ÖRDƏK

I. i. duck; ~ çöl ördəyi wild duck

II. s. duck, duck’s; ~ yumurtası duck egg; duck’s egg; ~ balası duckling; ~ yetişdirən ducker; ~ ovu ducking

ÖPÜŞMƏK
ÖRDƏKBURUN
OBASTAN VİKİ
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Eynəkli ördək
Eynəkli ördək (lat. Speculanas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Fitçalan ördək
Fitçalan ördək (lat. Anas crecca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Kəkilli ördək
Kəkilli ördək (lat. Lophonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mərməri ördək
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. (III-VU). Həssas, sayı azalmaqda olan növdür. Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Pərli ördək
Pərli ördək (lat. Biziura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qarabaş ördək
Qarabaş ördək (lat. Heteronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qılquyruq ördək
Sarıdimdik ördək
Sarıdimdik ördək (lat. Anas georgica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü. Sarıdimdik ördək qəhvəyi başa və boyuna malikdir. Ölçülərinə görə elə də böyük ördəklər qrupuna daxil deyil. Sarıdimdik ördək əsasən Peru, Paraqvay, Braziliya, Ekvador və Cənubi Georgiya ərazisində yayılmışdır. Anas georgica georgica yarımnövü 1000—1500 çüt olaraq Cənubi Georgiya arxipelaqın adalarında yayılmışdır. Anas georgica spinicauda yarımnövünün sayı 110 000 çüt olması hesab edilir. Anas georgica niceforoi yarımnövü 1940 il məlumatına cəmi 1952 cütdür. Əsasən yüksək dağlıq göllərdə, bataqlıqlarda və çay kənarlarında yayılmışlar. Yumurtanı əsasən torpaqda və ya otların arasında, quru yerdə qoyur.
Yaşılbaş ördək
Yaşılbaş ördək (lat. Anas platyrhynchos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Yaşılqanad ördək
Yaşılqanad ördək (lat. Anas carolinensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Zolaqlı ördək
Zolaqlı ördək (lat. Salvadorina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Topal ördək
Topal ördək və ya gethagetdəki siyasətçi — xələfi artıq seçilmiş və ya seçilmək ərəfəsində olan vəzifəli şəxs. Gethagetdəki siyasətçi çox vaxt digər siyasətçilərlə müqayisədə daha az təsir bağışlayır, çünki onların səlahiyyət müddəti bitmək üzrədir. Ancaq onlar icra sərəncamları, əfv fərmanları və ya digər mübahisəli fərmanlar verməkdə daha sərbəst davrana bilirlər. Bu siyasətçilər müddət məhdudiyyətləri, planlaşdırılan təqaüdə çıxma və ya seçki itkiləri nəticəsində ortaya çıxır və siyasi sistemlər nəticələrin elan edilməsi ilə seçki qaliblərinin inauqurasiyası arasında gecikmə yaratdıqda xüsusilə nəzərə çarpır. "Topal ördək ovu" mövsümü: seçkidən sonra Bayden impiçmentlə üzləşə bilər?
Gəzərgi fitçalan ördək
Gəzərgi fitçalan ördək (lat. Dendrocygna arcuata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Ördək
Ördəklər (lat. Anatidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ev quşları siyahısına daxildir. Fəsiləyə daxil olan 40-50 cinsə aid 150-yə yaxın növ məlumdur. Ördək su quşudur. Onlar suyun altında xeyli yem tapa bilirlər. Əsl ördəklər (Anatinae) Ağac ördəkləri (Dendrocygninae) Çil-çil ördəklər (Stictonettinae) Ala ördəklər (Tadorninae) ? Ağbel ördəklər, ?
Ağqanad ördək
Ağqanad ördək (lat. Asarcornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Bizquyruq ördək
Bizquyruq ördək (lat. Anas acuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Boz ördək
Boz ördək (lat. Mareca strepera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin mareka cinsinə aid heyvan növü.
Dalğıc (ördək)
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çəhrayıbaş ördək
Çəhrayıbaş ördək (lat. Rhodonessa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çəhrayıqulaq ördək
Çəhrayıqulaq ördək (lat. Malacorhynchus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çətirtel ördək
Çətirtel ördək (lat. Chenonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ördək adası
Ördək adası və ya əvvəlki vəziyyətinə uyğun olaraq əvvəlki adı Urunos yarımadası — Azərbaycana aid ada. Xəzər dənizindəki Çilov adasının şimal-qərbində yerləşir. Şimal-qərbə istiqamətlənmişdir. Ördək adası suyun səviyyəsinin qalxması nəticəsində hazırda ada formasında olsa da, suyun səviyyəsinin az olduğu dövrlərdə Çilov adasının yarmadası idi. Okean səviyyəsindən -26 metr (-85 fut) aşağıda yerləşir. Çilov adasının şimal-şərq hissəsində də eyni formaya malik yarımada vardır. Hər iki yarımada arasında dayaz körfəz yerləşir. Yarımadanın sahil xətti dənizin səviyyəsindən asılı olaraq dəyişir. 1939-1977-ci illərdə Xəzər dənizinin səviyyəsinin enməsi ilə Ördək adası Çilov adasına birləşmiş və yarımadaya çevrilmişdir. 1978-ci ildən isə dənizin səviyyəsi qalxır.
Ördək qarmağı
Ördək qarmağı (ing. Duck Hook) — ABŞ Prezidenti Riçard Niksonun Vyetnam müharibəsi zamanı Şimali Vyetnama hədələmək üçün istifadə etdiyi əməliyyat üçün Ağ Evin istifadə etdiyi kod adı. Əməliyyat Şimali Vyetnam Paris sülh danışıqlarında Vaşinqtonun şərtlərini qəbul etmədiyi halda həyata keçiriləcəkdi. Əməliyyat Hanoy və ətrafındakı hərbi və iqtisadi hədəflərin nüvə bombası ilə darmadağın edilməsi, Hayfon limanının və digər limanların minalanmasını, Hanoy və Hayfonun xalça bombardmanına məruz edilməsi, Şimali Vyetnam əhalisinin böyük bir hissəsinin ərzaq təminatını məhv etmək üçün bəndlərin bombalanmasını, Şimali Vyetnamın şimal-şərq əlaqə xəttinə, habelə Çin sərhədindəki keçidlərə və körpülərə hava zərbələri və Vyetnam boyunca digər hədəflərə hava və qurudan hücumları əhatə edirdi. Burr, William. (2015). Nixon's Nuclear Specter The Secret Alert of 1969, Madman Diplomacy, and the Vietnam War. University Press of Kansas.
Ördək qaytarması
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.
Ala ördəklər
Ala ördəklər (lat. Tadorninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu qrupa daxil olan ördəklərin əksəriyyəti tropik bölgələrdə və ya cənub yaruımkürəsində, yalnız 2 növü - ala ördək (Tadorna tadorna) və qırmızı anqut (Tadorna ferruginea) şimal bölgələrində mülayim iqlim olan ərazilərində yaşayırlar.
Dəniz ördəkcikləri
Dəniz ördəkcikləri (lat. Lepadomorpha) — heyvanlar aləminin buğumayaqlılar tipinin thecostraca sinfinin bığayaqlı xərçənglər dəstəsinə aid heyvan yarımdəstəsi. Bədəni əhəngli lövhəciklərlə örtülüdür. Ətli daban saplağı vasitəsilə substrata yapışır. Bədəninin uzunluğu 5–6 sm-dir. 320-dək növü məlumdur. Lepas cinsindən olanlar təkcə dənizin dibində deyil, həm də suda üzən əşyalara, həmçinin gəmilərin alt hissəsinə yapışaraq yaşayır. Əsasən, isti qurşaq dənizlərində yayılmışdır. Scalpellum cinsinə mənsub növləri, əsasən, dərinlikdə (dənizin 7 km-dək dərinliyində də tapılmışdır) yaşayırlar.
Lələkli fitçalan ördək
Lələkli fitçalan ördək (lat. Dendrocygna eytoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Qara qanadlı ördək (personaj)
Qara qanadlı ördək (ing. Darkwing Duck) — 1991-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajı. Bu personaj 1991-1992-ci illərdə istehsal edilən "Qara qanadlı ördək" serialının baş qəhrəmanıdır. Onun əsl adı Dreyk Mallard (Drake Mallard) dır. Personaj komiks müəllifi olan Karl Barks tərəfindən yaradılan, uydurulmuş Sen-Kanar şəhərində yaşayan adi şəxslərdən biridir. Həmçinin, super qəhrəmandır. Cinayətkarlara qarşı mübarizə aparır. Daim ən yaxşı qəhrəman olmaq üçün çalışır. Qara qanadlı ördəyə "Qara Plaş" da demək olar. Çünki o, qara, daha doğrusu bənövşəyi plaş geyinir.
Qara yekəqarın fitçalan ördək
Qara yekəqarın fitçalan ördək (lat. Dendrocygna autumnalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü. D. a. autumnalis (Linnaeus, 1758) D. a.
Rezin ördək (heykəl)
Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir. Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir. Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir. Rezin ördəklərin ölçüləri fərqlidir.
Solğun fitçalan ördək
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Xallı fitçalan ördək
Xallı fitçalan ördək (lat. Dendrocygna guttata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Çil-çil ördək
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Çil-çil ördəklər
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Oyuncaq ördək hadisəsi
Oyuncaq ördək hadisəsi — hadisə özəl şirkət tərəfindən Honq-Konqdan sifariş edilən plastik oyuncaq ördəkə bənzər vanna oyuncaqları olan konteynerin Sakit okeana düşməsi nəticəsində baş verib. Konteynerdəki 28.000 oyuncaq okean axınlarını göstərmək üçün səpələnmiş və elmi araşdırmalar üçün mühüm fürsət təmin etmişdir. Okeanoloq Kurtis Ebbesmeyer 1992-ci il hadisəsindən sonra okeana səpələnmiş oyuncaqları izləyərək mühüm elmi nəticələr çıxarmışdır. The First Years şirkəti adından Çində istehsal olunduqdan sonra Honq-Konq limanından ABŞ-nin Vaşinqton ştatının Tacoma şəhərinə getmək üçün konteyner gəmisinə yüklənib. 1992-ci il yanvarın 10-da Sakit okeanın şimal bölgəsində fırtınaya düşən gəminin bəzi konteynerləri sürüşərək dənizə düşüb. Dənizə düşən 12 ədəd 40 futluq yük konteynerinin birində 28.800 plastik oyuncaq var idi. Plastik oyuncaqlar daha çox oyuncaq ördək, qurbağa, tısbağa kimi dəniz heyvanları idi. Qəza zamanı konteyner zərbə nəticəsində açılıb və plastik oyuncaqlar okeana səpələnib. Oyuncaqlar müxtəlif bağlamalara bükülsə də, təcrübələr bu bağlamaların müəyyən müddətdə deformasiyaya uğradığını göstərib. Üzərində deşik olmadığı üçün batmaq riski olmayan oyuncaqlar okean boyu sürünməyə başlayıb.

Digər lüğətlərdə