Standart çincə
Standard Çin dili, Putonqhua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir.
Standard Çin dili,
Çində putonqhua (Pǔtōnghuà, 普通話, "Ümumi ləhcə");
Quoyu (Guóyǔ, 國語, "Milli dil") olaraq Tayvanda;
Malayziya və Sinqapurda Biuojun Huayu (Biǔozhǔn Huáyǔ, 標準 華語, "Standart Çin dili") olaraq bilinir.
Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var.
I ton, düz ton:(ˉ)
II ton, artan ton: (ˊ)
III ton, dalğalı ton: (ˇ)
IV ton, enən ton: (ˋ)
Nümunə, ma hecasında:
1.mā 媽 (ana)
2.má 麻 (çətənə)
3.mǎ 馬 (at)
4.mà 罵 (söyüş)
Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.