çıxış-qaçış

çıxış-qaçış
çıxış-girişli
çıxışçı
OBASTAN VİKİ
Çıxış
Çıxış — nitq və ya ritorika; dinləyicilərə müəyyən bir fikir, hiss aşılamaq üçün deyilən uzun sözlər. Çıxış bir fikri həyəcanlandıraraq ifadə etməkdir. Çıxışların mövzuları, əsasən; sosial fikirlər sosial və milli davalar və hadisələrdir. Mərasimlərdə, milli günlərdə, ildönümlərində, mitinqlərdə toplaşan böyük kütlələri və icmaları həyəcanlandırmaq, ümumi fikirləri səsləndirmək və ya kürsüdən siyasi və milli iddiaları müdafiə etmək də çıxış xarakterlidir. Demostenes və Mark Tulli Siseron bu sahənin ən məşhur insanlarındandır.
Qaçış
Qaçış — İdmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Hər gün, səhər və ya axşam, dünyada yüzlərlə və minlərlə insan qaçışa çıxır. Bu, yalnız intensiv bir ritmdə gəzmək deyil, həm də öz sağlamlığınıza və formanıza qayğı göstərməkdir. Qaçış hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir, bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir.
Giriş/çıxış
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. == Həmçinin bax == Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zərif çıxış
Zərif çıxış (ing. graceful exit, rus. элегантный выход) - əməliyyat sisteminə və ya prosesə yenidən idarəetməni qəbul etməyə və işi normal rejimdə davam etdirməyə imkan vermək üçün prosesin dayandırılması. Əgər proqram sistemin sabitliyini pozmadan işini dayandırarsa, onun zərif çıxış etdiyi deyilir. İdeal halda bütün proqramlar istənilən şəraitdə zərif çıxışı təmin etməlidir. Praktikada OS/2 və Windows kimi inkişaf etmiş əməliyyat sistemləri proqramlarda qəzalı çıxışların nəticələrindən qorunmanı təmin edir ki, həmin anda çalışan başqa proqramlar ziyan görməsinlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çıxış (2006)
Film öz əsərlərini cəmiyyətə çıxarmaq istəyən bəstəkardan bəhs edir. 1) 2006-cı ildə Bakıda Film Ən yaxşı tammetrajlı sənədli film nominasiyasında "Qızıl Çıraq" milli kino mükafatına layiq görülmüşdür. 2) 2007-ci ildə Sankt-Peterburqda keçirilən "Yaşamaq Gözəldir" adlı beynəlxalq film festivalı Film iki nominasiyada xüsusi mükafata layiq görülmüşdür.
Çıxış məlumatı
Çıxış məlumatı — biblioqrafik işlənməsi və statistik uçotu, habelə istehlakçının məlumatlandırılması üçün zəruri olan çap olunmuş nəşr haqqında məlumatlar. Çıxış məlumatı başlıq səhifəsində yerləşir. Çıxış məlumatı kitabxanalarda, kitab evlərində kitabların düzəldilməsini və tapılmasını asanlaşdırır. SSRİ-də son çıxış formatı GOST 7.4-77 və yenilənmiş versiyası GOST 7.4-86 idi. O dövrdə mürəkkəb bir kitab satışı indeks şifrəsi, başqaları ilə birlikdə izin bir elementi idi. Rusiyada bu format əvvəlcə GOST 7.4-95 tərəfindən müəyyən edilmişdir. 1 yanvar 2007-ci ildən bəri, izin məzmunu və yeri GOST R 7.0.4-2006 “SIBID. Nəşrlər. Çap. Ümumi tələblər və qeydiyyat qaydaları ". GOST-a görə, nəticə: Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN); yerüstü məlumatlar; müəllifin adı (həmmüəlliflər); nəşrin adı; alt başlıq məlumatları; çıxış; tərcüməsi və ya yenidən çap olunduğu nəşr haqqında məlumat; təsnifat indeksləri (UDC və LBC); müəllif hüququ işarəsi; Beynəlxalq Standart Kitab Nömrəsi (ISBN); müəllif hüquqlarının qorunması işarəsi; həddən artıq məlumat; çıxış məlumatları.
İnternetə çıxış
İnternetə çıxış — fiziki şəxslərin və təşkilatların kompüter terminalları, kompüterlər və digər cihazlardan istifadə edərək internetə, e-poçt və ümumdünya hörümçək toru kimi xidmətlərə daxil olmaq üçün qoşulmaq imkanı. İnternetə çıxış müxtəlif şəbəkə texnologiyaları vasitəsilə geniş diapazonda verilənlərin ötürmə sürətində əlaqə təmin edən internet xidmət provayderləri (ISP) tərəfindən satılır. Bir çox təşkilatlar, o cümlədən artan sayda bələdiyyə qurumları, həmçinin pulsuz simsiz giriş və stasionar telefonlar təmin edir. İnternetə çıxış imkanları bir vaxtlar məhdud idi, lakin sürətlə artmışdı. 1995-ci ildə dünya əhalisinin yalnız 0.04%-nin internetə çıxışı var idi ki, onlardan yarıdan çoxusu ABŞ-də yaşayırdı. XXI əsrin ilk onilliyində inkişaf etmiş ölkələrdə bir çox istehlakçılar daha sürətli genişzolaqlı texnologiyadan istifadə edirdilər və 2014-cü ilə qədər dünya əhalisinin 41%-i çıxış əldə etmişdi. Genişzolaqlı internet demək olar ki, bütün dünyada mövcud idi və qlobal orta əlaqə sürəti saniyədə bir meqabiti keçmişdi. İnternet ABŞ hökuməti tərəfindən hökumət daxilində, həmçinin ABŞ-dəki universitetlər və tədqiqat laboratoriyalarında layihələri dəstəkləmək üçün maliyyələşdirilən ARPANET əsasında inkişaf etdirilmişdir. Bu, zaman keçdikcə dünyanın əksər böyük universitetlərini və bir çox texnologiya şirkətlərinin tədqiqat qollarını əhatə etmişdi. Daha geniş auditoriya tərəfindən istifadə yalnız 1995-ci ildə kommersiya trafikinin daşınması üçün internetdən istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə baş vermişdi.
Dördayaq (qaçış)
Dördayaq — atların və digər bəzi heyvanların (məsələn, it, pişik və s.) üçtaktlı allyuru. Ən sürətli olan bu formada qaçış zamanı atların sürəti bəzən 60 km/saat-a çatır. == Haqqında == Üçtempdə allür, dördüncüsü havadanasılmış olur. Məs; sol arxa, sol diaqonal (sol qabaq - sağ arxa), sağ qabaqvə havadan asılma. Qalop orta, toplu, artırılmış, sol və ya sağ ayaqlaolur. Ayaqların qoyuluş ardıcıllığı pozularsa, qalop yanlış olur. YANLIŞ QALOP. At əgər irəli həriki sol ayağını və ya hər iki sağ ayağını atmırsa, onları çarpaz qoyursa,atın hərəkəti yanlış hesab olunur.Məs: qabaq sağ ayağı ilə gedərkən,arxa sol ayağını qoyur. Belə at haqqında deyirlər: at “xaç vurur”.
Həbsxanadan qaçış
"Prison Break" — ABŞ dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 aprel 2007 tarixində sona çatmışdır. 3.
Maneələrlə qaçış
Maneələrlə qaçış atletikada qaçış məsafəsinə qoyulan maneələrlə çətinləşdirilmiş sprint qaçışıdır. Buna görə də atletika sahələri arasında ən çox koordinasiya və texniki əməkdaşlığa ehtiyac duyulan sahələr sırasında hesab olunur. == Müasir atletikada qaçış məsafələri == === 100 m maneəli === Bu, yalnız qadın idmançıların yarışlarında olan məsafədir. 10 maneə mövcuddur. Start xəttindən birinci maneəyə qədər olan məsafə 13 metr, digər maneələr arasındakı məsafə isə 8,5 metrdir. === 110 m maneəli === Bu gün kişilərin qaçdığı uzunluqdur.10 maneə mövcuddur. Birinci maneəyə 7-8 addımda çatılır, maneələr arasındakı məsafə isə 3 addıma keçilir. === 400 m maneəli === 10 maneə mövcuddur. Birinci maneəyə qədər 45 metr mövcuddur. Maneələr arasındakı məsafə 35 metrdir.
Şouşenkdən qaçış
Şouşenkdən qaçış (ing. The Shawshank Redemption) — ssenari müəllifi və rejissoru Frenk Darabont olan və baş rollarda Tim Robbins və Morqan Frimanın çəkildiyi 1994-cü il istehsalı olan ABŞ dram filmidir. Stiven Kinqin "Rita Heyvort və Şouşenkdən qaçış" romanının motivləri əsasında çəkilmiş film, günahsız olmasına baxmayaraq arvadının və onun sevgilisinin qətlinə görə ölüm hökmü almış, Şouşenk Ştat Həbsxanasında 20 il məhkumluq həyatı yaşayan bankir Endi Dyufreynin hekayəsindən bəhs edir. Həbsxanadakı dövr ərzində məhbus Ellis Boyd Red Reddinq ilə dost olan Dyufreyn həbsxana müdirinin çirkli pullarını yumasına kömək etməyə razı olduqdan sonra nəzarətçilər tərəfindən qorunmağa başlanılır. Gəlir məsələsində məyusluq olmasına baxmayaraq, film "Oskar" mükafatının 7 nominasiyasına namizəd olmuş, aktyor, məzmun işində və reallığı əks etdirdiyinə görə tənqidçilər tərəfindən müsbət qiymətləndirilmişdir. Kabel televiziyası, VHS, DVD və Blu-ray üzrə uğurlu olmuşdur. Amerikan Film İnstitutunun 100 il…100 film 10-cu yubiley buraxılışına daxil edilmişdir. Hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən biri hesab olunur. 1947-ci ildə Portlenddə, bankir Endi Dyufreyn Men ştatında yerləşən Şouşenk Dövlət Həbsxanasında arvadının və onun sevgilisinin qətlinə görə məhkumluq həyatı yaşamaqdadır. Endi, qaçaqmalçılıqla məşğul olan məhbus Ellis "Red" Reddinq ilə dost olur.
Alkatrazdan qaçış
Alkatrazdan qaçış bu mənalara gələ bilər:
Hindən qaçış
Hindən qaçış (ing. Chicken run) - 2000-ci ildə 3D formatında çəkilmiş qısametrajlı animasiyadır. Bu animasiya Böyük Britaniyada 1972-ci ildə əsası qoyulmuş "Aardman Animations" studiyasının ilk qısametrajlı animasiyasıdır. Animasiyanın bütün çəkilişləri ABŞ-də "Aardman Animations" studiyası tərəfindən 2000-ci ildə aparılmışdır. Animasiya 1963-cü ildə ABŞ tərəfindən çəkilmiş "Böyük qaçış" filminə parodiyadır. Filmdəki əsirlər animasiyada toyuqlar kimi göstərilmişdir. == Məzmun == Hadisə 1950-ci ildə İngiltərədə Yorkşir qraflığında yerləşən bir toyuq Fermasında baş verir. Cincer, Banti, Bebs və Fouler adlı dörd toyuq digər toyuqlarla birlikdə tel hörgülər arxasında həyatlarını davam etdirməkdədirlər. Toyuqların hamısı hər gün mütləq yumurta qoymalıdırlar. Əks halda onlar cəzalandırılacaqlar.
Açıq kosmosa çıxış
Açıq kosmosa çıxış (AKÇ) — astronavtın Yerin nəzərəçarpacaq atmosferindən kənarda kosmik gəmidən kənarda etdiyi hər hansı fəaliyyət. Normalda bu termin Yer ətrafında fırlanan gəmidən (Beynəlxalq Kosmik Stansiya kimi) kənarda kosmos gəzintisinə aiddir. Bununla belə, AKÇ 1969–1972-ci illərdə Apollon proqramında altı cüt amerikalı astronavt tərəfindən yerinə yetirildiyi kimi Ay səthinin tədqiqinə (ümumiyyətlə ayda gəzinti kimi tanınır) aiddir. Natamam AKÇ (NAKÇ) astronavtın kosmik gəmini tam tərk etmədiyi vəziyyətə aiddir. Bu ad adətən kosmosa çıxan astronavtı qeyd etmək və ya ona kömək etmək üçün açıq lyukda "ayaqda duran" astronavtdan irəli gəlir. Sovet İttifaqı/Rusiya, ABŞ, Kanada, Avropa Kosmik Agentliyi və Çin AKÇ-ları həyata keçirib. 18 mart 1965-ci ildə Aleksey Leonov Vosxod 2 missiyası zamanı 12 dəqiqə 9 saniyə ərzində kapsuldan çıxaraq kosmosa çıxan ilk insan oldu. 20 iyul 1969-cu ildə Neil Armstronq Apollon 11 -də Ayın eniş aparatının xaricində 2 saat 31 dəqiqə ərzində ay gəzintisini həyata keçirən ilk insan oldu. Son üç Ay missiyasında astronavtlar Yerə qayıdarkən kosmik gəminin kənarından film qablarını çıxarmaq üçün AKÇ-ları da həyata keçirdilər. Amerikalı astronavtlar Pit Konrad, Cozef Kervin və Pol Veyts də 1973-cü ildə ABŞ-nin ilk kosmik stansiyası olan Skylab-da uçuş zamanı baş verən zədələri aradan qaldırmaq üçün AKÇ-dan istifadə etdilər.
Giriş-çıxış modeli
Giriş-çıxış modeli — ölkə iqtisadiyyatında sahələrarası istehsal münasibətlərini xarakterizə edən iqtisadi və riyazi balans modeli. Bir sənayedəki məhsul ilə bu çıxışı təmin etmək üçün lazım olan bütün iştirakçı sahələrin məhsul xərcləri, xərcləri arasındakı əlaqəni xarakterizə edir. Giriş-çıxış balansı nağd və natura şəklində tərtib olunur. Sənayelararası balans xətti tənliklər sistemi şəklində təqdim olunur. Giriş-çıxış balansı (IOB) sektoral kontekstdə məcmu sosial məhsulun formalaşması və istifadəsi prosesini əks etdirən bir cədvəldir. Cədvəldə hər bir məhsul üzrə istehsal xərclərinin strukturu və iqtisadiyyatda bölüşdürülmə strukturu göstərilir. Sütunlar iqtisadiyyatın sektorlarında ümumi məhsulun orta istehlak və əlavə dəyər elementləri üzrə dəyər tərkibini əks etdirir. Xətlər hər sahədəki mənbələrdən istifadəni əks etdirir. MRM modelində dörd kvadrant var. Birincisi ara istehlakı və istehsal əlaqələri sistemini, ikincisi ÜDM-nin son istifadəsinin strukturunu, üçüncüsü ÜDM-in xərc strukturunu, dördüncüsü milli gəlirin yenidən bölüşdürülməsini əks etdirir.
Giriş/çıxış bufferi
Giriş/çıxış bufferi (en. input/output buffer ~ ru. буфер ввода-вывода ~ tr. giriş/çıkış arabelleği) – giriş və çıxış informasiyalarını müvəqqəti saxlamaq üçün kompüter yaddaşının ehtiyat üçün ayrılmış hissəsi. Beləliklə, giriş-çıxış qurğuları, öz işi ilə məşğul olan mərkəzi prosessorun köməyi olmadan bu buferə tez-tez müraciət edə bilər ki, bu da bütövlükdə proqramın işini sürətləndirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Giriş/çıxış kanalı
Giriş/çıxış kanalı( en. input/output channel (I/O channel) ~ ru. канал ввода-вывода ~ tr. giriş/çıkış kanalı) – kompüterin mikroprosessoru ilə giriş-çıxış şini arasında informasiyanın ötürülməsi üçün daxili qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış kontrolleri
Giriş/çıxış kontrolleri (en. input/output controller (I/O controller) ~ ru. контроллер ввода-вывода ~ tr. giriş/çıkış denetleyici) – giriş, çıxış qurğusu və ya giriş/çıxış qurğuları ilə mikroprosessor arasında aparat interfeysi (“çevirici”, vasitəçi) olan port ilə bağlı olan idarəetmə mikrosxemi. Giriş-çıxış kontrolleri giriş və çıxış verilənlərini idarə və emal edir ki, bu da mikroprosessoru ardıcıl rabitə vasitələri ilə təmin edir, eləcə də onu başqa işlər üçün azad edir. Məsələn, klaviaturanın öz mikroprosessoru və müvafiq mikrosxemi ola bilər ki, onlar klavişlərin basılmasının emal edilməsini və onların ikilik koda çevrilməsini həyata keçirir. Analoji olaraq, disksürənin öz kontrolleri olur ki, o, oxuma-yazma başcığının müəyyən mövqeyə aparılması kimi yüksək sürətli, çətin məsələləri yerinə yetirir, fırlanan diskdə müəyyən sahələrin axtarışını və hətta xətaların yoxlanmasını həyata keçirir. Kontrollerlərin əksəriyyəti üçün onların işini idarə edən xüsusi proqramlar – drayverlər lazım olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış məhdudlaşdırması
Giriş/çıxış məhdudlaşdırması (en. input/output-bound (I/O-bound) ~ ru. ограничение по вводу-выводу ~ tr. giriş/çıkış sınırlı) – saxlanma qurğusunda (diskdə) uzunmüddətli oxuma və yazma əməliyyatları səbəbindən kompüterin mikroprosessorunun işinin ləngiməsi halı. Maşın o zaman giriş-çıxış məhdudlaşdırmasında olur ki, yerinə yetirilən iş tez-tez yazılmış informasiyaya müraciət olunmasını tələb edir, ancaq verilənlərin ötürülməsi kanalı və ya saxlama qurğusu mikroprosessorun işləmə sürəti ilə müqayisədə çox yavaşdır. Məsələn, mikroprosessor diskdə yazılmış böyük verilənlər bazasında tez dəyişiklik edə bilir, ancaq, əgər oxuma-yazma sürəti nisbətən yavaşdırsa, kompüter giriş-çıxış məhdudlaşdırılmasında olur. Əgər yalnız giriş və ya yalnız çıxış informasiyasının mikroprosessora çatdırılmasını məhdudlaşdırırsa, onda kompüter, sadəcə, giriş və ya çıxış məhdudlaşdırmasında olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış portu
Giriş/çıxış portu (en. input/output port ~ ru. порт ввода-вывода ~ tr. giriş/çıkış portu) – giriş və ya çıxış qurğuları ilə mikroposessor arasında verilənlərin ötürülməsi kanalı. Praktiki olaraq, mərkəzi prosessor üçün port, onun verilənlərin qəbulu və verilişi üçün istifadə etdiyi bir və ya daha artıq yaddaş ünvanıdır. Bu ünvanlara xüsusi aparat vasitələri, məsələn, genişləndirmə lövhələri xidmət göstərir: onlar qurğudan gələn verilənləri yaddaş ünvanlarında yerləşdirir və verilənləri yaddaş ünvanlarından qurğuya göndərir. Giriş/çıxış portu kompüterdə proqram təminatı və qurğular arasında əlaqə qurmağa imkan verir. Hər hansı məlumatı ardıcıl portla göndərmək üçün onun hansı giriş/çıxış portu kimi ünvanı bilinməlidir. Analoji olaraq, ardıcıl portdan məlumat almaq üçün onun hansı ünvandan göndərilməsini bilmək lazımdır. Yaddaşa birbaşa daxil olan kanalların və IRQ-nin kəsilməsindən fərqli olaraq, fərdi kompüterlərdə xeyli çox giriş/çıxış portları mövcuddur.
Giriş/çıxış qurğusu
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. == Həmçinin bax == Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çıxış (film, 2006)
Film öz əsərlərini cəmiyyətə çıxarmaq istəyən bəstəkardan bəhs edir. 1) 2006-cı ildə Bakıda Film Ən yaxşı tammetrajlı sənədli film nominasiyasında "Qızıl Çıraq" milli kino mükafatına layiq görülmüşdür. 2) 2007-ci ildə Sankt-Peterburqda keçirilən "Yaşamaq Gözəldir" adlı beynəlxalq film festivalı Film iki nominasiyada xüsusi mükafata layiq görülmüşdür.
İlk çıxış sürəti
Mərminin çıxış sürəti, odlu silahlarda barıtın itələmə qüvvəsi ilə mərminin qüllədən çıxdığı zamandakı sürətini göstərir. Mərmi çıxış sürəti mərminin qüllədən çıxdığı andakı sürətini göstərməklə bərabər, eyni zamanda silahın gücünü də göstərir. Mərmi çıxış sürəti tez-tez mərmi sürəti ilə qarışdırılır. Bundan əlavə, qətiyyətlə demək olar ki, bugünkü texnologiyalar ilə heç bir mərmi mənzili daxilində eyni sürət ilə hərəkət etmir. Mərmi çıxış sürəti yalnız qüllədən çıxma sürətini göstərir və mərminin sürəti ilə qarışdırılmamalıdır. Mərmi çıxış sürəti dövrə və zamana, növünə və kalibrinə, qüllə çapına, həmçinin silahın içərisindəki pərçim dəstlərinə (yiv səthləri) görə dəyişir. İlkin sürət 330 m/s (subsonik) ilə 1800 m/s arasında fərqli qiymətlər ala bilər. Tanklar tərəfindən istifadə edilən KE mərmisi yüksək qüllədən çıxış sürətinə malikdir.
İnternetə çıxış hüququ
İnternetə daxil olmaq hüququ və ya internetə çıxış hüququ — internet tərəfindən dövlət tərəfindən təmin edilməli olan ayrılmaz insan hüquqlarından biri kimi nəzərdə tutulur, çünki özü azadlıq hüququnun həyata keçirilməsini təmin edir. 2003-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti (ÜİCS) keçirildi.
Alkatrazdan qaçış (film)
Alkatrazdan qaçış — 1979-cu ildə çəkilmiş ABŞ istehsalı döyüş və dram janrında film. Film real hadisələrə əsaslanır və Alkatraz adasındakı maksimum təhlükəsizlik həbsxanasından bəlkə də yeganə uğurlu qaçış cəhdini dramatikləşdirir. Film Kuqanın bluffu (1968), Sara bacı üçün iki qatır (1970), beguiled (1971) və çirkli Harri (1971) filmindən sonra Siegel və İstvud arasında beşinci və son əməkdaşlıqdır.