əskilmək
əsla
OBASTAN VİKİ
Əsl ananas
Əsl ananas (lat. Ananas comosus) – bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. == Əfsanəsi == Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Əsl antiloplar
Əsl antiloplar (lat. Antilopinae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Əsl qırğı
Əsl qırğı (lat. Accipiter) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Accipiter gentilis Accipiter nisus Accipiter poliogaster Accipiter trivirgatus Accipiter griseiceps Accipiter toussenelii Accipiter tachiro Accipiter soloensis Accipiter francesii Accipiter trinotatus Accipiter novaehollandiae Accipiter fasciatus Accipiter albogularis Accipiter rufitorques Accipiter haplochrous Accipiter henicogrammus Accipiter poliocephalus Accipiter princeps Accipiter melanoleucus Accipiter henstii Accipiter meyerianus Accipiter castanilius Accipiter butleri Accipiter brevipes Accipiter luteoschistaceus Accipiter imitator Accipiter erythropus Accipiter minullus Accipiter gularis Accipiter nanus Accipiter erythrauchen Accipiter cirrocephalus Accipiter brachyurus Accipiter rhodogaster Accipiter madagascariensis Accipiter ovampensis Accipiter rufiventris Accipiter badius Accipiter superciliosus Accipiter collaris Accipiter striatus Accipiter chionogaster Accipiter ventralis Accipiter erythronemius Accipiter cooperii Accipiter gundlachi Accipiter bicolor Accipiter virgatus Azərbaycanda 4 növü var: tetraçalan (lat. Accipiter gentilis); bildirçinçalan (lat. Accipiter nisus); Avropa tüviyi (lat. Accipiter brevipes); tüvik (lat.
Əsl rakşilər
Əsl rakşilər (lat. Coraciidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Əsl sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Əsl suilanları
Əsl suitilər
Əsl suitilər (lat. Phocidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Əsl timsahlar
Əsl timsahlar (lat. Crocodylidae) fəsiləsinin növləri Asiya, Afrika, Avstraliya və Amerikanın tropik qurşaqlarında yayılıb, tipik nümayəndəsi uzunluğu 6-8 m-dən çox olan Nil timsahıdır (Crocodylis niloticus). == Qidalanması == Timsahların yemi çox müxtəlifdir, molyuskları, xərçəngləri, balıqları, quşları, hətta iri məməliləri belə yeyirlər; insana da hücum edirlər. == Çoxalması == Yumurta qoymaqla çoxalır, xüsusi qayda ilə düzəltdikləri yuvalara 10-dan 100-ə qədər qaz yumurtası böyüklüyündə yumurta qoyur. Bəzi növlərin erkəkləri yuvanın yanında qalaraq yumurtaları qoruyur, 1,5-2 aydan sonra yumurtadan balalar çıxır. == Təsnifatı == Fəsilənin 3 müasir cinsə mənsub 17 növü var.
Əsl tinamu
Əsl tinamu (lat. Crypturellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — tütün cinsinə aid bitki növü.
Əsl varanlar
Əsl varanlar (lat. Varanidae) — Pulcuqlular dəstəsinə aid fəsilə.
Əsl qıjılar
Əsl qıjılar (lat. Polypodiales) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinə aid bitki dəstəsi.
Əsl maral
Əsl maral (lat. Cervus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Əsl qaranquşlar
Əsl qaranquşlar (lat. Hirundininae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Əsl sərçə
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Əsl vağlar
Əsl vağlar (lat. Ardeinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Əsl öküz
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Əsl vağ
Əsl vağ (lat. Ardea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Əsl yelkənqanadlı
Əsl yelkənqanadlı (lat. Papilio) — yelkənqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Əsl yelkənqanadlılar
Əsl yelkənqanadlı (lat. Papilio) — yelkənqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Əsl yexidnalar
Avstraliya yexidnası (lat. Tachyglossus aculeatus) — məməlilərin sinfinin birdəliklilər dəstəsinin yexidnalar fəsiləsinə aid yeganə növ. Bəzən onun Tasmaniya yexidnası (Tachyglossus setosus) yarımnövünü də ayrıca növ kimi ayırırlar. Çarlz Darvin deyir:"Bu canlıların vətəni Avrasiyadır. Lakin onlar növarası mübarizədə məğlub olmuş və Avstraliyaya sıxışdırılmışlar.
Əsl zöhrəçiçəyi
Əsl zöhrəçiçəyi (lat. Cypripedium calceolus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Calceolus marianus Crantz, 1769 Cypripedium boreale Salisb., 1796, nom. illeg. Cypripedium ferrugineum Gray, 1821, nom. illeg. Cypripedium atsmori C.Morren, 1851 Cypripedium cruciatum Dulac, 1867, nom. illeg. Calceolus alternifolius St.-Lag., 1880 Cypripedium alternifolium St.-Lag., 1880, nom. illeg.
Əsl çalağan
Əsl çalağan (lat. Milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Əsl çalağanlar
Əsl çalağan (lat. Milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Əsl çəyirtkələr
Əsl çəyirtkələr və ya çəyirtkələr (lat. Acrididae) — çəyirtkəkimilər (lat. Acridoidea) fəsiləüstünə aid sürü halında yaşayan cücü fəsiləsi. Cənubi Avropa, Cənubi və Şərqi Asiya, Afrika, Cənubi və Şimali Amerika və Avstraliyada yayılmışdır. Dünyada 10.000, Azərbaycanda 125-dən çox növü var. Kütləvi çoxalma zamanı çəyirtkələr toplaşıb kuliqalar (sürfələrin topası), yaxud sürülər (yetkin çəyirtkələrin toplanması) əmələ gətirirlər. Çəyirtkələrin qəflətən kütləvi uçuşu kənd təsərrüfatı bitkilərinə (taxıllar, pambıq və s.) üçün xüsusilə təhlükəlidir. Qida axtaran kuliqalar keçdikləri yerlərdə bütün yaşıllıqları məhv edir. Sürfələri və yetkin çəyirtkələr bitkinin yarpağını, gövdəsini, sünbülünü, meyvəsini və s. yeyir.
Ensizyarpaq lavanda və ya əsl lavanda (sünbüllü lavanda).
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır.
Əbu Bərzə əl-Əsləmi
Əbu Bərzə əl-Əsləmi (ərəb. أبو برزة الأسلمي‎) — müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əlinin dövrünün daxili çəkişmələrində Əlinin yanında olmuş, Nəhrəvan və Siffeyn döyüşlərində onunla bərabər vuruşmuşdur. Hüseynin kəsilmiş başı Yezidin hüzuruna gətiriləndə o, orada idi. O, Məhəmməd peyğəmbərdən 64 hədis nəql etmişdir.
Əsl Qan (VI mövsüm)
HBO-nun çəkdiyi supernatural drama serialı olan Əsl Qan serialının VI mövsümünün premyerası 16 iyun 2013-cü ildə baş tutmuşdur. Əsas rolun ifaçısı olan aktrisa Anna Pakuinin hamiləliyi və maddi qənaət üçün, ənənədən kənara çıxılaraq, VI mövsümdə 22 yox 10 seriyanın təqdim ediləcəyi elan edilib. == Aktyorlar və obrazlar == === Əsas heyət === Anna Pakuin — Soki Stakhaus Stepen Moyer — Bill Kompton Sem Tremmel — Sem Merlot Rayan Kvanten — Ceyson Stakhaus Rutina Uisli — Tara Tornton Aleksandr Skarsgard — Erik Nortman Kris Bauer — Endi Belflör Kristin Bauer van Straten — Pam De Byufort Loren Baules — Holli Cleri (2 seriyada) Anna Kamp — Sara Nyulin (3 seriyada) Nelsan Ellis — Lafayet Reynolds Lüsi Qriffits — Nora Ginsburq (4 seriyada) Rutcer Hauer — Neil Bricent (4 seriyada) Arliss Hovard — Truman Byurel Robert Kazinski — Ben Flinn / Maklin Varlou (4 seriyada) Todd Lou — Terri Belflör (4 seriyada) Co Manqanyello — Elsid Hervuks Maykl Makmillan — Stiv Nyulin (2 seriyada) Kelli Overton — Rikki Neylor (3 seriyada) Robert Patrik — Cekson Hervuks (4 seriyada) Kerri Preston — Arlin Fauler (4 seriyada) Cyurni Smollet — Nikol Rayt (4 seriyada) Debora En Vul — Cessika Hembi === Xüsusi qonaqlar === Canina Qavankar — Luna Qarza (1 seriyada) Deyl Diki — Marta Bozeman (4 seriyada) === Guest cast === Cimmi Qrey Hayder — Daniel (4 seriyada) Xloya Noel — Emma Qarza (4 seriyada) Tamlin Tomita — Ms. Suzuki (1 seriyada) Marki Riçardson — Kennet (3 seriyada) Ameli Rouz Blayr — Villa Byurel (4 episodes) Cessika Klark — Lilit (2 seriyada) Karolina Vidra — Violet (2 seriyada) Met Kuk — Cessi (3 seriyada) Şon Braun — Bryus (2 seriyada) Cessi Hocs — Mastard (2 seriyada) Tara Bak — Cincer (2 seriyada) Con Flek — Dr. Overlark (2 seriyada) Keone Yanq — Hido Takahaşi (3 seriyada) Con Reyziq — Deputat Kevin Ellis (2 seriyada) Gils Metyu — Klod Kreyn (1 seriyada) Cefferi Nİkolas Braun — Korbet Stakhaus (1 seriyada) Cenni Blonq — Mişel Stakhaus (1 seriyada) == Seriyalar == == İstehsal == 2012-ci ilin Fevral ayında serialın yaradıcısı olan Alan Bol vəzifəsindən istefa etdiyini, lakin serialın köməkçi prodüseri olaraq qalacağını bildirdi. Dördüncü mövsümdə ssenari müəlliflərindən biri olan Mark Hadis, altıncı mövsümdə köməkçi prodüser kimi çalışmağa başladı. Lakin 2013-cü ilin martında HBO-da öz serialının istehsalına başlaması səbəbiylə Mark Hadisin "Əsl Qan"dan uzaqlaşdığı elan edildi. Onun vəzifəsini isə, yeddinci mövsümdə də bu vəzifəni tutması gözlənən Brayan Bakner tutdu. 15 iyul 2013-cü ildə HBO serialın yeddinci mövsümünün çəkiləcəyini elan etdi.
Əsl qıjılar (yarımsinif)
Əsl qıjılar (lat. Polypodiidae) — qıjılar sinfinə aid bitki yarımsinfi.
Əsl timsahlar (cins)
Əsl timsahlar (lat. Crocodylus) — əsl timsahlar sinfinə daxil olan cins. Nümayəndələri ümumiyyətlə tapılmadığı Avropa və Antarktida xaricində dünyanın hər yerində yaşayırlar. Afrikada, Cənubi Asiyada, Şimali Avstraliyada və Okeaniyada böyük ərazidə yayılmışlar. Şimali, Orta və Cənubi Amerikada növləri vardır. Cins çağdaş dövrdə 12 növü əhatə edir: Crocodylus porosus — Daraqlı timsah Crocodylus niloticus — Nil timsahı Crocodylus rhombifer — Kuba timsahı Crocodylus acutus — Amerika timsahı Crocodylus intermedius — Orinoko timsahı Crocodylus palustris — Bataqlıq timsahı Crocodylus siamensis — Siam timsahı Crocodylus mindorensis — Filippin timsahı Crocodylus moreletii — Mərkəzi Amerika timsahı Crocodylus novaeguineae — Yeni Qvineya timsahı Crocodylus halli Crocodylus johnstoni — Avstraliya şirinsu timsahı Crocodylus suchus — Səhra timsahı ? Crocodylus raninus † Crocodylus anthropophagus † Crocodylus falconensis † Crocodylus checchiai † Crocodylus palaeindicus † Crocodylus thorbjarnarsoni Filippin timsahı əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü hesab olunurdu (Crocodylus novaeguineae mindorensis). İndi isə ayrı bir növ olaraq (Crocodylus mindorensis) bilinir. Molekulyar tədqiqatlar zamanı əslində Nil timsahının iki növdən ibarət olduğu — Nil timsahı (Crocodylus niloticus) və Səhra timsahı (Crocodylus suchus) — aşkar edilir. Borneoda yayılmış Daraqlı timsah populyasiyalarının ayrı bir Crocodylus raninus növü olması ehtimal edilir.
Əsli və Kərəm (opera)
Əsli və Kərəm — Üzeyir bəy Hacıbəyovun beşinci muğam operası. == Tarixçə == Opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil olmuşdur. "Əsli və Kərəm"-in ilk tamaşası 1912-il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olmuşdur. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyovun özü idi. Rollarda olan şəxslər Hüseynqulu Sarabski (Kərəm), Əhməd Ağdamski (Əsli), Hənəfi Terequlov (Qara keşiş), Mirzə Muxtar Məmmədov (İsfahan şahı), Q. Göyçaylinski (Şeyx Nurani) və başqaları çıxış etmişlər. Opera Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində də göstərilmişdir. "Əsli və Kərəm" AOBT-ndan başqa, respublikanın digər teatrlarında (Ağdam, Naxçıvan və s.) da tamaşaya qoyulmuşdur. AOBT-nda "Əsli və Kərəm" 1957-ci ildən bəstəkar Nazim Əliverdibəyovun orkestra redaksiyası ilə ifa olunurdu. 1988-ci ildən opera bu teatrın səhnəsində yeni quruluşda oynanılmışdır. == Məzmun == Qafqazda geniş yayılmış eyni adlı Azərbaycan xalq dastanının motivləri üzrə yazılmışdır.
Əsli ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə) olan natural ədəddir. == Sadə ədədlər cədvəlinin tərtibi tarixi == Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". == Sadə ədədlər == Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. Qeyd edək ki, sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtaran ədədlərin hamısı hökmən sadə ədəd olmur.
Əbdülhəsən Astana-Əsl
Əbdülhəsən Astana-Əsl (d. 1947; Təbriz) — əslən azərbaycanlı İran-Amerikan elm xadimi, struktural mühəndisi və Berkli Kaliforniya Universitetinin professoru. == Həyatı == 1947-ci ildə Pəhləvi İranında dünyaya gəlmişdir. === Təhsili === Bakalavr təhsilini mülki mühəndislik ixtisasi üzrə Tehran Politexnik İnistitutunda, magistr (1979) və doktorantura təhsilini (1982) Miçiqan Universitetində almışdır. == Elmi fəaliyyəti == Hal-hazırda Berkli Kaliforniya Universitetində professor olaraq çalışmaqdadır. O, 11 sentyabr terror hücumu zamanı Dünya Ticarət Mərkəzinin çöküşünü araşdıran dünyanın aparıcı struktural mühəndisləri arasında yer almışdır. === Elmi göstəriciləri === O, 1998-ci ildə Amerika Polad Konstruksiyası İnistitutunun Higgins Lectureship Mükafatını qazanmışdır. Bu mükafat Astana-Əslin araşdırdığı sahədə ən nüfuzlu mükafat hesab edilir. O, hal-hazırda Kaliforniyada mühəndislik fəaliyyəti ilə yanaşı, struktural və körpü mühəndisliyi sahəsində konsultasiyalarla, məhkəmələrdə öz sahəsinə dair ekspertliklərlə, həmçinin də elmi araşdırmalarla, nəşrlərlə məşğuldur. Onun araşdırma sahəsinə zəlzələ mühəndisliyi və mühəndislik etikasına da daxildir.

Digər lüğətlərdə