ƏKİNÇİ

Əkmək (ikmək) feilinin “çoxaltmaq” mənası da olub. Uyğur dilində ekmək sözü “əlavə etmək” deməkdir. Əkmək əlavə məhsul götürməklə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏKİM
ƏKİZ
OBASTAN VİKİ
Tuğba Əkinçi
Tuğba Əkinçi (4 iyun 1976, Qars, Qars ili) — milliyyətcə azərbaycanlı olan Türkiyə kino aktrisası və müğənisi . . Tuğba Əkinçi 1976-cı ildə Qarsın azəri əsilli ailəsində dünyaya göz açıb.
Əkinçi (Kürdəmir)
Əkinçi — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 mart 1998-ci il tarixli, 455-IQ saylı Qərarı ilə Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati-ərazi vahidi tərkibindəki Əkinçi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Əkinçi (dəqiqləşdirmə)
Əkinçi Əkinçi (qəzet) Əkinçi (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda qəsəbə. 13 mart 1998-ci ildə ləğv olunmuşdur.
Əkinçi (partiya)
Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi. Bu partiya sağ eserlərdən (Xalqçı Partiyası) fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti mövqeyində dururdu.
Əkinçi (qəzet)
Əkinçi (az-əbcəd. اکینچی‎) — Azərbaycan dilində yayımlanan ilk milli qəzet. 1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyul Azərbaycanda "Milli Mətbuat Günü" kimi qeyd olunur. Ayda iki dəfə 300–400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır. Qəzet vasitəsilə Həsən bəy Zərdabi Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edərək Azərbaycan dil islahatlarına töhfə vermişdir. XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi.
Əkinçi Partiyası

Əkinçi qəzeti

Xan və əkinçi (opera)
Xan və əkinçi — Bəstəkar Ramiz Mustafayevin böyük satirik şair Mirzə Ələkbər Sabirin 100 illik yubileyinə yazdığı opera.
Süleyman və qoca əkinçi
Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti və ya bilinən qısa adı ilə Süleyman və qoca Əkinçi — 1174-1175-ci illərdə böyük Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının üçüncü hekayəsidir . Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. Şair hekayədə maddiyyatın insan mənəviyyatından heç də yüksəkdə durmadığını bütün yaradıcılığı boyu qeyd etmiş və parlaq nümunələr əsasında bunları ümumiləşdirmişdir. Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində bu mövzuya toxunaraq bir-birindən maraqlı və ibrətamiz hekayələr əsasında bunların açıqlamasını vermişdir. Bir gün Süleyman şah səhraya gəzintiyə çıxır. Bir damcı suyun belə tapılmadığı isti və yanan səhrada əkinçiliklə məşğul olan zəif bir qoca gördü. Süleyman bu yanan və susuz səhrada necə işləyib əkinçiliklə məşğul ola biləcəyini düşünürdü. Qoca sahib olduğu kiçik tarlada buğda səpirdi ki, sonra bar verəndə onu biçsin. Süleyman bu böyük iztirabı görəndə ürəyi onun üçün yanaraq dedi: Ay qoca, bu səhrada buğdanı əkib məhv etməkdənsə, ondan bir az çörək hazırlayıb yeməliydin. Biz bol sulu əkinimizindən belə istədiyimiz məhsulu əldə etmirik.
Əkinçi 1875-1877 (tam mətn)
Azərbaycanda eneolit dövrünün əkinçi-maldar tayfaları
Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; === Abidələrin icmalı === Eneolit dövrü daş dövründən sonra başlamışdır. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi.
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - == Tarixi == Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. == Fəaliyyəti == İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.
Azərbaycan Əkinçilik Elmi Tədqiqat İnstitutu

Barış Əkinçiər
Barış Əkinçiər (24 mart 1999, Hemer[d], Şimali Reyn-Vestfaliya) — Baris Ekincier, 2. Bundesliqa komandalarından Boxumda yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış edən Alman-doğumlu azərbaycanlı futbolçudur. == Klub karyerası == Barış Əkinçiər 24 mart 1999-cu ildə Almaniyanın ərazisinə görə dördüncü, əhalisinin sayına görə isə birinci vilayəti olan Şimali Reyn-Vestfaliya vilayətinin Merkiş rayonunun Hemer şəhərində azərbaycanlı və türk mənşəli ailədə anadan olmuşdur. Əkinçiər futbol karyerasına Şimali Reyn-Vestfaliyanın İzerlon 46/49 komandasında başlamış, sonra eyni vilayətin Essen şəhərini təmsil edən Rot-Vayss Essen klubuna keçmiş, nəhayət 2017-ci ildə Boxum şəhərinin eyniadlı klubunun — Boxumun gənclər akademiyasına qatılmışdır. Peşəkar karyerasına məhz bu klubda başlayan Barış 2017-ci ilin avqustunda Bayer Leverkusen ilə yoldaşlıq oyununda Boxumun əsas komandasında çıxış etdi. 2018-ci ilin iyun ayında Barış Boxumla 2 illik — 30 iyun 2020-ci ilə qədər peşəkar müqavilə imzaladı. 19 avqust 2018-ci ildə Almaniya Kubokunun 2018–2019 mövsümünün Veyç Flensburq-Boxum matçında Almaniya Kubokunda debüt etdi. 5 aprel 2019-cu ildə isə Yan Regensburqa 1–2 hesabı ilə məğlub olduqları oyunda meydana çıxmaqla 2. Bundesliqada da debüt etmək şansı qazandı. Barış 2019–2020 mövsümünü icarə əsasında Avstriya 2-ci Liqa təmsilçisi Austriya Klaqеnfurtda keçirdi.
Başqırdıstanda əkinçilik
Başqırdıstanda əkinçilik — Başqqırdıstan respublikasında başqırdlar və respublika əhalisinin məşqul olduğu kənd təsərrüfatı sahələrindən biri. == Əkinçiliyin şərtləri və mənşəyi == İqlim (Kontinental iqlim), təbii-ekoloji mühit (əsasən çöl, dağlıq lanşaft, bir qədər tayqa) şərtləri Başqırdıstan ərazisində tarixən köçəri təsərrüfatı şərtləndirirdi. способствовали тому, что на этой территории издавна велось кочевое хозяйство. Bununla belə Ural önü ərazilərdə baş verən uzun müddətli geoloji proseslər nəticəsində torpaq əmələgəlmə prosesi baş vermiş və nəticədə kənd təsərrüfatının inkişafına zəmin yaranmışdır. Cənubi Uralda əkinçilik hələ bürünc dönəmindən məlumdur. Bu zaman Uralönü bölgənin əhalisi kətmən əkinçiliyi ilə məşqul olurdular. Bunu təstiqləyən dəlillər Balanbaş, Tyubyak və Yelenov ərazilərində aşkarlanmışdır. Burada bürüncdən hazırlanmış kətmən, oraq və daş kir-kirələr aşkar edilmişdir. Başqırlar arasında əkinçilik ənənəvi təsrrüfat sahələrindən biridir. Onlar əsasən ekstensif tərərrüfata üstünlük verir.
Dəmyə əkinçiliyi
Dəmyə əkinçiliyi — süni suvarmaya ehtiyac olmadan reallaşdırılan əkinçilik növüdür. Belə torpaqlar suvarma zonasına daxil edilsə də, burada kənd təsərrüfatı bitkiləri süni suvarma olmadan becərilir. Belə torpaqlar daha çox qayaaltı düzənliklərə və vahələrin kənarlarına xasdır. Azərbaycanda dəmyə əkinçiliyində əsasən yaz fəslində torpağın özünə çəkdiyi nəmişlikdən istifadə olunur. Bu əkinçiliyin sayəsində quraqlığa davamlı taxıl, yem və bostan bitkiləri yetişdirilir. Orta Asiyada su çatışmazlığına görə dəmyə əkin sahələri XX əsrin ortalarına qədər buranın kənd təsərrüfatında çox mühüm rol oynayırdı və belə torpaqların məhsulsuzluğu aclığa səbəb ola bilərdi. Dəmyə əkinində çörəyin bolluluğu torpağın rütubət miqdarından və yaz yağışlarından aslıdır, bu isə o deməkdir ki, məhsulluğu daha çox dağaltı ( dəniz səviyyəsi üzərində təxminən 4000 futa qədər) zolağında yerləşən dəmyə sahələri verir. Nəmişliyin miqdarından aslı olaraq dəmyə sahələrinin ərazisi dəyişir. Bu əkinçiliyin böyük iqtisadi əhəmiyyəti vardır, çünki suvarılma üçün münasib olmayan sahələri istifadə etməyə imkan verir. Əsasən Əfqanıstanda, İranda, Çində, Hindistanda, Pakistanda, Sudanda, Türkiyədə, Orta Asiya ölkələrində, Qazaxıstanın cənubunda və Cənubi Qafqazda qayaaltı düzənliklərdə və vahələrin kənarlarında yayılıb.
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi — əkinçiliyin, digər kənd təsərrüfatı sahələrinin yayılmasına və təkmilləşdirilməsinə, dövlət əmlakının qorunmasına, xəzinə və töycü rüsumlarının toplanmasına, meşələrin mühafizəsinə rəhbərlik və nəzarət edən qurum. == Fəaliyyəti == 1903-cü il mayın 1-də yaradılmışdı. Əkinçilik və Dövlət Əmlakı Nazirliyinə tabe idi. 1918-ci ilin 2-ci yarısında idarə 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində baş vermiş hadisələrlə əlaqədar xüsusi mülkiyyətdə olan malikanələrə və torpaqlara, eləcə də dövlət əmlakına dəymiş ziyanı müəyyənləşdirməyə, torpaq və meşə sahələrində qayda yaratmağa başlamışdı. Meşələrin amansızcasına qırılmasını dayandırmaq üçün ağac materiallarına və oduna kəndlər üzrə məhdudiyyət qoyulmuşdu. 1919-cu ilin əvvəlində 1919-1920 illər üçün yeni smetalar tərtib edilmişdi. Meşə təsərrüfatı məsələlərini tam həll etmək üçün meşə sahələrinin qorunması, ağac materiallarının verilməsi qaydasının dəyişdirilməsi və s. haqqında qərarlar qəbul olunmuşdu. Torpaq və töycü sahəsində istər köçürülmüş rus kəndlilərinin, istərsə də yerli sakinlərin tərk etdikləri torpaqların müəyyən edilməsinə dair tədbirlər görülürdü. 1919-cu ildə xüsusi şəxslərin tərk etdikləri mülklərin və torpaqların qeydiyyatı həyata keçirilir, onlardan səmərəli istifadəyə dair tədbirlər işlənib hazırlanırdı.
Pəncab Əkinçilik Universiteti
Pəncab Əkinçilik Universiteti — Hindistanda yerləşən, Asiyanın ən böyük kənd təsərrüfatı universiteti. 1962-ci ildə qurulub. Hindistanın o vaxtkı baş naziri Pandit Jawaharlal Nehru tərəfindən 1963-cü il iyulun 8-də rəsmi olaraq açılışı edildi.
Sualtı əkinçilər (roman)
Sualtı əkinçilər (rus. Подводные земледельцы) - Aleksandr Belyayev tərəfindən 1930-cu ildə elmi-fantastika janrında yazılmış roman. Bir qrup xəyalpərəst SSRİ-yə valyuta cəlb etmək və okeanın bəxş etdiyi nemətlərdən istifadə etmək məqsədilə Uzaq Şərqdə sualtı təsərrüfat yaratmaq qərarına gəlir. Sankt-Peterburqdan olan alimlərin etdiyi kəşf nəticəsində hazırlanan kibrit qutusu böyüklüyündə akkumulyator sayəsində bu arzunu həyata keçirmək mümkün olur. Bu enerji mənbəyinin köməkliyi ilə oksigenin okean suyunun elektrolizi ilə alındığı ən müasir sualtı skafandr və akvalanqlar hazırlanıb. Bu kömək edir ki, uzun müddət suyun altında qalmaq mümkün olsun. Batmış yapon gəmisinin korpusundan sualtı evə dam düzəldilir. Qısa müddət ərzində sualtı sahələr, traktorlar və zavodlar yaranır. Yapon brakonyerləri ilə mübarizə üçün isə sualtı səfərbərlik elan edilir. Məsələ isə getdikcə böyüyür və yaponlar sualtı gəmi ilə hücuma keçirlər.
İnklərdə əkinçilik
İnklərdə əkinçilik—İnk İmperiyasının iqtisadiyyatının bir bölümü. İnklər Cənubi Amerikanın qərbində And dağlarında min km-lərlə məsafədə Peruda yaşayırdılar. Paytaxtı Kusko şəhəri idi. Onlar XII əsrdə dövlət yaratmağa başlamışdılar.Dövlətin başında hökmdar dururdu. İnklər tabe etdikləri tayfaların hesabına yaşayırdılar. Ölkədə hər şey müharibənin tələblərinə tabe edilmişdi. Ordu onluq,yüzlük, minlik dəstələrə bölünürdü. Say çoxluğu ilə düşmənə qələbə çalırdılar. Bir nəfərin üzərinə 20 nəfər yeriyirdi. Yeriş zamanı sıradan çıxana ölüm cəzası verilirdi.
Əkinçilik
Əkinçilik — insanların səmərəsindən faydalandığı bitkilərin becərilməsində məhsuldarlığın yüksəldilməsi, sabit məhsul almağa istiqamətli, əhəmiyyətli bir fəaliyyət növü. Azərbaycanda təxminən e.ə. IV minillikdən başlayaraq Neolit dövrünü Tunc dövrü əvəz edir. Bu dövr təxminən iki min il davam edərək e.ə. I minilliyin başlanğıcında sona çatır, həmin dövr təkcə tuncun geniş istehsalı ilə deyil, eyni zamanda ictimai münasibətlərin və kənd təsərrüfatının inkişafı ilə də səciyyələnirdi. Tunc dövründən etibarən toxa əkinçiliyindən cüt əkinçiliyinə keçid başlanmışdı. Bununla da əkinçilik təsərrüfatında aparıcı üstün rol kişilərin əlinə keçmiş, belə ki, təsərrüfatın xarakterində baş verən dəyişiklik bu sahədə qadın əməyinin rolunun gözə çarpacaq dərəcədə azalmasına səbəb olmuşdur. Cütün meydana gəlməsi əkin sahələrinin daha geniş istifadə edilməsinə əlverişli imkan yaratdı, bununla əlaqədar bir sıra əkinçilik sistemləri əmələ gəldi və inkişaf etdi. Əkinçilikdə işlədilən tunc alətlər xeyli təkmilləşdi və çoxaldı, lakin Fridrix Engelsin dediyi kimi, tunc daş alətləri tamamilə sıxışdırıb aradan çıxara bilmədi. Bu işi dəmir həyata keçirdi.
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.

Digər lüğətlərdə