– Əlvida! Əlvida! Daldığım uyğu; İnanmam ölümmü, röyamı yoxsa.
[Şəmsiyyə:] Gözləyəcəyəm, müəllim, hələlik əlvida! – deyib getdi.
□ Əlvida etmək – 1) görüşüb ayrılmaq, vidalaşmaq. Dostlarla öpüşüb əlvida etdi.
– Axır, gözüyaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm.
[Dərviş:] Hamımız qoca kişi ilə bir yerdə kənddən əlvida edib şəhərimizə varid olduq. ;
2) məc. tərk etmək, itirmək, həmişəlik ayrılmaq.
Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu.
Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə.
// Ayrılmaq, getmək münasibəti ilə düzəldilən mərasim. Əlvida konserti.
// Ayrılıq, ayrılma. Əlvida gecəsi.