ƏHD

insanın bir işi görəcəyini öhdəsinə götürməsi və ya hər hansı bir işin icra ediləcəyi haqqında verdiyi sözdür. Eyni zamanda, bu söz Allahın insanlarla andlaşmasını ifadə edir. Bu andlaşmaya görə insanlar yalnız tək olan Tanrıya inanmalı, Ona ibadət etməlidirlər. Allah isə bunun qarşısında onlara sonsuz həyat bəxş etmişdir. Allah əhdi həm Adəm, Nuh, İbrahim kimi peyğəmbərlərlə, həm də İsrail oğulları kimi ayrı-ayrı millətlərlə bağlamışdır. Allahın sonuncu əhdi İslamla nəticələnmişdir. Ancaq insan cəmiyyətləri tarix boyu Allaha imandan uzaqlaşaraq, verdikləri əhdi pozmuş, müxtəlif yalançı tanrılara tapınmışlar. Belə olan təqdirdə Allah onlara öz peyğəmbərlərini göndərərək dinin əsaslarını xatırlatmış, əhdini yeniləmişdir. Məsələn, yəhudilər və xristianların müqəddəs kitabları Əski və Yeni əhdlər adlanır. İslama görə isə Yeni əhd (Ədhi-Cədid) Əski əhdin davamıdır. Məsələn, yəhudilərlə bağlanmış əski əhd (Əhdi-Ətiq), sonradan İsa peyğəmbərlə bağlanan yeni əhdlə (Əhdi-Cədid) dəyişdirilmişdir. İslam dini isə ən yeni əhddir, onun gəlişindən sonra keçmiş əhdlər öz güclərini itirmişdir. İnsanın Allaha and içməsi də bir əhddir. Verilmiş sözü yerinə yetirməmək və ya pozmaq olmaz. Bu barədə Quranda (2: 27, 17: 34, 5: 1, 9: 4) ayələr də vardır.
ƏFV
ƏHƏD HƏDİSLƏR
OBASTAN VİKİ
Yeni Əhd
Yeni Əhd (ivrit. ברית חדשה brit xadaşa; yunan. διαθήκη καινή diateke kayne) İsa Məsihin insanların günahının bağışlanması üçün tökülmüş qanı vasitəsilə Allahın insanlarla bağladığı əhd. Bu əhdə görə İsa Məsihin qurbanına iman gətirən hər kəs xilas olur. Yeni Əhddən ilk dəfə bəhs edən Yeremya Peyğəmbər olmuşdur. Yeremya xəbər vermişdir ki, Allahın seçdiyi [[İsrail] xalqı günaha batıb cəzalandırıldıqdan sonra, Allah bu xalqla Yeni Əhd bağlayacaq: "Rəbb bəyan edir: "İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır. Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular" Rəbb belə bəyan edir. "O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq" Rəbb belə bəyan edir.
Əhd sandığı
Əhd sandığı. Onun başqa bir adı “Tabutu-Səkinə”dir. Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər Əhd Sandığı barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Bu məqalədə bəzi alimlərin fikirlərinə yer verməyə çalışacağıq. Sandıq miladdan öncə 587-ci ildə Babil qoşunlarının Qüdsü işğalından sonra yoxa çıxır. O gündən bəri qeybə çəkilən bu əşya bir çox əfsanəyə səbəb olub. Tarix boyu krallar, hakimlər, alimlər, din xadimləri tərəfindən araşdırılan sandıq günümüzdə hətta xüsusi xidmət orqanları tərəfindən də axtarılır. Hətta deyilənlərə görə, CİA və MOSSAD-ın onu tapmaq vəzifəsi daşıyan şöbələri də var. Hətta Hitlerin də Əhd Sandığını tapmaq üçün ekspedisiya təşkil etdiyi iddia edilir.
ƏHD Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfi olduğunu iddia edir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir. Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyasını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir. Partiyanın sıralarında indiyədək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.
Əhd-i Milli Bəyannaməsi
Əhd-i Milli Bəyannaməsi və ya Türk Milli Paktı, Türkiyə İstiqlal Bəyannaməsi (türk. Mîsâk-ı Millî) — 28 yanvar 1920-ci ildə İstanbulda əksəriyyətinin Türk Milli Hərəkatının tərəfdarları olduğu Millətlər Palatası tərəfindən qəbul edilmişdir. Sənəddə Birinci Dünya müharibəsindən sonra türk dövlətinin quruluşunun ərazi məsələləri nəzərdə tutulurdu: ərəb torpaqları məsələsinin onların əhalisinin plebisitinə çıxarılması təklif edilirdi və türk millətinin nümayəndələrinin yaşadığı torpaqlar, şübhəsiz ki, Türkiyənin bir hissəsidir deyilirdi. Türk millətinin yaşadığı ərazi, Qərbi Trakya və Qars, Ərdəhan və Batum bölgələri istisna olmaqla, müasir Türkiyə Cümhuriyyətinin bütün ərazisi kimi başa düşülürdü ki, burada bu ərazilərin dövlət mülkiyyətində olması ilə bağlı referendum keçirilməli idi. Osmanlı imperiyasının daxili işlər naziri Damat Fərid Paşa VI Mehmedin xəstəliyi ilə əlaqədar parlamentdə açılış nitqi söylədi. Ərzurumda və Sivasda keçirilən qurultaylarda alınan qərarları tanımaq üçün Mustafa Kamalın dostları tərəfindən Felah-ı Vətən adlı bir millət vəkili qrupu yaradıldı. Mustafa Kamalın bu sənəd baradə fikirləri belə olub: “Millətin dəmir yumruğu tarix salnaməsinə müstəqilliyimizin təməl prinsipi olan Millət Andını yazır”. Bu qərarlar işğalçı müttəfiqləri narahat edirdi, nəticədə 1920-ci il martın 16-da İngiltərə, Fransa və İtaliya qoşunları İstanbulu işğal etdilər və bu Ankarada yeni türk millətçi parlamenti olan Türkiyə Böyük Millət Məclisinin yaradılması ilə nəticələndi. Bu da Türkiyənin Müttəfiqlərə qarşı İstiqlal Müharibəsini gücləndirdi. Keçmiş Osmanlı Parlamenti tərəfindən qəbul edilən Misak-ı Millinin altı qərarı daha sonra Qars müqaviləsində və Lozanna müqaviləsində yeni Türkiyə Cümhuriyyətinin Türkiyə Böyük Millət Məclisində iddiaları üçün əsas götürüldü.
Məcidreza Əhdəşamzadə
Məcidreza Əhdəşamzadə (14 dekabr 1956) — İranı təmsil edən stolüstü tennisçi. Məcidreza Əhdəşamzadə İranı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Əhdi-Cədid
Əhdi-cədid və ya Yeni Əhd – xristianların müqəddəs kitabı Bibliyanın ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır. Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İncildir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. İncil Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi-Ətiq
Əhdi-ətiq və ya Əski Əhd — Xristianların müqəddəs kitabı Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. Həmçinin Yəhudilərin müqəddəs kitabı. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi.
Əhdi Bağdadi
Əhdi Bağdadi — XVI əsrdə yaşamış Azərbaycan filoloqu və şairi. Əhdi Bağdadi lirik şeirlər müəllifi kimi tanınmışdır. Füzulinin müasiri olmuş, onun oğlu Fəzli ilə dostluq etmişdir. Əhdinin Azərbaycan dilində "Gülşəni-şüəra" ("Şairlər gülşəni") təzkirəsində XVI əsrdə yaşayıb-yaradan bir çox Azərbaycan şairlərinin həyatı və əsərləri haqqında məlumatlar verilmişdir. Əsərin əlyazması Sankt-Peterburq Dövlət Universitetinin kitabxanasında saxlanılır.
Əhdi Cədid
Əhdi-cədid və ya Yeni Əhd – xristianların müqəddəs kitabı Bibliyanın ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır. Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İncildir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. İncil Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi Ətiq
Əhdi-ətiq və ya Əski Əhd — Xristianların müqəddəs kitabı Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. Həmçinin Yəhudilərin müqəddəs kitabı. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi.
Əhdnamə
Əhdnamə — ərəb-fars sözü olub, "şərtləşmə", "sözləşmə" mənasında işlənir. Orta әsrlәr müsәlman Şәrqindә hökmdarın göstәrişi ilә tәrtib olunan, hәr hansı xarici dövlәt, zümrә, yaxud ayrıca şәxsin hüququnu tәsdiqlәyәn sәnәd. Xilafәt dövründә əhdnamələrin mәzmunu müxtәlif vәzifәlәrә tәyinat, yazılı әmr vә tәlimatlar, ayrı-ayrı şәxslәrә vә ya qruplara verilәn hüquq vә imtiyazlardan, xarici dövlәtlәrlә razılaşmalardan ibarәt idi . İslam tarixindә ilk tәyinat mәzmunlu əhdnamə Əbu Bәkrin Ömәr ibn Xәttabı özündәn sonra xәlifә tәyin etmәsi barәdә Osman ibn Əffana yazdırdığı əhdnamədir. Əmr vә tәlimat xarakterli ilk əhdnaməlәrdәn biri kimi Mәhәmmәd peyğәmbәrin Yәmәn valisinә göndәrdiyi əhdnaməni göstәrmәk olar. Xilafәt tәrkibindә yaşayan әhli-kitab üçün əhdnaməlәr peyğәmbәrin dövründә 630 ildәn sonra verilmәyә başlanmışdır. Raşidi xәlifәlәr dövründә Suriya, Fәlәstin, Misir, Azәrbaycan, İran vә s. ölkәlәrin әhalisi üçün çoxlu əhdnaməlәr imzalanmışdır . İlk müsəlman fatehlərinin fəth etdikləri şəhərlərin əhalisi ilə bağladıqları sülh müqaviləsi islamın burada yayılması üçün dayaq nöqtəsi olmuşdur. Əhdnamə adlandırılan barış sazişlərindən biri Xəlifə Ömərin sərkərdəsi olmuş Hüzeyfə ibn əl-Yəman ilə Ərdəbil əhalisi arasında bağlanmışdı .

Digər lüğətlərdə