalanır və bu mərhələdə qışlayır. M.A.Darçeva, V.V.Dubatolovun məlumatlarına görə tırtılına mərkəzi Kopetdağda kütləvi surətdə rast gəlinir.
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. Meşə biotoplarında yaşayır.
Yastı şibyəyeyən
Yastı şibyəyeyən (lat. Eilema deplana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16–18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.
Şibyələr
Şibyələr (lat. Lichenes). Bu qrupa 400 cins-13000-ə yaxın növ daxildir. Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində daha çox olur. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır.
Şibyəyeyən ayıcalar
Şibyəyeyən ayıcalar (lat. Litosiinae) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan yarımfəsilə. Bu yarımfəsiləyə mənsub olan növlərin kəpənəklərinin ön qanadları bir qədər uzunsov olub, kənarları dairəvidir. Bəzi növlərdə pulcuqları və onların rəngləri zəif inkişaf etmişdir. Bəzən ön qanadlar qara rəngli nöqtələrlə örtülü olur. Arxa qanadlar ön qanadlara nisbətən qısa olub, üzərində naxışlar yoxdur. Qanadların rəngi çox vaxt açıq-sarı, yaxud bozumtul gümüşü rəngə çalır. Başı, döşü və qarıncığı sıx tüklüdür, bığcıqları sapşəkillidir. Tırtılları bir qayda olaraq tüklü olub, ağacların, daşların, qayaların, divarların və digər əşyaların üzərində olan şibyə və mamırlarla qidalanırlar. Buna görə də onlara şibyəyeyən ayıcalar deyilir.

Digər lüğətlərdə