şərtsizlik
şəst
OBASTAN VİKİ
Ağbulaq (Şərur)
Ağbulaq — Şərur rayonunda yerləşən yüksəklik. 2018-ci il 20–27 may arasında Azərbaycan Silahlı Qüvvələri hücumu nəticəsində bundan 26 il qabaq işğal olunmuş Günnüt kəndi işğaldan azad ediləndə, həmçinin Ağbulaq yüksəkliyi də işğaldan azad edilmişdi.
Billava (Şərur)
Billava — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən kənd. Qurulma tarixi məlum deyildir. Kifayət qədər səfalı yer olmağına baxmayaraq hal-hazırda yaşayış yoxdur. 1955-1965-ci illər ərzində tədricən kənd əhalisi qonşu Axura və digər qonşu kənd olan Tənənəm kəndinə köçürülmüşdür. Günümüzdə Korabulaq adlanan bulağın qərbində kənd qəbirsanlığı yerləşir. Kənd əhalisinin tamamı Azərbaycan Türklərindən ibarət olmuşdur. Kənd əhalisi heyvandarlıq və maldarlıqla məşğul olsa da dəmiyə əkinçiliklə də məşğul olmuşlar. Kəndin quzey yamaclarında noxud və taxılla yanaşı muxtəlif növlər əkilmişdir. Ovculuğun da yayqın olması təsadüfü deyildi. Billava kəndi ərazisində yerləşən füsünkar bir dərə kənarı.
Dizə (Şərur)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Arpa çayının sahilində, Şərur düzündədir. Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərbaycan dilinə keçərək "kənd" mənasında işlənir. Əhalisi 1758 nəfərdir.
Dəmirçi (Şərur)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. Kənd Şərur düzündə yerləşir. Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dərvişlər (Şərur)
Dərvişlər — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. Dərvişlər oyk., sadə. Şərur r-nunun eyniadlı i.ə.v.-də kənd. Arpa çayının sahilində, şərur düzündədir. Etnotoponimdir. Dərvişlər nəslinin bu kənddə məskunlaşması ilə bağlı yaranmışdır. Əhalisi 591 nəfərdir (2009 -cu il) 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Dərəkənd (Şərur)
Dərəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Dərəkənd kəndi Dərəkənd adlandırılmışdır. Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir. Kəndin XIX əsrdə salınması haqqında məlumat vardır. 29 mart 2005-ci ildə Dərəkənd Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dərəkənd inzibati ərazi vahidi yaradılmışdır. Bu kənd Şərur düzündədir. Əhalisi 1104 nəfərdir (2009-cu il).
Gümüşlü (Şərur)
Gümüşlü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Gümüşlü qəsəbəsi kənd statusuna aid edilərək Gümüşlü kəndi adlandırılmışdır. Gümüşlü kəndinin adı SSRİ zamanında orda yerləşən, gümüş rezervindən gəlir. Gümüşlü əhalisi öz ali savadlığı ilə Şərurda rayonunda önəm daşıyan qəsəbələrdən idi. Kənddə 4 restorant, 1 kinoteatr, 1 orta məktəb yerləşirdi. Əhalinin sözlərinə görə Gümüşlü kəndinə hər gün 5 dəfə avtobus reysi var imiş. Gümüşlü qəsəbə statusunu 91-də məcburi köç səbəbilə itirdi. 91-ə qədər aktiv bir qəsəbə olan Gümüşlü, köç verərək dinamikliyini itirməyə başladı və hal-hazırda kənd əhalisi əllə sayıla biləcək qədərdir. Kənddə yerləşən Arpaçay SES (Su Elektrik Stansiyası) Arpaçayın başlanğıcı olaraq bilinir və Arpaçay Su Anbarından (Yuxarı Göl) suyu Arpaçaya daşıyır. 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Gəlinqaya (Şərur)
Gəlinqaya — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuş kəndindən 3,5 km şimal-şərqdə, Qabaqlıçayın mənbə hissəsində, Salvartı gölünün şərqində dağ (hünd. 2680,0 m). Günvəzvari formadadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen süxurlarından təşkil olunmuş qayalıqdır. Cənub yamacında Üst Tabaşirin terrigen-karbonat süxurları açılır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən ikincidərəcəli eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Həmzəli (Şərur)
Həmzəli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Yaşlıların dediklərinə görə bu kənddə yaşayış yaxın vaxtlardan, yəni 200–250 il bundan əvvəl başlanmış, kənd salınmışdır. Həmzəli kəndini yuxarı Yayçı kəndinin adamları salmışlar. Həmzəli ilə Yuxarı Yaycı kəndi arasında məsafə çox olduğundan adamlar burada məskən salıb yaşamağa qərar versələr də, Yuxarı Yayçının bəyləri bunu qəbul etməmiş, dəfələrlə onları zorla geri, kəndə, yəni Yuxarı Yayçıya dönməyə məcbur etmişdilər. Axırda adamların ötkəmliyi qarşısında bəylər güzəştə getməyə məcbur olmuşdular. Adamların burada kənd salması da təsadüfi olmamışdır. Çünki burada geniş örüşlər, biзənəklər, əkin yerləri vardı. Əlbəttə, bu qeyd edilənlər olsa-olsa Həmzəli kəndinin yaxın tarixini özündə əks etdirir. Bəa onda kəndin neçə illik tarixi var? Bu suala cavab vermək ьзьnkənd ətrafındakı Albantəpəyə, qəbiristanlıqlara diqqət yetirmək lazımdır.
Keştaz (Şərur)
Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır. SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara Həsənəli və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. Əhalisi 973 nəfərdir.(2009 - cu il) Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır. 2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib. Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir.
Kürkənd (Şərur)
Kürkənd (əvvəlki adı: Kürdkənd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdkənd kəndi Kürkənd adlandırılmışdır. 29 mart 2005-ci ildə Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Kərimbəyli (Şərur)
Kərimbəyli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Kərimbəyli oyk., sadə Şərur r-nunun Dəmirçi i.ə.v.-də kənd. Araz çayının sahilində, Arazboyu düzənlikdədir. Yaşayış məntəqələri qazaxlı tayfa birliyinə daxil olan kərimbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kərimbəylilər Qazax mahalından Qarabağa köçüb gəlmiş, sonralar bir sıra yaşayış məntəqələrinin əsasını qoymuşlar.
Muğanlı (Şərur)
Muğanlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Əhalisi 1193 nəfərdir.(2009 - cu il) Baba Tağıyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Qorçulu (Şərur)
Qorçulu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Şəhriyar i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Laçın rayonunun qorçu kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.Coğrafi ad Qorçu oykonimindən və -lu mənsubluq bildirənşək.-dən düzəlib."Qorçu kəndindən gələnlər" mənasındadır.
Şərur
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır. Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Püsyan (Şərur)
Püsyan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Rayon mərkəzi Şərur şəhərindən 23 km cənub-şərqdə yerləşir. Püsyan və ya Pesyan Araz çayının yuxarı axarında (əsasən Türkiyə ərazisində) eramızdan əvvəl türkdilli pasianların yaşadığı əraziyə verilən qədim addır. 1833-cü ilə aid sənədlərdə püsyanların Naxçıvan ərazisində doqquz tayfa icmasından birini təşkil etmələri haqqında məlumat verilir. Əhalisi 4142 nəfərdir.(2009 - cu il) Püsyan kəndi sırf türk kəndidir və bu kənddə bir neçə kürd ailəsi də yaşayır. Kənd əhalisi etnik tərkibinə görə əsasən azərbaycanlılardan ibarətdir.
Qalacıq (Şərur)
Qalacıq — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin şimal-şərq hissəsində, Axuraçayla Havuşçavın birləşdiyi yerdə, hündür dağın sinəsində arxeoloji abidə. Qala divarları iri ölçülü daşlardan inşa edilmiş və uzunsov-dördkünc planlıdır. Qala divarının eni bəzi yerlərdə iki metrə çatır. Divarlar düzbucaqlı çıxıntılar və dördkünc formalı kontrforslarla möhkəmləndirilmişdir. Aparılan tədqiqatlar əsasın- da aydanlaşdırılmışdır ki, burada mədəni təbəqənin dərinliyi 1 metrdən artıq deyil. Görünür ki, qaladan daimi yaşayış yeri kimi istifadə edilməmişdir. Tədqiqatlar zamanı buradan tikinti qalıqları, müxtəlif növ saxsı qab sınıqları, çürümüş nizə, ox ucları, küp, küpə, qazan tipli qab sınıqları, şirsiz və şirli saxsı məmulatı və. s tapılmışdır. Qalacıqdan aşkar edilmiş arxeoloji tapıntılar e.ə. 2, eramızın 3 əsri üçün səciyyəvidir.
Qarxun (Şərur)
Qarxun — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Arpaçayının sahilində düzənlikdədir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidədin məlumat vermişdir(XIII əsr). Əbdülqazi xan (XVI əsr) karkınların Oğuz xanının üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduğunu qeyd etmişdir. Qaraqalpaqların tayfalarından birinində qarkın adlanması göstərilir. Karkınlar Oğuz tayfalarının tərkibində XI əsrin 30–40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyni adlı kəndlər mövcuddur.
Təzəkənd (Şərur)
Təzəkənd (Püsyan, Şərur)
Vayxır (Şərur)
Vayxır — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun İbadulla i.ə.v. də kənd . Düzənlikdədir. Oykonim mənşəcə Babək r-nundakı vayxır kəndinin ərazisində köhnə vayxır adı ilə xarabalıqları qalmış qədim kəndin adı ilə bağlıdır.
Vəlidağ (Şərur)
Vəlidağ — Sədərək və Şərur rayonlarının sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərqində, Dəmirçi kəndindən 4 km şimal-qərbdə, Qurdqapısı keçidindən 1,3 km şimal-şərqdə dağ (hünd. 1242,2 m). Relyefdə kəskin parçalanmış, cənub yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinin yuxarı hissəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik və Dəlidağ lay dəstələrinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikinci dərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Xanlıqlar (Şərur)
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Xələc (Şərur)
Xələc — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonununda kənd. Oronim Səlcuq oğuzlarının Xələc tayfasının adını əks etdirir. Kəndin adı bu ərazidəki dağın adı ilə bağlıdır. 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. Əhalisi 1431 nəfərdir. (2009-cu il) Əliyev N.H.,Хələc Eneolit yaşayış yeri,Azərbaycan ali məktəb aspirantlarının VIII elmi konfransı(tezislər).Bakı.1985, Сейидова А.Г.,Памятники куро-аракской культуры Нахичевани,Б.1993.
Xətai (Şərur)
Xətai (əvvəlki adı: Sovxoz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Siyaqut kənd Sovetindəki Sovxoz kəndi Xətai kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Xətai kəndi Havuş kənd inzibati ərazi dairəsinin tərkibinə verilmişdir. Düzənlikdədir. 1930-cu ildə Sovxoz adlandırılmışdır. 1991-ci şair və dövlət xadimi Şah İsmayıl Xətainin adı ilə Xətai adlandırılmışdır. Memorial toponimdir.
Yengicə (Şərur)
Yengicə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yengicə Yenicə oykoniminin fonetik şəklidir. Yengicə və Yenicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə əlaqədar ana kənddən köçüb kənar yerdə yeni məntəqə salması nəticəsində yaranmışdır. Oykonim "yeni kənd " mənasındadır.
Bəhruz Kəngərli (Şərur)
Bəhruz Kəngərli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Bəhruz Kəngərli kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir.
II Kültəpə yaşayış yeri (Maxta, Şərur)
II Kültəpə (və ya II Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şərqində İlk Tunc dövrünə (e.ə. IV minilliyin II yarısı – e.ə. III minilliyə) aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə Qortçulu yeri adlanır. Tədqiqatlar nəticəsində abidədən çəhrayı və boz rəngli gil qab sınıqları, ocaq qurğularının hissələri və dən daşlarından ibarət yerüstü materiallar toplanmışdır. Aşkar edilmiş maddi mədəniyyət nümunələri Kür-Araz mədəniyyəti üçün səciyyəvi olub I Maxta Kültəpəsi ilə eyniyyət təşkil edir. II Kültəpədə yalnız kəşfiyyat xarakterli tədqiqat aparılmışdır. Tədqiqatlar nəticəsində abidədən çəhrayı və boz rəngli qab sınıqları, ocaq qurğularının hissələri toplanmışdır.
II Təzəkənd yaşayış yeri (Şərur)
II Təzəkənd yaşayış yeri — Şərur rayonunda, eyniadlı kəndin şimal-şərqində orta əsrlərə aid yaşayış yeri. Əsas sahəsi əkin yerinə çevrilmişdir; qalan hissəsinin sah. 2 ha-dır. Yaşayış yerinin mərkəzi hissəsi yer səthindən 1-1,5 m hünd.-də olan təpə şəklindədir (mədəni təbəqənin qalınlığı 1-2,5 m). Bəzi yerlərdə aşınma nəticəsində dağılmış mədəni təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, gil qab (küpə, dolça, çıraq, çölmək və kasa tipli qablar) qırıqları, osteoloji və tikinti qalıqları ilə zəngindir. Şirli saxsı məmulatı kasa və nimçə tipli qablardan ibarətdir. Abidənin VII-XVII əsrlərə aid olması ehtimal edilir.
I Kültəpə yaşayış yeri (Maxta, Şərur)
I Kültəpə (və ya I Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid yaşayış yeri. Abidə 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub əkin sahələri, qərb tərəfdən isə kanalla məhdudlaşmışdır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar (100 m² sahədə) nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və sair maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan inşa edilmiş qədim məbəd, onun içərisindən isə öz bədii gözəllikləri ilə seçilən daşdan yonulmuş bütlər aşkar edilmişdir. 2006-cı ildə qədim yaşayış yerində Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli qazıntılar aparmışdır. 2008-ci ildən isə abidədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Maxta arxeoloji ekspedisiyası" S.H.Aşurovun rəhbərliyi ilə 300 kv.m. sahədə qazıntıları davam etdirir. İlk dəfə I Kültəpədən əldə olunmuş konusvari və dairəvi gil əşyalar (tokins) hələ e.ə.IV minilliyin sonlarından Azərbaycan ərazisində inzibati idarəetmənin və dövlətçilik ənənələrinin mövcudluğunu təsdiq edir. Tapıntılara əsasən abidə e.ə.
I Təzəkənd yaşayış yeri (Şərur)
I Təzəkənd yaşayış yeri — Şərur rayonunun eyni adlı kəndindən cənub-qərbdə, Araz çayının sağ sahilində arxeoloji abidə. Yaşayış yerinin ərazisi su kanallarının çəkilməsi zamanı tamamilə dağılmışdır. Abidənin ərazisində qara rəngli tuf daşlarından hazırlanmış dən daşları aşkar olunmuşdur. Kür-Araz mədəniyyəti üçün xarakterik olan dən daşlarının arxa tərəfində qulplar yonulmuşdur. Təzəkənd yaşayış yerini e.ə. IV-III minilliklərə aid etmək olar.
Kültəpə yaşayış yeri (Axura, Şərur)
Kültəpə yaşayış yeri — Şərur rayonunda, Qoşatəpədən 2 km şərqdə, Axuraçayın sağ sahilindəki təpəliklər üzərində antik dövrə aid yaşayış yeri. Sahəsi 7–8 ha. 2x2 ölçüdə 1,5 m dərinlikdə aparılmış qazıntılardan divarqalığı aşkara çıxarılmışdır. Qazıntı sahəsindən 20–25 sm qalınlığında kül təbəqəsi, osteoloji və bitki qalıqları aşkar edilmişdir. Qazıntı sahəsinin kül təbəqəsi ilə örtülməsi yaşayış yerinin yandırıldığından xəbər verir. Tikinti materialı kimi yonulmuş təbii qaya parçalarından istifadə edilmişdir. Döşəməsi isə qalın gil təbəqəsi ilə örtülmüşdür.
Muncuqlutəpə yaşayış yeri (Şərur)
Muncuqlutəpə yaşayış yeri — Şərur rayonunda, Billava yaşayış yerinin 3 kilometrliyində yerləşən yaşarış yeri. Tədqiqatlar nəticəsində ərazinin nekropol qalığı olduğu müəyyənləşdirilmişdir. Yerli məlumatlara görə qəbirlərdən tez-tez muncuq tapıldığından abidə Muncuqlutəpə adlandırılmışdır.Tapıntıların təhlili abidənin I-III əsrlərə aid olduğunu göstərir.
Qoşatəpə yaşayış yeri (Şərur)
Qoşatəpə yaşayış yeri — Şərur rayonunda Albantəpədən 1 kilometr şimalda, Axuraçayın sağ sahilində son tunc dövrü-dəmir və antik dövrlərinə aid yaşayış yeri. Dağ silsiləsindən ayrılmış iki təpəni və onun ətraf sahəsini (4 hektar) əhatə edir.Təpənin üstünə səpələnmiş yerüstü materiallar içərisində qövsvari dən daşlarına,müxtəlif formalı çaydan tipli qab hissələrinə və s.boyalı qab qırıqlarına təsadüf edilmişdir.Belə tapıntılara təpənin ətəklərində təsərrüfat işləri nəticəsində qazılmış arxın içərisində rast gəlinir.Alt mədəni təbəqələrdən (8-10 metr) toplanmış materiallara əsasən təbəqənin son tunc dövrü-dəmir dövrünə aid olması ehtimal edilir. Qoşatəpənin üst hissəsində eradan əvvəl 4-2-ci əsrlərə aid maddi mədəniyyət nümunələri küp, küpə, qazan tipli qablar və s. də tapılmışdır.
Qızılqaya (dağ, Şərur)
Qızılqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısındakı Yağargədik (2049,8 m) yüksəkliyindən cənub-şərqə ayrılan eyniadlı şaxədə, Arpaçayın sağ qolları Zərnədərə və Payadərə çaylarının suayrıcında dağ (hünd. 1683,0 m). Üst Permin Kuberqandı və Murqab (alt hissəsi) regiomərtəbələrinə aid eyniadlı lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının şimal sentriklinalında yerləşir. Şimal-şərq yamacından keçən Ağsal-Qızılqaya dərinlik qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşırın Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli əks-fay qırılma pozulması keçir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Lakin 2018-ci ilin may ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində dağ tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keşmişdir.
Təzəkənd (Maxta, Şərur)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Təzəkənd (Püsyan, Şərur)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmışdır. Şərur rayonununda kənd . Düzənlikdədir.Əvvəlcə Sədərək rayonunun tərkibində olmuşdur Keçmiş adı Sərdarabad olmuşdur. Sonralar Təzəkənd adlandırılmışdır. Azərbaycanın 18 rayonunun ərazisində bu adda kəndə rast gəlinir.

Digər lüğətlərdə