Android (əməliyyat sistemi)
Android ― smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir.Gələcəkdə avtomobillərin də dəstəklənməsi planlaşdırılır.Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib,daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur.
Android, cihazların funksionallığını artıran proqramlar yazan böyük bir mühəndis(developer) qrupuna sahibdir.Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır.Android əməliyyat sitemi ilə işləyən proqramlar müxtəlif saytlardan yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir.
2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android əməliyyat sistemi ilə təchiz olunmuşdur.2014-cil boyunca 1 milyarddan çox android cihaz satılmışdır.
== Tarixi ==
2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı. 5 noyabr 2007-ci il şirkət rəsmən Open Handset Alliance (OHA) yaradılmasını və Android açıq mobil platformasını elan etdi. 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi.23 sentyabr 2008-ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin ilk tam mühəndis paketi SDK 1.0 çıxdı. Platformanın birinci versiyasının çıxış anından etibarən sistemin bir neçə yeniləməsi oldu. Bu yeniləmələr, bir qayda olaraq, aşkar edilmiş səhvlərin düzəldilməsi və sistemə yeni funksionallığın əlavə edilməsi ilə əlaqədar idi.