çirkab
çirkinləşdirmək
OBASTAN VİKİ
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin.
5 Çirkin Qız
5 Çirkin Qız — 2023-cü ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Layihənin prodüseri və quruluşçu rejissoru Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. "5 Çirkin Qız" kinosunun ssenarisi Azərbaycanda ilk dəfə olaraq ChatGPT süni intellekt tərəfindən yazılıb. == Məzmunu == Münasibət qurmaqda uğursuzluq yaşayan rəfiqələr bir gün ən uğursuz rəfiqələrinin ərə getdiyini görürlər. Bu hal onları çox narahat edir. Qarşı cinslə uğurlu münasibət qurmağın yolunu axtararkən yolları "Çirkin Qızlar Klubu"na düşür. Həmin klubda münasibət qurmağın uğurlu yollarını öyrənirlər. Tədris prosesində başlarına maraqlı hadisələr gəlir. == Filmin janrı == Film Komediya janrındadır.
Çirkin Kral bağışlamaz (film, 1967)
Çirkin Kral bağışlamaz filmi rejissor və ssenarist Yılmaz Güney tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, bədii janrda olan film "İrfanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Yılmaz Güney, Nəbahat Çehrə, İldırım Gəncər, Ənis Fosforoğlu, Nuran Ağsoy, Tuncər Nəcmioğlu ifa edirlər.. Mustafa İşıq fabrikdə işləyir. Fabrikin müdiri fabrikdə 2 nəfəri öldürüb, günahı Mustafanın üzərinə atır. Mustafa edamla mühakirə olunur. Çarəsiz Mustafa bacısını çağırıb, onun illər əvvəl Yusif Dağçı adında bir düşməni olduğunu, hətta Mustafanı öldürmək istəyəndə silahı cibinə qoyub: "Səni ölümdən ən çox qorxduğun an öldürəcəyəm" deyir. Mustafa bacısına bu sözləri deyir və ardınca deyir ki, çağır onu məni o gəlib öldürsün. Bacısı Yusifi çağırır. Yusif silahından güllə çıxarıb ona göstərir, deyir ki, bu sənin gülləndir...
5 Çirkin Qız (film, 2023)
5 Çirkin Qız — 2023-cü ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Layihənin prodüseri və quruluşçu rejissoru Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. "5 Çirkin Qız" kinosunun ssenarisi Azərbaycanda ilk dəfə olaraq ChatGPT süni intellekt tərəfindən yazılıb. == Məzmunu == Münasibət qurmaqda uğursuzluq yaşayan rəfiqələr bir gün ən uğursuz rəfiqələrinin ərə getdiyini görürlər. Bu hal onları çox narahat edir. Qarşı cinslə uğurlu münasibət qurmağın yolunu axtararkən yolları "Çirkin Qızlar Klubu"na düşür. Həmin klubda münasibət qurmağın uğurlu yollarını öyrənirlər. Tədris prosesində başlarına maraqlı hadisələr gəlir. == Filmin janrı == Film Komediya janrındadır.
Çirkinli
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Miyanə)
Çirkinli (fars. چركينلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (117 ailə).
Çirkinli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çirkinli (dəqiqləşdirmə)
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Çeşməli)

Digər lüğətlərdə