ŞAH

ŞAH I is. [ fars. ] Hökmdar. Şah sağ olsun, bu sürüyə; Bəs bir köpək, deyil gərək! (S.Vurğun).

ŞAH II is. [ fars. ] Şahmatda əsas fiqur. Şahmatda əsas məqsəd şahı çıxılmaz vəziyyətə salmaqdır.

ŞAH III is. [ fars. ] Dişi arı. Ağca xanım, hər yuvada bircə dişi arı olar, ona şah deyərlər (S.S.Axundov).

ŞAH IV sif. [ fars. ] Görkəmli. Təəssüf etmirəm, Etibar, bala; Sən özün həyatda şah əsərimsən (B.Azəroğlu).

ŞAH V sif. [ fars. ] Düz. Heç vaxt əyilməmiş o şah vüqarın; Önündə qan içən qəsbkarların (B.Azəroğlu).

SÜZMƏK
ŞAX

Digər lüğətlərdə