ŞİKƏSTƏ

ŞİKƏSTƏ I is. [ fars. ] Segah məqamında zərbli muğam. Tarın tellərində kəsmə şikəstə; Tutmuşdum dişimdə bir tatlı bəstə (M.Müşfiq).

ŞİKƏSTƏ II is. [ fars. ] Fars yazısında bir xəttin adı. Xəttat Nəcəfqulu məktəbinin dizi dibində çox oturmuş, sünbüli, reyhani, nəsx, şikəstə, süls xətlərindən dərs almışdı (Ə.Cəfərzadə).

ŞƏVƏ
ŞİRƏ
OBASTAN VİKİ
Kəsmə şikəstə
Kəsmə şikəstə — Azərbaycan xanəndəlik sənətində zərbi muğamlardan biri. Kəsmə şikəstə XIX əsrdə də zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır. Kəsmə şikəstə Azərbaycan xanəndələri tərəfindən tez-tez oxunur. Kəsmə şikəstədə sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var.
Şərif Şikəstə
Şərif Şikəstə Əfəndizadə — şair "Şahnamə"ni ilk dəfə dilimizə qazaxlı Şərif Şikəstə (şair Eldar Nəsiblinin babası) tərcümə etmişdir. Şərif Şikəstə klassik şair olub. Firdovsidən tərcümələr edib. " Şahnamə "ni tərcümə edib. Şərif Şikəstəni 1937-ci ildə güllələyiblər. Ona görə də qorxularından onun şeirlərini heç bir mətbu orqanda çap etməyiblər. Babam Səməd Vurğunla çox yaxın olub. S. Vurğun gənc olub. Bütün şeirlərini, dərdini, sözünü, giley-güzarını hamısını Şərif Şikəstə ilə bölüşüb. Ona müəyyən şeirlər də ünvanlayıb.
Bakı şikəstəsi
Bakı şikəstəsi - Hər bölgənin özünəməxsus şikəstəsi vardır: Bakı şikəstəsi, Qarabağ şikəstəsi və Şirvan şikəstəsi. Bu məclislər arasında müsabiqələr keçirilir, qaliblər mükafatlandırılırdı. Məclisin harada keçirilməsindən asılı olmayaraq hər üç şikəstə mənsub olduğu müvafiq bölgənin ifaçıları tərəfindən “himn” kimi səsləndirilirdi. == Bakı şikəstəsi haqqında == A.İ.Nəcəfzadənin Etnoorqanologiya musiqi təmayüllü ali məktəblər üçün dərsliyində haqqında danışdığımız zərbli muğamın ilkin adının Bakı şikəstəsi olduğu bildirilir Xalq artisti Baba Mahmudoğlu (1940-2006) Dastan folklor ansamblı ilə Kəsmə şikəstə ni məşq edərkən söyləyirdi: Bu şikəstənin əsl adı Bakı şikəstəsi olub. 5 Sonradan ifaçıların dilində Bakı sözü kəsmə ilə əvəzlənib və elmi ədəbiyyata da bu şəkildə düşüb . Mən 10 il (1979-1989) həmin ansambılın musiqi rəhbəri olmuşam. B.Mahmudoğlu oxuyacağı hər hansı musiqi haqqında öncə bizə, ansamblın üzvlərinə ətraflı məlumat verirdi. Sonra həmin melodiyanı məşq edib lentə alırdıq. Kəsmə şikəstə ni də Azərbaycan radiosunun fondu üçün belə ifa etmişik.1954-cü ildə Əziz Özər Türkiyədə Azərbaycan türkü və oyun havalan adlı əsərində Bakı şikəstəsindən bəhs edir Kəsmə şikəstəsi nin ilkin adının Bakı şikəstəsi olduğunu təsdiqləyən faktların ən mühümü etnoqrafik, xalqm yaddaşından süzülüb gələn mənbələrdir. Onlardan da Aşıq Məhəmmədin, Vamiq Məmmədəliyevin, Möhlət Müslümovun, Faiq Çələbiyevin, Valeh Rəhimovun, Vüqar Əhmədin, Elxan Müzəffərovun dediklərinə əsaslanırıq.
Qarabağ şikəstəsi
Qarabağ şikəstəsi — Azərbaycan xanəndəlik sənətində şikəstənin iki növündən biridir. Şikəstənin növləri: Qarabağ şikəstəsi və Kəsmə şikəstədir. Qarabağ şikəstəsi 19-cu əsrdə zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır. Şikəstənin Qarabağ və Kəsmə şikəstəsi növləri xanəndələrimiz tərəfindən tez-tez oxunur. Hər iki şikəstə də sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətinə görə onların musiqisində həzinlik var. Qarabağ şikəstəsinin sözləri ənənəyə görə xalqdan alınmışdır. Qarabağ şikəstəsinin mətnini bayatılar təşkil edir.
Qarabağ şikəstəsi (film, 1996)
Ermənilərin işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların taleləri filmin əsasını təşkil edir.
Şirvan şikəstəsi (film, 1991)
Filmdə Kürdəmir bölgəsinin tarixi və bugünkü həyatı öz əksini tapmışdır. Film Kürdəmir Rayonu Sovetinin sifarişi ilə çəkilmişdir.

Digər lüğətlərdə